İslam tarixində Peyğəmbərimiz (s.ə.v)-dən bəri bu qədər çox "Mehdi gəlməyəcək" deyildiyi dövr olmayıb. Bu qədər əhatəli də mehdiyyətin izah edildiyi heç bir dövr olmamışdır.
Elmlə, mədəniyyətlə İslam hakim olar. Nə siyasətlə hakim olar, nə onunla, nə bununla, nə məktəb açmaqla, heç nəylə olmaz. Bir-bir yalnız iman həqiqətlərini, Quran möcüzələrini izah etmək, mehdiyyəti müjdələmək, Allaha sığınmaq, qardaş olmaq, sevgi dolu, mərhəmətli, nümunə olmaqla hakim olar. Bunlar həll olundusa tamamdır, inşaAllah.
Türkiyə möhkəm ölkədir. Gəncliyi möhkəmdir, təhsili mükəmməldir. Millətimiz çox ayıqdır. Xurafat, qatı dinçilik Türkiyədə ancaq gülünc mövzu ola bilər. Heç kim icazə verməz.
Hər mövzuda dürüst məlumat vermək, dürüst yanaşmaq əhəmiyyətlidir. Yəni kor-koranə İsrail düşmənçiliyi axmaqlıqdır, səfehlikdir. Həqiqətən anormal bir şey varsa hüquqla, qanunla cavab verirsən. Amma nifrət siyasətinin bir izahı yoxdur. Bu dəlicəsinə İsrail nifrəti düzgün deyil.
İnsanlar özlərini çox böyüdürlər, amma uzaqdan baxdıqda dünya ləbləbi qədərdir. Bir az daha uzaqlaşsan toz qədərdir. Bir az daha uzağa getsən heç yoxdur, görünmür. Allaha təslim olub Onun dediyi kimi yaşamaq çox əhəmiyyətlidir.
Səmimi müsəlman olduqdan sonra təşvişə düşməyə ehtiyac yoxdur. Səmimi müsəlman hər zaman qalib olur. Tövratda Allah bütün dünyada yalnız on adam olsanız, kifayətdir deyir.
Din, dünyanın ruhudur. Allah dini dünyaya bir nemət olaraq verir. Dünyanı yaradarkən Allah dünyadan necə istifadə ediləcəyini də yanında kitabça kimi yazmış, Kitabla bizə bildirmişdir. Allahın dediyi kimi istifadə etsək dünya cənnət kimi olar.
Dinin həqiqi ruhu təkcə mehdiyyətdir.
Şiə və sünni ayrı-seçkiliyinin aradan qalxması ancaq mehdiyyətlə mümkündür. Sənətin, elmin, incəsənətin, gözəlliyin, dünya hakimiyyəti mehdiyyətlə olar.
Allahın köməyi olmadan, Allahın qədərdəki yardımı olmadan, Allah yolunda olan cəhd, mehdiyyətin əmrində olan cəhd olmadan hər hansı hərəkətin uğurlu olması Allahın qanunlarına görə mümkün deyil.
Hər hökümət, hər bir dövlət, hər bir insan, hər cəmiyyət, hər dərnək, hər quruluş istəsə də, istəməsə də mehdiyyətin əmrindədir.
Bütün heyvanların, bütün məxluqatın hamısının bir lideri olar. Bütün dinlərin, məzhəblərin bir lideri olar. Buddistlərin: məsələn, Lamaları vardır ki, başçılarıdır. Xristianların yenə liderləri var, papaları var. Yəhudilərin baş ravvinləri var. Sən ''müsəlmanların başçısı yoxdur'' deyirsən. Müsəlmanların hal-hazırda ortaya çıxacaq liderinin adı hz. Mehdi (ə.s)-dır.
Allah Quranda ayələrdə bir liderdən bəhs edir. Müsəlmanlar üçün lider seçilməsindən bəhs edir. Müsəlmanlar onsuz da lidersiz ola bilməz.
Hər zaman hər şeydə xeyir olduğunu unutmaq olmaz. Allah dünyanı sabit saxlamaz; dayanmadan hərəkətləndirər, canlandırar. Həmişə hərəkət, həyəcan vardır.
Suriya, İraq... Bölgədəki insanlar çox cahilləşdirildi. Hər birini fərd olaraq öyrətmək lazımdır. Öyrədildikdə o insan sənin insanın olmuş olur.
Məlumat benzin kimidir. Məlumatı beyninə doldurdunmu, ondan sonra o insan mükəmməl hərəkət edər. Amma məlumatı yoxdursa, benzin olmayan avtomobil kimi, hərəkət etməz. Bir şey edə bilməz.
Bir insanı bir az yetişdirdiyində, bir az izah etdiyində, ömür boyu çox qiymətli dostun olar, İslamın tərəfdarı olar.
Siyasət deyilərkən ilk öncə ağıla sevgi, məhəbbət gəlməlidir. Siyasət sevginin əmrində olmalıdır. Siyasət sevgiyə xidmət etməlidir. Mehdiyyət dövründə siyasət eşqin, sevginin qaynağı olacaq. Siyasət eşqi, sevgini əldə etmək üçün istifadə ediləcəkdir, inşaAllah.
Almaz da yonulanda qiymətli olur. Amma təbii yonulmamış elə də qiymətli olmur. İnsan da elədir; incəliklə nizama salınanda, öyrədildikdə keyfiyyətli olur. Nə ərinmək, nə də əmək verməkdən çəkinmək doğru deyil.
İnsanları xurafata görə deyil, səhabə İslamı ilə, mehdiyyət İslamı ilə öyrətdikdə vəli xasiyyətli insanlar olar. Ona görə mehdiyyətin əhəmiyyəti böyükdür.
Vicdanını istifadə edən, Qurana tabe olan bir insan şəffaf İslam, səhabə, mehdilik yolunu görür.