Mehdiyyətə qarşı olarkən Allah bəsirətini əngəlləyir.
Mədəni adlarla bizə verilən bölmək barədəki təklifləri heç vaxt qəbul etmərik.
Dayanmadan xəstəlikləri izah etmək deyil, həllini söyləmək əhəmiyyətlidir. Həll İslam Birliyidir.
Fikri, elmlə yox edilmədikdən sonra PKK silahdan əl çəkməz.
Bizim dövlətimizə, millətimizə qarşı kimsə qoçuluq etməsin. Millətimiz qanuni yolla, hüquqla bunun cavabını verər.
Ard-arda çətinliklərlə sən cənnət tərbiyəsi alarsan. Çətinliklər olmasa xəstə olarsan. Çətinliklər səni gözəlləşdirər. Nə qədər bəla yağsa o qədər çox savab qazanarsan.
Bəşər Əsədin heç səsi çıxmır. Bir "Allah" desin. Açıq şəkildə İslam Birliyini istədiyini söyləsin.
Suriya kommunist, Baasçı olaraq davam etsə bəla yağış kimi yağar. Amma İslam Birliyi istəsə Allahın icazəsi ilə vəsilə olar, üzərindən bəlanı qaldırarıq. Ən çox bir ay içində hər şey sakitləşər.
Əyalət sisteminə Osmanlını, ABŞ-ı nümunə verərək vətəni bölməyə cəhd göstərmək xainlikdir.
"Ver, xilas ol!" ― deyə bir şey yoxdur. Vətəni böldürmərik.
Federasiya, muxtariyyət bunlar bölünmənin mədəni adlarıdır. Mədəni adlarla bölünməyi dəstəkləmək xainlik olar.
PKK-nın öyrədilməsi mümkün ikən, onları özümüzdən uzaqlaşdırmaq doğru deyil. Silahını tərk etdikdən sonra getməyinə ehtiyac yoxdur. Onları da elmlə öyrədər, düşüncələrini dəyişdirərik. Elmlə, Quranla müalicə edərik, inşaAllah.
Millətimizi hiyləgərcəsinə bölməyə cəhd göstərənləri Allah məhv etsin. Millətimizi hiyləgərcəsinə bölməyə cəhd edənləri Allah məhv etsin. Millətimizi hiyləgərcəsinə bölməyə çalışanları Allah məhv etsin.
Şəhid ailələri bizim konfranslarımızın ən hörmətli qonaqlarıdırlar.
Təkcə Öcalanın deyil, bütün PKK-nın öyrədilməsi lazımdır. Dövlətimiz darvinist- materialist təhsili tez bir zamanda dayandırsın. Bunun əvəzinə anti-darvinist, anti-materialist təhsil versin.
Türkiyədə qəti olaraq federativ bir sistem düşünülə bilməz.
Biz əyləncə, rahatlıq arzusunda deyilik. Əvvəl Allah, din, vətən bizim üçün əhəmiyyətlidir.
Lazım gəlsə əhalimizin yarısı şəhid olsun, yenə vətəni böldürmərik.
Öcalan hal-hazırda həbsdə olduğu üçün güclüdür. Çünki çox yaxşı mühafizə olunur. Çölə çıxsa bu vəziyyət o dəqiqə dəyişər. Öcalan, kommunistlərin qənaətbəxş hesab etdiyi bir insan deyil.
CHP, MHP, BBP, bütün partiyalar unitar quruluş barədə baş nazirə dəstək olsunlar.
Millətimiz bölünmə oyunlarına qarşı çox diqqətli olsun.