Mənə deyirlər ki; "Madonna ilə niyə görüşdün?" "Massonlarla niyə görüşdün?". Hidayətlərinə vəsilə oluruq. Hamısında İslama, Qurana bir heyranlıq yaranır. Əlhəmdülillah, maşaAllah.
"Nə xoşbəxtdir Türkəm deyən" deməkdə məqsəd, laz, çərkəz, kürd millətimizdir.
Rəsmi dilin türkcə olması yalnız Türkiyə üçün deyil, bütün dünya üçün bir rahatlıqdır.
Dindəki hökmlər, danışıqlar üstüörtülü deyil. Hər şey açıq və dəqiqdir.
İnsanları aldatmağa ehtiyac yoxdur; Mehdi (ə.s) da, İsa Məsih (ə.s) da artıq həyatdadır və hal-hazırda fəaliyyətdədirlər.
Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s)-ın çıxış əlamətləri ilə əlaqədar yüzlərlə hədisi var. Bu hədislər bir çox insanlar tərəfindən nəql edilmişdir, çünki təsdiqlənmiş, eynisi ilə də çıxmışdır. Hədis təsdiqləndisə, deməli o dəqiq hökmdür.
Münafiqin hökmü çox ağırdır. Axirətdə dinsiz belə münafiqdən üstün təbəqədədir.
Həqiqi müsəlman, eyni zamanda, həqiqi yəhudidir, həqiqi xristiandır.
Madonna ağıllı bir insandır. Keçən il onunla Çırağan sarayında 3 saata qədər görüşümüz olmuşdu. Ona kitablarımdan çoxlu hədiyyə verdim. Allah ona hidayət bəxş etdi inşaAllah. Fəaliyyətlərimizi vəsilə etdi.
İsrailə qarşı bəslənilən nifrət və dəhşət siyasəti dərhal aradan qalxmalıdır. İsrailin də, lazımsız, boş şübhələrdən uzaq durmaları məsləhətdir.
Kiçik bir ölkəni İsrailə çox görmək vicdana uyğun hərəkət deyil. İsrail milləti çalışqan, ağıllı, dəyərli insanlardır.
İsrailə ən gözəl kömək İslam Birliyinin yaradılmasıdır. İsrail bu birliyin təhlükəsizlik və dincliyindən istifadə edəcək.
Qurana uymayan hər yerdə zülm vardır.
Nə münafiqlərin, nə də materialistlərin Allahın diləməsi xaricində bir gücləri yoxdur.
İstəyən dini tənqid edə bilər, Allaha inanmadığını söyləyə bilər, dinə inanmadığını söyləyə bilər, amma söyərək, təhqir edərək deyil. Mən kommunizmi tənqid edirəm, amma kommunizmi söymərəm, təhqir etmərəm.
ABŞ-da Respublikaçıların sağlamlıq islahatına qəddarca yanaşırlar.
Allah dünyanın mehdiyyət ruhu xaricində sürünəcəyini dəfələrlə göstərdi və hal-hazırda da göstərir.
Allah həll yolunun Mehdi olduğunu deyir. Bəziləri isə "yox, mən daha yaxşısını bilirəm, haşa" deyirlər. O zaman sürünərsən və bəlaların ardı-arası kəsilməz. Mehdiyyət xaricində yollar axtarmaqla həll yolu tapılmaz.
Misirdəki vəziyyət İslam Birliyi xaricində heç bir həll yolu yoxdur. Partiya ilə, bölümlə çıxış yolu tapmaq olmaz.
Allah Təala İsa Məsih (ə.s) ilə Mehdi (ə.s)-ı sevgisizliyi aradan qaldırmaq üçün göndərər.
İnsanlara sevgi deyil, həmişə şiddət öyrədilib. Cəmiyyətin böyük qismində nifrət və sevgisizlik hakimdir. Dövlət sevgini öyrədib nifrəti yox etməyi milli məsələ səviyyəsinə gətirməlidirlər.