Cənnət şərtləri möminə görədir. Münafiq də tam cəhənnəm əhlidir. Cəhənnəmdə həmişə narahatdır. Orada da yenə öz aləmində pislik edəcək mövzu tapır, onu oraya atmağa səbəb olan digər münafiqləri axtarır.
Allah yolunda mübarizədə fədakar olmalısan. Məsələn, əsgər ac, susuz olur, cınqırını çıxarmır, fitnə çıxartmır, lakin münafiq çıxardar. Münafiqin ən kiçik bir şeyə dözümü yoxdur. Hər şey onun dediyi kimi olsun istəyər. Mömin belə deyil, necə ortalıq sakitləşəcəksə, necə mühit hüzurlu olacaqsa ona görə hərəkət edər.
Münafiq üçün hər şey problemdir. Yola çıxması bir problemdir, yemək yeməsi bir problemdir, geyinməsi problemdir, həyatı özünə zəhər edər. Möminlərə də bu pisliyi bulaşdırmağa çalışar.
Möminin itaətkarlığı, həlimliyi cənnətdə də davam edir. Çünki müttəqidir. Allahdan nə xeyir gəlsə ona razıdır, qənaətkardır. Münafiq qənaətkar deyil.
Mömin həlim olur, sakit, itaətkar və mehriban olur. Öz mənfəətini düşünmür. Məsələn, istidə də döyüşə gedə bilir və ya İslama xidmət edə bilir. Hava istidir demir. Sıxılsa da demir. Lakin münafiq deyər.
İslamın hakimiyyəti üçün təlaşlanmağa ehtiyac yoxdur. Allahın planlaşdırdığı bir sistem var, o yavaş-yavaş irəliləyir. Hakimiyyət bizə doğru gəlir, biz hakimiyyətə doğru gedirik.
İngiltərə dərin dövləti olduqca zavallı təşkilatdır. Yəni zavallının zavallısıdır. Şeytan olduqca gücsüz varlıqdır. Heç birini gözdə böyütməyə ehtiyac yoxdur. Gözdə böyüdüləcək olan, böyük olan, ən böyük olan, sonsuz böyük olan Allahdır.
Allah insanların böyük hissəsini çirkin yaradır, bəzilərini qısa boylu yaradır, bəzilərini artıq çəkili yaradır. Bu, insanların azmasına mane olar. Çox gözəl insan nadir olur, onlarda da bir çox xəstəlik, dərd olur. Ən gözəl insanın belə ömrü çox qısa olur. Yəni böyük imtahan mühiti var və bu mükəmməl işləyir.
Münafiqdən narahat olmaq yersizdir. Münafiq Allahın aciz bir quludur, Allah yaradar onu. Kafirdən də narahat olmağa ehtiyac yoxdur, kafirin heç bir gücü yoxdur. Güc sahibi olan Allahdır.
İnsanlar Allaha qarşı dürüst olmasalar Allahın rahatlıq verməyəcəyi bəllidir. Allaha müqavimət göstərirlər, müqavimət göstərdikcə də Allah əzir. Halbuki Allaha müqavimət göstərməsələr Allah əzməz, çox rahat olarlar. Bəziləri özlərini çox ağıllı zənn edir. Haşa Allahla döyüşdüyünü zənn edir. Halbuki Allah üçün onlar heç nədir.
Türkiyə sağlam düşüncəli, ağıllı insanların olduğu bir ölkədir. Dünyaya sevgini, mərhəməti öyrədəcək bir şəfqət müəllimidir millətimiz. Dostluq, qardaşlıq, yoldaşlıq müəllimidir. Bizim adət və ənənələrimiz də gözəldir. Sevgimiz də gözəldir. Dünyanın ruhunu boşaltdılar, Türkiyə mehdiyyət liderliyində bu ruhu dolduracaq.
Anadolu Nuhun gəmisi kimidir. Kasıb, fağırlar, qəriblər, əzilənlər, döyüşdən qaçanlar həmişə Türkiyəyə sığınırlar, eynilə Nuhun gəmisi kimi. Bütün dünyanın fağırları, məzlumları, kömək istəyənlər Türkiyəyə sığınırlar.
Türkiyə yavaş-yavaş Nuhun gəmisi kimi mənzilinə doğru gedir. Qar, qar fırtınası, dalğalar gəmiyə təsir etməz.
Hər musiqini yaradan Allahdır. Sənətkar özü yaratdığını zənn edər, yaradan Allahdır. Musiqidən həzz almağı yaradan da Allahdır. Musiqini eşidib dəhşətə gələ bilərdik Allah qorusun, çox iztirab verə bilərdi, çox narahat edici bir səs kimi gələ bilərdi, lakin Allah xoşumuza gələcək şəkildə yaratmışdır.
Şeytan sıravi müsəlmanı əzə bilər, lakin çox güclü imanlı olduğu zaman ondan çox qorxar. Ona ordularını göndərər, nəsə etməyə çalışar, lakin heç təsiri olmaz. "İman gətirən bəndələrim üstündə sənin təsirin yoxdur" deyir Allah.
Şeytanla vuruşmaq iman əhli üçün çox asandır. Çünki iman əhli metafizik bir varlıqdır. Həqiqi iman gətirənlər, layiqincə iman gətirənlər metafizikdirlər. Şeytanın ən qorxduğu insanlardır. Həqiqətən imanlı insanlar mələk kimidirlər.
Şeytanın insanları tanıma xüsusiyyəti var. Zəkalıdır, lakin zəifdir, xəstə, qürurlu, psixopat, özünü bəyənmiş, dəyişkən, cəmiyyət mikrobu tipləri şeytan tanıyar, gedib seçər. Aralarında əlaqə də yaradar.
İnsan cəhənnəmə əzabını özü gətirir. Özünü yandıracaq əzabı ora özü gətirir. Dünyadakı bütün sıxıntısı onunla birlikdə ora gedir. O sıxılma, qorxma, narahat olma, əzab çəkmə xüsusiyyətini. Allah bunu cənnətdə möminlərin üstündən qaldırır, lakin küfrün üstündən qaldırmır. Öz oduyla ora gedir. O öz oduyla orada yanır.
Cəhənnəm hər cür sıxıntının, narahatlığın yaşandığı yerdir. Allah qəlblərə qədər qalxan oddan bəhs edir. Mənəvi əzab çoxdur cəhənnəmdə.
Hz. Xızır istədiyi an istədiyi yerdə olur və istədiyi əşyanın formasına girir. Məhz bu, cənnətdə olan modeldir.
Möminlər cənnətdə ən çox Allahın təcəllisini görməkdən həzz alırlar. Heyrətamiz sevinc yaranır. Allah salam verdiyi zaman, möminlər zövqdən özlərini itirirlər.