Məktəblərdə darvinizm geniş şəkildə izah edilsin, lakin cavablandırma haqqı verilsin. Sadəcə daşlaşmış qalıntıları (fosilləri) aparıb məktəblərin önünə qoyaq. Şagirdlər görsün. Bu qədər, başqa şey istəmirik. Zülalın elmi cəhətdən təsadüfən meydana gəlməsi qeyri-mümkün olduğu deyilsin.
Qurandakı hikmətlərin anlaşılması üçün, Onun aramla, başa düşülərək və yavaş-yavaş oxunması vacibdir.
(A9 TV; 23 may 2015)
Adnan Oktar
-
Çox nadir seçilmiş, Allah tərəfindən xüsusi olaraq ilham edilmiş və Allah tərəfindən dərin yuxuya verilmiş insanlar Mehdi (ə.s)-a yaxınlaşır. Kəhf əhli kimi. Bu cür adam, taleyində olduğu üçün, istəsə də uzaqlaşa bilməz. Həqiqi Mehdi tələbəsinin iradəsi çatmaz getməyə. Amma o biriləri də, istəsələr belə, hz. Mehdi (ə.s)-ın tələbəsi ola bilməzlər.
(A9 TV; 23 may 2015)
Adnan Oktar
-
Kəhf surəsi birbaşa mehdiyyətdən bəhs edən bir surədir. Əvvəldən axıra qədər mehdiyyəti izah edir. Amma işarələrlə, sirr dolu izahatlarla izah edir. Yəni açıq-aşkar, aydın şəkildə izah olmaz. Ağıl sahibi, hikmət sahibi, təfəkkür sahibi olan, Allahın istəyi ilə, verəcəyi ilhamla, oradakı simvolların, işarələrin sirrini açar.
(A9 TV; 23 may 2015)
Adnan Oktar
-
Allah həyatı yuxu kimi yaradır. Quran bu böyük sirrə işarə edir. İnsanlar dünyada yuxuda olduqlarını bilmirlər. Halbuki, hal-hazırda hamısı yuxudadırlar, yuxu görürlər. Bir hissəsi, məsələn, fəlsəfə tədqiqatçıları, bu həqiqətə heyrət və dəhşət içində şahid olurlar.
(A9 TV; 23 may 2015)
Adnan Oktar
-
Küfr əhlindən ayrılmaq, küfr əhlinin mədəniyyətindən uzaqlaşmaq insanın beynini təmiz və pak edər. Bir çox insan küfr əhlindən tamamilə ayrıla bilməz. Belələri yarı müsəlman olub, yarı küfr içində olar. Küfr əhlinin mədəniyyətini yaşayar.
(A9 TV; 23 may 2015)
Adnan Oktar
-
Fədakar olmamaq çox böyük vicdansızlıq, əxlaqsızlıqdır. Məsələn, ölkəmizə sığınan suriyalı məzlumlar. Əlbəttə ki, bu bizə iqtisadi yük gətirir, çətinlik gətirir; fəda olsun. Ailəvi şəkildə məhv olmalarından, işgəncə və əzab çəkmələrindənsə, qoy bizim pulumuz getsin.
(A9 TV; 22 may 2015)
Adnan Oktar
-
Mömin iman sahibi olmaqla yaraşıqlı olur, imtahana çəkilməklə gözəl olur. İmtahan mühiti aradan qalxsa mömin məhv olar, Allah qorusun. Yəni heç bir çətinliklə qarşılaşmırsa, deməli, heç bir savab da qazanmır. Biz imtahan olunmağa gəldik. Allah da bunun üçün: "Yoxsa siz elə güman edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən, birbaşa Cənnətə daxil olacaqsınız?" deyir.
(A9 TV; 22 may 2015)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v)-in dövründə, səhabələrin dövründə məzhəblər yox idi. Vəhhabi, sünni, şiə müsəlmanları yox idi. Quran müsəlmanlığı vardı.
(A9 TV; 21 may 2015)
Adnan Oktar
-
Dünyadakı bütün dövlət xadimləri Qurana tabe olmalıdır. Məqbul və ağlabatan olması üçün. Baxın ölkələrə, gördüyünüz kimi bəziləri çevriliş həyata keçirir, bəziləri də insanları aparıb asır. Böyük hissəsi nizamsızdır. Xalqlara zülm verirlər.
(A9 TV; 21 may 2015)
Adnan Oktar
-
Quranı əvvəldən axıra qədər oxuyub, hökmlərini diqqətlə tətbiq edən insan çox ağıllı olar. Çox hərtərəfli olar, çox ağıllı şəkildə danışar.
(A9 TV; 21 may 2015)
Adnan Oktar
-
Quran həmçinin ağlın kitabıdır. Həm sevginin, həm də ağlın kitabıdır. İnsan Qurana tabe olduğu təqdirdə ağıllı olar. Məqbul, nizamlı olar.
(A9 TV; 21 may 2015)
Adnan Oktar
-
Allah bir insanın köksünü İslam üçün açdığı vaxt, həqiqətən həmin insanın ağlına nur gələr, bədəninə nur gələr. Çox nizamlı olar, məqbul olar. Əksi olsa, nizamsız olar. Əlbəttə ki, yenə nadir hallarda təmkinli insanlara da rast gəlinir. Amma əksəriyyəti nizamsız olur. Ağıllı şəkildə düşünə bilmirlər.
(A9 TV; 21 may 2015)
Adnan Oktar
-
Ayə deyirik; "Allah Quranda belə deyir" deyirik. "Hocalar belə demir" deyir. Sən niyə Qurana etibar etmirsən? Allahın Kitabına etibar etmirsən. Hökmən atalarının dinini Quranda tapmalıdır. Tapmasa qəbul etmir. Din birbaşa Qurandan öyrənilər. Atalardan öyrənilməz.
(A9 TV; 21 may 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s)-ın müvəffəqiyyəti mövzusu ola bilməz. Bunu tamamilə Allah yaradır. Allah, hz. Mehdi (ə.s)-ı vəsilə edir. Yəni hakimiyyət ayrı yaradılır, hz. Mehdi (ə.s) ayrı yaradılır.
(A9 TV; 21 may 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) müstəqil güc sahibi deyil. Güc tamamilə Allaha məxsusdur. Hz. İsa Məsih (ə.s) müstəqil güc sahibi deyil, güc tamamilə Allaha məxsusdur. İnsanlar bəzi hallarda, məhz belə şirk düşüncəsinə sahib olurlar, hz. Mehdi (ə.s)-ın müstəqil güc sahib olduğunu zənn edirlər. Halbuki ilk nəfəsi, son nəfəsi, hamısı bəllidir.
(A9 TV; 21 may 2015)
Adnan Oktar
-
Bütün dünyada əzan oxunmalıdır. Amerikada, Avropada. Ölkələrə bərəkət gələr, üzərlərindəki uğursuzluq yox olar. Məsələn, Nyu-Yorkda azan oxunsa, şəhəri bərəkət bürüyər.
(A9 TV; 21 may 2015)
Adnan Oktar
-
Avtomagistral yolları bələdiyyə salmaz, Allah salar. O yol başının içindədir. Sən yolu beyninin içində görürsən. Elə ki, avtomobilə mindin, həmişə beyninin içində yol görünüşü meydana gəlir. O zaman kim yaratmışdır? Allah yaratmışdır. Bu elmi bir həqiqətdir.
(A9 TV; 20 may 2015)
Adnan Oktar
-
Ayələrdə, təbliğ edildiyi təqdirdə Fironun belə iman etmə ehtimalının olduğunu görürük. O zaman kommunistə də, PKK-lıya da, ateistə də, artıq hər kim varsa, hamısına təbliğ edilməlidir. Necə? Həlim, nəzakətli və hörmətlə.
(A9 TV; 20 may 2015)
Adnan Oktar
-
Sübh namazına necə oyanacaqlarının dərdini çəkirlər. Həmişə; "necə oyanacağıq?" deyə şikayət edirlər. Sabahı gün sizə təmənnasız şəkildə 5 min lirə pul verəcəyik desən, səhərə qədər yatmazlar. Əlli dəfə üzünü, əlli dəfə qolunu, əlli dəfə də ayağını yuduğun təqdirdə, hər səhər 5 min lirə pul alacaqsan desən, milyonlarla insan sıraya düzülər. Bax, Allah əbədi cənnət həyatı vəd edir, inanmadığı üçün etmir. İnansa edər.
(A9 TV; 20 may 2015)
Adnan Oktar
-
Allahı zikr etməkdə zəiflik göstərmək haramdır. Bütün İslam aləminin başında bu bəla var. Təbliğə ehtiyac duymurlar. "Onsuz da Diyanət İşləri Nazirliyi bunu edir, biz niyə edək?" deyirlər. Təbliğ bütün müsəlmanlar üçün fərzdir.