Mömin, Allahın sevgisini itirməkdən qorxar. Sonsuz böyük güc və ağıl olan Allah, sənə dəyər vermir, səni sevmirsə bundan daha dəhşət verici heç nə ola bilməz. Allahın sevgisini itirsən harada olursan ol, məhv oldun deməkdir.
Önümüzdəki günlərdə dünya miqyasında çox böyük hadisələrlə qarşılaşa bilərik. Narahat olmaq müsəlmanlara yaraşmaz. Sonunda İslam Günəşi mütləq doğulacaq, İslam əxlaqı dünyaya hakim olacaq.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
Yaşlı insanları sevindirmək, onlara baxmaq, mənəvi dəstək vermək çox zövqlüdür. Yaşlıya dəyər verilməyən mühitdə insan rahat ola bilməz. Yaşlandığı üçün insanı yalnızlığa tərk etmək dəhşət verici vicdansızlıqdır.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
Türkiyənin Avropa tərəfinin ağır basması lazımdır. Milli Məclisdə, nazirliklərdə və həyatın hər yerində qadınların olması lazımdır. Qadının azad və hüzurlu yaşaması mədəniyyətin göstəricisidir.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
İnsan ruhu süniliyi, səmimiyyətsizliyi dərhal anlayacaq şəkildə yaradılmışdır. Süniliyi gördüyü anda dərhal ondan ruhu sıxılar, o insandan uzaqlaşmaq istəyər.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
Nur surəsinin 55-ci ayəsi İslam əxlaqının hakimiyyətini və Mehdiyyəti birbaşa izah edən ayədir. Allah ayədə, daha əvvəl Hz. Süleymana, Zülqərneynə necə dünya hakimiyyəti verdisə, bənzər şəkildə İslam əxlaqını da dünyaya hakim edəcəyini bildirmişdir. İslam bütün dünyaya hakim olduğunda müsəlmanların mənəvi lideri olan adam da Mehdidir. Bu səbəbdən Nur surəsi 55-ci ayəsi Mehdiyyəti izah edən ayədir.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
Deizmin yayılmasının əsl səbəbi Darvinizmdir. Əsas məsələ deizm deyil, Darvinizmdir. Darvinizm, Allahsız, dinsiz ideologiyaların təməlində yer alır. Darvinizmin elmi cavabı verilmədiyi müddətcə, məktəblərdə Darvinizm sanki elmi məlumat imiş kimi uşaqlara öyrədildiyi müddətcə deizmə qarşı tədbir alına bilməz. Darvinist təhsil, Konya kimi şəhərdə belə gənclər arasında deizmin yayılmasına səbəb olur. Daha çox yubanmadan, tez zamanda Darvinist təhsilin dayandırılması, hər yerdə gənclərə yaradılışın elmi dəlili olan fosillərin göstərilməsi, tək bir zülalın belə təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunun izah edilməsi lazımdır.
(A9 TV; 11 aprel 2018)
Adnan Oktar
-
Heyvanların sədaqətləri, balalarına göstərdikləri fədakarlıq, balaları üçün canlarını ortaya qoymaları və daha bir çox xüsusiyyətləri insanların nümunə alması lazım olan gözəl cəhətləridir.
(A9 TV; 10 aprel 2018)
Adnan Oktar
-
Deizmin təməlindəki düşüncə Darvinizmdir. Məktəblərdə "Allah yoxdur" deyən Darvinizm, elm kimi tədris olduğu müddətdə deizmlə mübarizə etmək mümkün olmaz. Deizmin təhlükə olaraq gördüyünü söyləyən mütləq Darvinizmə qarşı elmi mübarizə aparması lazımdır.
(A9 TV; 10 aprel 2018)
Adnan Oktar
-
Kölgə Allahın sənətidir. Allah "əvvəl kölgəni yaratdım, sonra işığı yaratdım" deyir. Bu, çox böyük möcüzədir. Kölgə şüurlu varlıqdır. Bütün kainatda həmişə hərəkət halındadır. Çöldə Günəş var deyirik amma çöldəki Günəş qapqara qaranlıqdır. İşıq beynimizdə şərh olaraq meydana gəlir. O zaman kölgə işıqdan ayrı olaraq xüsusi yaradılır.
(A9 TV; 10 aprel 2018)
Adnan Oktar
-
Münafiqlər özlərinin sahibsiz, Allahdan müstəqil olduqlarını zənn edərlər. Talelərini yaşadıqlarını bilməzlər. Quduz itlərin küçədə savaşdıqları kimi rahatca savaşdıqları, sahibsiz hücum etdiklərini düşünürlər. Halbuki bütün etdikləri Allahın əmri ilə olur. Münafiqlərin bu hücumları möminlərin bərəkətini, gücünü artırmaq üçün Allah tərəfindən xüsusi yaradılmışdır. Hər sözü Allahın nəzarəti altındadır.
(A9 TV; 10 aprel 2018)
Adnan Oktar
-
İnsanlara ən böyük yardım çox imanlı olub onlara nümunə olmaqdır. Bir cəmiyyətə ən böyük nemət orada çox imanlı insanın olmasıdır. O insanlara ovuc-ovuc qızıl paylasan belə bir qiyməti olmaz. Səmimi, Allahı candan sevən, Allahdan çox qorxan insanın olduğu cəmiyyətdə bərəkət və gözəllik olar.
(A9 TV; 10 aprel 2018)
Adnan Oktar
-
Allah, heyvanları yaratmaqla insanlara çox böyük nemət təqdim etmişdir. Cənnətin ən böyük nemətlərindən biridir. Amma heyrət ediləcək şəkildə çox insan onların fərqində belə deyil. Heyvan sevgisinin üstü qəribə şəkildə örtülmüşdür. Pişiklər, itlər, quşlar, böcəklər hamısı ayrı gözəl. Hamısını tək-tək ayrı-ayrı sevmək lazımdır.
(A9 TV; 10 aprel 2018)
Adnan Oktar
-
Şərqi Qutadaki qaz hücumu başdan sona qədər İngilis dərin dövlətinin işidir. Savaşın sona çatmaması, daha da qızışması, Suriyanın tamamilə parçalanması və daha çox qan axması üçün edilmiş hadisədir. İslam aləminin bir an əvvəl birlik olmasının nə qədər təcili olduğunu görürük.
(A9 TV; 10 aprel 2018)
Adnan Oktar
-
Polislərimizin Polis Gününü təbrik edirik. Polis mübarək peşədir. Polis, canını ortaya qoyan, şəhidliyə hazır dəliqanlı deməkdir. Allah hamısını xeyirlə sarsın, cənnətiylə şərəfləndirsin.
(A9 TV; 10 aprel 2018)
Adnan Oktar
-
İmana vəsilə olmanın ən həyati yolu güclü iman sahibi olmaqdır. Səmimi imanlı insanın iman həqiqətlərini mükəmməl izah edən, hər şeyi dolğun cavab ilə açıqlayan üslubu Allahın izni ilə imana vəsilə olur.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
Küfrün və münafiqlərin, möminlərlə məşğul olması mömin üçün şərəfdir. Etdiyin fəaliyyətin təsirli olduğunun dəlilidir.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
Qarşısındakı insana etibar etmədiyi üçün qısqanmaq çox çirkin davranışdır. Harada idin, telefonun kamerasını aç, olduğun yeri görüm, məntiqi çox acı hadisədir. Güvənin olmadığı yerdə sevgi olmaz. İnsan güvənmədiyini sevə bilməz. Bu cür şübhələr o adama bir növ təhqir mənasına gələr.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
İnsanın dürüst olduğuna dair qənaəti gəldiyində üzərindəki sıxılma gedər. Tövbə, bu dürüstlüyə imkan verər. Tövbə etdiyində insan səhvindən vaz keçdiyi üçün daha səmimi, daha tutarlı, daha məqbul olar.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
Suriyada sülhün olması üçün İslam ölkələrini bir araya gətirib müsəlmanların ortaq hərəkət etməsini təmin edəcək hərəkət başlatmaq lazımdır. Tayyib hocamdan xahiş edirik, bütün Ərəb İslam ölkələrini toplasın. Yatmalarına icazə verməsin. Bu gedişlə Suriyada tək bir insan belə buraxmayacaqlar, Allah verməsin. Buna qərar vermiş kimi görünürlər. İslam aləmini birlik halına gətirək.
(A9 TV; 9 aprel 2018)
Adnan Oktar
-
Səmimiyyət Allahın böyüklüyünü anlamaqda zəmin hazırlayar. Allahın böyüklüyünü anlayan insan devrilməz güc halına gələr. Amma bu mövzuda diqqəti həmişə mühafizə etməsi, heç açığa yer verməməsi lazımdır.