Mənəvi boşluq var. Təhsil verilməlidir. Yoxsa körpünü inşa edərsən, amma biri onu sənin əlindən alar; körpü PKK-nın körpüsü olar. Birisi körpüyə “Stalin körpüsü” adını verir. “Atatürk körpüsü”nün adını dəyişdirib “Lenin körpüsü” qoyar. Zəhmətini sən çəkərsən, o da tutub sənin əlindən alar. Əvvəlcə mənəviyyat. Əvvəlcə iman.
“Gəzi” hadisələrində, üç-beş ağac kəsildiyinə görə qarışıqlıq çıxartdılar. PKK hər gün bizim gənc əsgərlərimizi, igidlərimizi şəhid edir. İnsanların vecinə belə deyil. Heç maraqlanmırlar da. Şəhidlər üçün səslərini çıxartmırlar.
(A9 TV; 16 avqust 2015)
Adnan Oktar
-
Bəzi gənc xanım və bəylərdə misli görünməmiş laqeydlik var. Bəzənmək, əylənmək, kef çəkmək, içki içmək.. Məsələn, yaxşı bir məktəbdə oxusun, yaxşı bir iş sahibi olsun, yaxşı “pul qazansın”, evlənsin, yoldaşlarından qabağa keçsin kimi bir düşüncə. Vətən əldən gedir, bayraq əldən gedir, din əldən gedir, lakin adam bunu görmür. “Onsuz da mənim qapıma gəlib çıxmadılar ki” deyir. Belə etsən, nə vaxtsa sənin də qapına gəlib çıxarlar. Bunu anlamalısan.
(A9 TV; 16 avqust 2015)
Adnan Oktar
-
PKK-lı qızlar batil davaları üçün daşların arasında yatırlar. Bizim qızların bir hissəsi isə, “Ağbəniz şahzadəsi” olmağı arzulayalar. Amandır evlənsin, zəngin olsun. Bəy axtarıb tapmaq üçün çalışırlar. PKK-nın ideoloji qətiyyətliliyinə bax, buradakı bəzi insanların laqeydliyinə və dünya ehtirasına bax. Belə olmaz. Dava adamının ruhu olmalıdır, milli şüur olmalıdır.
(A9 TV; 16 avqust 2015)
Adnan Oktar
-
Əsgər şəhidlik məqamına ucalır, sən isə kədər və əzaba qərq olursan, axı bu necə olur? Əsgər nə deməkdir? Allah üçün, vətən üçün ölmək və öldürmək sənətini öyrənən kimsə deməkdir. Canı Allah verir, Allah şəhid edir. Daha nə istəyirsən? Şəhidlik, əsgər üçün ən yüksək mövqedir.
(A9 TV; 16 avqust 2015)
Adnan Oktar
-
Şəhidə bütün şəhəri gəzdirməlisən. Şəhid cənazəsi əhəmiyyətlidir. "Allahu-Əkbər" deyə yer-göy inildəməlidir. Ən azı 1 milyon insan toplanmalıdır. Belə olsa, milli şüur ərşə qalxar. Şəhidin mənəviyyatından məmləkət bərəkətlənər.
(A9 TV; 16 avqust 2015)
Adnan Oktar
-
Allah "Ol" deyir, olur. "Ol" sözü canlı olur. O söz canlı hala gəlir. Onun toxunduğu şey nə lazımdırsa onu edir. O da “Əsir maddəsi”ndən ibarətdir. O söz, bir enerjidir. Hər söz bir enerjidir. O enerjidə Allahın ağlı var.
(A9 TV; 16 avqust 2015)
Adnan Oktar
-
Hal-hazırda biz “Əsir maddəsi”nin içində üzürük. “Əsir”, içində Allahın ağlı təcəlli edən maddədir. Hər yerə girib-çıxar. Hz. Musa (ə.s)-ın əsasının içində, kolun damarları içində, yanan odun içindədir.
(A9 TV; 16 avqust 2015)
Adnan Oktar
-
Allahın işlətdiyi “Əsir maddəsi” hər yeri əhatə etmişdir. Hamısı şüurdur, xalis şüurdan meydana gəlir. Enerji dedikləri, xalis şüurdur. Allahın sonsuz ağlı onun içində hərəkət edər.
(A9 TV; 16 avqust 2015)
Adnan Oktar
-
Cənnət əhlinin şüuru açıqdır. Cəhənnəm əhlinin isə şüuru bağlıdır.
(A9 TV; 16 avqust 2015)
Adnan Oktar
-
PKK-nın ən çox belini bükən şey həbsdir. 5 min, 10 min insan həbs etdinsə iş bitdi. Təşkilatı yox etmiş olarsan.
(A9 TV; 16 avqust 2015)
Adnan Oktar
-
Əsgərə çağırma dərin Amerikanı da titrədər. Ordu daha 2 milyon əsgəri vəzifəyə çağırsa, Amerika dərin dövlətinin bu əxlaqsızlığı da bitər.
(A9 TV; 16 avqust 2015)
Adnan Oktar
-
Əsgər alınması, əsgər sayının artırılması çox əhəmiyyətlidir. Əgər iki milyon əsgər alınsa, bu çox qorxuducu olar. Əsgərlərin və tankların intensiv cəlb olunması PKK-nın əhval-ruhiyyəsini tamamilə korlayar.
(A9 TV; 16 avqust 2015)
Adnan Oktar
-
Şiə demək, ardıcıl deməkdir. Hz. Əli (r.ə)-in Şiəsi, yəni ardıcılları, eləcə də, bütün şiələr hz. Mehdi (ə.s)-ın da Şiəsidir, ardıcılıdır. Hz. Mehdi (ə.s) deyən kimi, onlar sanki sevgidən cənnətdə kimidirlər. Şiə bu xüsusiyyətlərinə görə çox gözəldir, yəni şəxsiyyəti, sevgi anlayışı, sədaqəti mükəmməldir. Buna görə də, Allah onlara güc-qüvvət verir.
(A9 TV; 13 avqust 2015)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s) dövründə Betlehəm ulduzunun görünəcəyini söyləyir. Betlehəm ulduzu hələ bu yaxınlarda görüldü. 2000 ildən bir görülür; bir dəfə hz. İsa (ə.s)-ın dünyaya gəldiyi vaxt görüldü, bir də hz. Mehdi (ə.s)-ın zühurunda.
(A9 TV; 13 avqust 2015)
Adnan Oktar
-
Mehdinin vəzifəsi təxfifdir (asanlaşdıran), yəni dini asanlaşdırmasıdır. Hal-hazırda dini güllə kimi ağır ediblər, insanlar tab gətirə bilmir. Dini korladılar. Mehdi bu cür ağırlıqları götürəcək, din təxfif olacaq, asanlaşacaq və insan fitrətinə uyğun hala gələcək. İnsanları əsil dinə qaytaracaq.
(A9 TV; 12 avqust 2015)
Adnan Oktar
-
Sülhün gəldiyi, xoşbəxtliyin gəldiyi, gözəlliyin gəldiyi, qanın dayandığı bir dövrə doğru sürətlə irəliləyirik. Qısa müddət sonra bir damla belə qan axmayacaq, insanların burnu belə qanamayacaq. Bunu görəcəklər. Kürd qardaşlarımız bir qədər də səbirli olsunlar.
(A9 TV; 12 avqust 2015)
Adnan Oktar
-
Kürd qardaşlarımız çox təmiz və möhtərəm, heysiyyətinə, şərəfinə düşkün mükəmməl əxlaqlı insanlardır. PKK əxlaqsız və murdardır. Onların qürurlarına toxunurlar. Zorla pul almaq, zorla uşağını götürmək, zorla evlərinə daxil olmaq, pəncərələrin şüşəsini qırıb, evin içinə silahla atəş açmaq. Kürd qardaşlarımıza hər yerdə sahib çıxmaq və üstünlük təmin edilməlidir.
(A9 TV; 12 avqust 2015)
Adnan Oktar
-
"Proses" sözü təhlükəni örtən pərdə olaraq istifadə edilir. Belə olduqda insanda Cənub-Şərqi Anadolu bölgəsini xilas etmək həvəsi olmur. İçində millətini, dinini xilas etmək həvəsi olmur. Proses, bizim millətimizi sakitləşdirmək üçün işlədilən sözdür. Yaxşı niyyətlə söyləyənləri tənzih edirəm, lakin sakitləşdirmək, passivləşdirmək, gözünün önünə pərdə gətirmək prosesidir.
(A9 TV; 12 avqust 2015)
Adnan Oktar
-
Uşağa həftədə 30 saat dərs keçirlərsə, bunun ən azı 25 saatını darvinizm təhsili təşkil edir. Bunun yerdə qalan bir saatında isə; “sizə İslamdan danışacağam” deyirsən. Özün də bilmədən dəccala təslim olmuş olursan.
(A9 TV; 12 avqust 2015)
Adnan Oktar
-
Milli şüur dərsi keçsən, gənclər sağlam olar. Barbut (zərlə oynanılan qumar növü) oynayırlar, tinər iyləməyə cəhd edirlər. Görəsən haradan narkotik tapa bilərəm dərdindədirlər. İnsanın iddiası olmasa belə olar. PKK-lılar niyə tinər iyləmir? Çünki onun pis, çirkin, əxlaqsız da olsa, bir məqsədi var. Buradakı gənclərin də bir məqsədi olmalıdır.