Mehdiyyətin olmadığı yerdə vəhşilik olar. Allah bunu insanlara göstərir, daha da göstərəcək. Qarşıdakı günlərdə daha da şiddətli görəcəklər. O vaxta qədər ki, İsa Məsihə, Mehdi (ə.s)-a, İslam Birliyinə sevgi yaransın.
Allah hz. Mehdi (ə.s)-ın, İsa Məsihin zühurunu istəyir. Qarşısına çıxan hər maneəni yerlə yeksan edir, əksi mümkün deyil. Allahın dediyi mütləq olacaq.
Bura oyun, əyləncə yeri deyil və yaxud yaşanacaq yer deyil. Biz bura imtahan olunmaq üçün gəldik.
İraq yerlə yeksan olacaq. Mümkün deyil, mehdiyyətdən kənarda dünya xilas olmaz. Mehdi (ə.s)-a tabe olmaqdan başqa xilas olmaq mümkün deyil. Anlamazlığa vursalar, Allah zorla izah edəcək. İllah ki, Mehdi (ə.s), illah ki, İsa Məsih, illah ki, İslam Birliyi.
Belə rahatlıqla evlərinizdə oturub çeklə, sənədlə, ticarətlə məşğul olmağınız, məktəblərinizi bitirib, evlənib, işinizdə-gücünüzdə olmağınız bir başqa dünya olur. Belə bir şeyə Allah icazə verməz. Allah dünyanı bunun üçün yaratmadı. Allah, Mehdi (ə.s)-ın zühurunu, İsa Məsihin zühurunu, İslamın dünyaya hakimiyyətini istəyir.
Biz İslama, Qurana bağlı olduğumuz üçün ruhumuzda dərin eşq var. Vətəni, milləti, dövləti sevirik. Səhv yolda olanlara da icazə vermərik.
İslam tarixində Peyğəmbərimiz (s.ə.v)-dən bəri bu qədər çox "Mehdi gəlməyəcək" deyildiyi dövr olmayıb. Bu qədər əhatəli də mehdiyyətin izah edildiyi heç bir dövr olmamışdır.
Elmlə, mədəniyyətlə İslam hakim olar. Nə siyasətlə hakim olar, nə onunla, nə bununla, nə məktəb açmaqla, heç nəylə olmaz. Bir-bir yalnız iman həqiqətlərini, Quran möcüzələrini izah etmək, mehdiyyəti müjdələmək, Allaha sığınmaq, qardaş olmaq, sevgi dolu, mərhəmətli, nümunə olmaqla hakim olar. Bunlar həll olundusa tamamdır, inşaAllah.
Türkiyə möhkəm ölkədir. Gəncliyi möhkəmdir, təhsili mükəmməldir. Millətimiz çox ayıqdır. Xurafat, qatı dinçilik Türkiyədə ancaq gülünc mövzu ola bilər. Heç kim icazə verməz.
Hər mövzuda dürüst məlumat vermək, dürüst yanaşmaq əhəmiyyətlidir. Yəni kor-koranə İsrail düşmənçiliyi axmaqlıqdır, səfehlikdir. Həqiqətən anormal bir şey varsa hüquqla, qanunla cavab verirsən. Amma nifrət siyasətinin bir izahı yoxdur. Bu dəlicəsinə İsrail nifrəti düzgün deyil.
İnsanlar özlərini çox böyüdürlər, amma uzaqdan baxdıqda dünya ləbləbi qədərdir. Bir az daha uzaqlaşsan toz qədərdir. Bir az daha uzağa getsən heç yoxdur, görünmür. Allaha təslim olub Onun dediyi kimi yaşamaq çox əhəmiyyətlidir.
Səmimi müsəlman olduqdan sonra təşvişə düşməyə ehtiyac yoxdur. Səmimi müsəlman hər zaman qalib olur. Tövratda Allah bütün dünyada yalnız on adam olsanız, kifayətdir deyir.
Din, dünyanın ruhudur. Allah dini dünyaya bir nemət olaraq verir. Dünyanı yaradarkən Allah dünyadan necə istifadə ediləcəyini də yanında kitabça kimi yazmış, Kitabla bizə bildirmişdir. Allahın dediyi kimi istifadə etsək dünya cənnət kimi olar.
Dinin həqiqi ruhu təkcə mehdiyyətdir.
Şiə və sünni ayrı-seçkiliyinin aradan qalxması ancaq mehdiyyətlə mümkündür. Sənətin, elmin, incəsənətin, gözəlliyin, dünya hakimiyyəti mehdiyyətlə olar.
Allahın köməyi olmadan, Allahın qədərdəki yardımı olmadan, Allah yolunda olan cəhd, mehdiyyətin əmrində olan cəhd olmadan hər hansı hərəkətin uğurlu olması Allahın qanunlarına görə mümkün deyil.
Hər hökümət, hər bir dövlət, hər bir insan, hər cəmiyyət, hər dərnək, hər quruluş istəsə də, istəməsə də mehdiyyətin əmrindədir.
Bütün heyvanların, bütün məxluqatın hamısının bir lideri olar. Bütün dinlərin, məzhəblərin bir lideri olar. Buddistlərin: məsələn, Lamaları vardır ki, başçılarıdır. Xristianların yenə liderləri var, papaları var. Yəhudilərin baş ravvinləri var. Sən ''müsəlmanların başçısı yoxdur'' deyirsən. Müsəlmanların hal-hazırda ortaya çıxacaq liderinin adı hz. Mehdi (ə.s)-dır.
Allah Quranda ayələrdə bir liderdən bəhs edir. Müsəlmanlar üçün lider seçilməsindən bəhs edir. Müsəlmanlar onsuz da lidersiz ola bilməz.
Hər zaman hər şeydə xeyir olduğunu unutmaq olmaz. Allah dünyanı sabit saxlamaz; dayanmadan hərəkətləndirər, canlandırar. Həmişə hərəkət, həyəcan vardır.
Suriya, İraq... Bölgədəki insanlar çox cahilləşdirildi. Hər birini fərd olaraq öyrətmək lazımdır. Öyrədildikdə o insan sənin insanın olmuş olur.