CHP, MHP, BBP, bütün partiyalar unitar quruluş barədə baş nazirə dəstək olsunlar.
Millətimiz bölünmə oyunlarına qarşı çox diqqətli olsun.
Hökuməti tək buraxıb seyr etmək olmaz. Var gücümüzlə millət kimi dəstək olaq.
Hal-hazırda İslam aləmində lider olacaq gücə sahibik. Amma Allah göstərməsin, bölünmüş bir Türkiyə İslam aləminin lideri ola bilməz. Belə olduqda heç kim Türkiyəni əhəmiyyətli hesab etməz.
Baş naziri tək qoymaq olmaz. Hamımız birlikdə şəfqətlə baş nazirə dəstək olaq, kömək edək. Millət olaraq baş naziri gücləndirək. Hörmətli baş nazirə "dövlətin bütövlüyü naminə canımız bahasına olsa da yanındayıq" deyək.
Öcalan həqiqətdə PKK-nın istədiyi kimi bir lider deyil. Kommunistlər onu Marksizmə xəyanət etmiş hesab edirlər. Öcalan liderlik xüsusiyyətini itirmiş vəziyyətdədir.
Bəziləri bölünəndə daha sakit bir Türkiyə olacağını zənn edirlər. Lakin zənn etdikləri kimi olmaz. PKK, cənub-şərqdə çox vəhşi bir rejim yaratmağı düşünür.
Əgər başqa bir həll olsaydı peyğəmbərimiz (s.ə.v) söyləyərdi. Peyğəmbərimiz (s.ə.v) "Öz aranızda toplaşın, qərar verin" deyərdi. Mehdi (ə.s)-la, İsa Məsihlə, İslam Birliyi ilə birlikdə qərar verin. "Yox, biz çıxış yolu taparıq" desən sürünərsən, yüz ildən bəri yenə sürünməyə davam edərsən, Allah əsirgəsin.
Gözəl və baxımlı insanlar ətraflarına həyat eşqi verər.
Polisimizin canı bizim üçün çox əzizdir. Onlar bizim başımızın tacıdır.
Allah dünyanı günahsız, şirin heyvanlarla şənləndirir.
Sevən qəlb sağlam olan qəlbdir, nifrət edən qəlb isə xəstədir.
Hökumətimiz 150 ildir davam edən “dərin dövlət” şəbəkəsini diz üstə çökdürdü. Halal olsun, maşAllah.
"Məhv olsun PKK" deməklə bir nəticə əldə etmək olmaz. PKK-ın düşüncəsinin dəyişdirilməsi lazımdır.
Yalnız müqavimət göstərən deyil, fəal hərəkət müvəffəqiyyətli olar. PKK-nın fəal bir fəaliyyəti var. Bunun qarşılığı olaraq bizim gəncliyimizin də mütləq İslam Birliyi idealı olmalıdır.
İnsanlarda ağılasığmaz xurafatlara inanmaq meyli var. Bu çox təəccüblüdür. Bir qismi də əslində inanmadığı halda, təkidlə özünü inanırmış kimi göstərir.
İsa Məsih çox ağıllıdır. Mənim qənaətim belədir ki, hal-hazırda türkcə daxil olmaqla yeddi xarici dil bilir. Daha əvvəl demişdiniz, deyə bilərsiniz. Quranı, Tövratı, İncili su kimi əzbərdən bilər, amma Qurana tabe olacaq. Bir müddət sonra dediyimin doğru olduğunu görəcəksiniz, inşaAllah.
Hal-hazırda Amerikan xarici siyasəti məsihiyyətə görə planlıdır. Hal-hazırda dünya siyasəti Məsihə görə istiqamətlənir.
Hal-hazırda orta şərqə əzab verən Məsih inancıdır. İraqla edilən döyüşün mənşəyində, Əfqanıstanın işğalında Məsih inancı vardır. Suriyanın hal-hazırkı mövqeyi Məsih inancından qaynaqlanır. İsraildə Məsih inancı əsas inancdır. Yəni Şiloh-Mehdi inancı var. İslamda da Şiloh Mehdi dörd məzhəbdə haqq olan bir inancdır. Şiəlikdə etiqad məsələsidir.
Din çox sadədir. Gözəl əxlaqlı, mehriban, səmimi olacaqsan. Onsuz da halallar bəllidir. Halallar sonsuzdur. Haram olanlar isə çox azdır. Onlar da Quranda ifadə edilmişdir. Onlara diqqət yetirəcəyik, vəssalam. Yaxşı insan olacaq, mehriban, Allaha təslim, Allahı çox sevən olacaqsınız. Başın qarışıq olmayacaq, dürüst olacaqsan.
Din çox kompleks bir şey deyil. Din çox sadədir. Yəni aylarla, illərcə oxuyub öyrənəcək, təhsillə qavrayacağımız bir şey kimi deyil. İslam iki-üç saat ərzində də insanın rahat şəkildə anlayacağı kimidir.