Mənim ən xoşbəxt olduğum an Allah ilə sıx əlaqədə olduğum zamandır. Allah ilə yaxınlıq insanı xoşbəxt edər, digərləri gəlib keçicidir.
Qurana görə kədərlənmək təvəkkülsüzlük mənasını verər. İnsanın özünü; sonra özümü ələ alaram deyə boş buraxması doğru olmaz.
Bir insana haqsızlıq edildikdə Allah mütləq bu haqsızlığı edənə qarşılıq verər. Bu, Allahın Quranda bildirdiyi qanunudur.
İngiltərə dərin dövlətinin ümidi millətimizin tək vücud olmamasıdır. Buna görə də, bir lider ətrafında möhkəm, həmrəy olmaq əhəmiyyətlidir. Bu, siyasi məsələ deyil.
Kiprdə hərbi qüvvəmizin azaldılması doğru olmaz. 80% azalmasın, tam əksinə 80% artsın, türk əsgərinin mövcud olması əmin-amanlıqdır, hüzurdur.
Tayyib hocam iradəli, səbirli və əzmkar dəliqanlıdır. İslama səmimi-qəlbdən sahib çıxır. Belə liderə sahib çıxmamaq vicdansızlıq olar.
Hürufu-müqəttə, hz. Xızırın etməsi lazım olan işlərdə Qurandan aldığı bir məlumat, bir sirr sistemi ola bilər Allahualəm.
Zaman da, məkan da nisbidir. Allah sonsuz uzun zamanı sonsuz qısa zaman içində yaratmışdır, bunun adı taledir.
Dünyadakı bütün təfərrüatları yaradan Allahdır, cənnətdə də sevdiyimiz, bəyəndiyimiz gözəllikləri və təfərrüatları yaradacaq, istədiyimiz hər şey olacaq.
İnsan, beyninin içində elektrik siqnallarının çatdığı mərcimək qədər yerdə, rəngarəng par-par parıldayan inanılmaz təfərrüatlı bir dünya izləyir.
Allah insanların Ona yaxınlaşması üçün əziyyətlər, dərdlər, xəstəliklər verər. Bütün bunlar səmimi qullar üçün nemətdir.
Ənənəçi ortodoks İslam anlayışının ən böyük təxribatlarından biri insanları dindən uzaqlaşdırmaq olur.
Gənclərin təhsilində darvinizmin əsas nöqtələrinin öyrədilməsi, Quran möcüzələri və iman həqiqətlərinin izah edilməsi çox əhəmiyyətlidir.
Bir ölkəyə embarqo tətbiq etmək orada yaşayan qadın, uşaq, yaşlı, xəstə, mülki insanlara zərər verir. Bu vicdani tətbiq deyil.
Ənənəçi ortodoks İslam anlayışının olduğu yerdə qadına hörmət göstərilməz. Çünki qadın döyülməsi lazım olan potensial cinayət ünsürü kimi görülür. Ənənəçi ortodoks İslam anlayışında qadın, insanın başını bəlaya salan çox təhlükəli varlıq kimi görülür. Bu zaman qadına hörmət göstərilmir.
Hörmətli Kılıcdaroğlunun demokratiyanı, ədaləti müdafiə edən, öz qənaətinə görə zərər çəkmiş gördüyü şəxsləri müdafiə edən üslubu normaldır. Sağlam müxalifət budur. Güclü müxalifət olması demokratiyanın sağlam olduğunu göstərər. Müxalifətdən narahat olmamaq lazımdır.
Türkiyənin tənha qoyulmasının qarşısını almaq üçün ən gözəl həll yolu, mövhumatçı zehniyyətin yaratdığı təxribatın aradan qaldırılması və müasir İslam anlayışının dünyaya göstərilməsidir. Bu zaman Qərbdəki Türkiyə əleyhinə olan vəziyyət sürətlə bitər.
İslam aləmində hər camaatdan, hər təriqətdən, hər məzhəbdən olan insan birləşib zəncir yaratsınlar, biz hər yerdə birlikdəyik deyə. Fotoşəkil çəkdirib ictimaiyyətə çatdırsınlar. Bu zaman dəccaliyyətin İslam aləmi üzərindəki planları puç edilmiş olar. Lakin həmişə bir-birinə nifrətlə danışan, bir-birini düşmən görən anlayış davam edərsə dəccaliyyət müsəlmanları asanlıqla bir-birinə qırdırar Allah qorusun.
Sevgisiz, məlumatsız insanlar bilərəkdən və ya bilməyərəkdən insanları İslamdan uzaqlaşdırırlar.
Mömin malı, mülkü və zənginliyi Allah üçün istəyər. Allah yolunda xidmət etmək üçün istəyər.
Möminlərin qafil insanların təsirinə düşməsi çox böyük səhv olar. Allahı unudanların çox olması heç kimi yanıltmamalıdır.