İslam aləmində hər camaatdan, hər təriqətdən, hər məzhəbdən olan insan birləşib zəncir yaratsınlar, biz hər yerdə birlikdəyik deyə. Fotoşəkil çəkdirib ictimaiyyətə çatdırsınlar. Bu zaman dəccaliyyətin İslam aləmi üzərindəki planları puç edilmiş olar. Lakin həmişə bir-birinə nifrətlə danışan, bir-birini düşmən görən anlayış davam edərsə dəccaliyyət müsəlmanları asanlıqla bir-birinə qırdırar Allah qorusun.
Sevgisiz, məlumatsız insanlar bilərəkdən və ya bilməyərəkdən insanları İslamdan uzaqlaşdırırlar.
Mömin malı, mülkü və zənginliyi Allah üçün istəyər. Allah yolunda xidmət etmək üçün istəyər.
Möminlərin qafil insanların təsirinə düşməsi çox böyük səhv olar. Allahı unudanların çox olması heç kimi yanıltmamalıdır.
Hər təsviri yaradan Allahdır. Bəyəndiyimiz hər şey, sevdiyimiz hər şey Allaha məxsusdur. İnsanların qəflət içində Allahı unutması möcüzədir.
Millət olaraq İngiltərə dərin dövlətinin əsaslı həmləsi ilə üz-üzəyik. Qətərə istiqamətli əməliyyatın ardından da Türkiyəni hədəf almaq istəyirlər.
Millət olaraq Tayyib hocamın ətrafında birləşsək İngiltərə dərin dövlətinin bütün oyunlarını puç edərik inşaAllah.
Rəhmətlik Başbuğ Türkeş çox dindar insan idi və bütün camaatları, təriqətləri sevgi ilə qucaqlayardı. Həqiqi ülkücü ruhu budur.
Türkiyə hər zaman məzlumların yanındadır. Qətərin yanındayıq. Səudiyyə Ərəbistanı ilə Qətər də qardaşdır, qardaşları barışdıracağıq inşaAllah.
Tayyib hocama sahib çıxmağın milli məsələ olduğunu bəziləri hələ görməyib. Türkiyə və bölgə baxımından Tayyib hocama sahib çıxmaq və şəxsinin dəstəklənməsi çox əhəmiyyətlidir, bəziləri bunun vacibliyini tam qavraya bilmədilər. Şəxsi qarşıdurmalar deyil, ölkə mənfəətləri əsasdır, buna görə də, Tayyib hocamı hər təbəqənin dəstəkləməsi lazımdır.
Hər hansı qarşılıq gözləyərək deyil, içdən gələrək, səmimi və Allah üçün edilən dua əhəmiyyətlidir.
Türkiyə ultra müasir ölkə olsun. Keyfiyyətli cəmiyyət modelini hər yerdə görməyimiz lazımdır.
Peyğəmbərimiz (s.ə.v) bir an belə özü üçün yaşamamışdır. Həyatın bütün yönlərindən çəkilərək hər anında təkcə Allah üçün yaşamışdır.
Allah hər insana həm pisi, həm də bu pisdən xilas olmağın yolunu öyrətmişdir.
İsa Məsihi gördüyümüz zaman müasir, yaraşıqlı bir dəliqanlı olaraq görəcəyik. Yaşı çox olmasına baxmayaraq, çox gənc, gümrah və atletik olacaq. İsa Məsih, hz. Mehdinin vəfatından qısa müddət sonra vəfat edəcək. Ondan sonra cəmiyyətdə çox sürətli pozulma başlayacaq.
Allah sevgisi və Allah qorxusu Quranı diqqətlə həyata keçirməkdir.
Mömin hər anında ən Uca Sevgilisi olan Allaha hər vəsilə ilə sevgisini ifadə etmək istəyər. Bu da möminə gümrahlıq və şövq verər.
Uşaqlara bir mövzunu hörmət edərək, dəyər verərək izah etmək lazımdır. Uşaqdır bu, deyərək hörmət göstərməyən üslub işlətmək doğru olmaz.
Möminin axirətdəki sorğu-sualı da çox asandır. Küfr əhli üçün isə çox detallı çətin sorğu-sual olacaq.
İnsan ölüm anından etibarən yeni aləmə keçər. Mömin ölüm vaxtı heç bir qorxu, narahatlıq və ya sarsıdıcı hadisə yaşamaz. Ölüm yuxu kimi olan bu təsvirin çox aydın təsvirə çevrilməsidir. Küfr əhli ölüm anından etibarən əzab yaşamağa başlayar, mömində əzab olmaz.
Darvinizm fikri olaraq məğlub edildikdə sol ideologiyaların dayaq nöqtəsi dağılmış oldu. Buna görə də, bütün dünyada sol geriləyir.