Mehdi (ə.s)-a çox hiyləgərcəsinə tələ edəcəklər. Cinlər, şeytanlar, iblislər, dəccallar, qadın dəccallar, kişi dəccallar min bir oyun oynayacaqlar, amma Cənab Allahın gücünün qarşısında onların ağcaqanad qədər də bir gücü olmur təbii. Bütün güc Allahındır.
Təhsillə, sevgi ilə, şəfqətlə cənub-şərqdəki qardaşlarımızı PKK düşüncəsinə və kommunist düşüncəyə qarşı xəbərdar etmək lazımdır. Mehdiyyətin gözəlliyini, qardaşlığın, birlikdə olmağın gözəlliyini izah etmək lazımdır. Bu da razılaşdırıcı, ağıllı izahatlarla olar. Demaqoqluqla olmaz.
Mehdiyyətdə insanlara şəklindən, simasından, məzhəbindən ötəri nifrət olmaz. Mehdiyyətdə Allahın yaratdığı hər qula məhəbbət vardır, hamısını qurtarma əzmi vardır. Mehribanlıq vardır, dostluq vardır, qorumaq vardır, vəfa vardır, sədaqət vardır.
Elmi mübarizə aparılmadan kommunizm qalxmaz. İlk ediləcək şey də dövlətin məktəb kitablarından Darvinizmi, materializmi qaldırmasıdır.
Quşlar, heyvanlar belə rəqs edir. Kəpənəklər rəqs edər, böcəklər belə rəqs edər. Hamısının bir rəqsi vardır. Hamısının gözəl hərəkətləri vardır. Buna görə rəqs hərəkətlilikdir, idmandır, estetikadır, xoşdur.
PKK bir mafiya təşkilatlanması, qan tökən cani bir quruluşdur. Elə bir quruluşu namusuna, şərəfinə bağlı bir kürd övladının qəbul etməsi mümkün deyil.
Cənub-şərq xalqı igiddir, cavandır. Haqq, həqiqət tərəfdarıdır, Allah, Kitab, peyğəmbər (s.ə.v)-in tərəfdarıdır. Buna görə də, kommunist, Allahsız, Kitabsız, din, iman düşmənlərinin tərəfdarı olmaz; PKK tərəfdarı olmaz.
İslandiya ateistlərin ən çox olduğu ölkədir. Darvinizmin ən çox hakim olduğu ölkədir. Dünyada da iqtisadiyyatı batan tək ölkə, pərişan olan tək ölkədir. Çox mənalıdır.
Mütləq Məsih, Mehdi (ə.s) olmalıdır. Mehdisiz dünya düzəlməz. Nə zəlzələlər dayanar, nə anarxiya dayanar, nə terror dayanar. Mütləq Mehdi (ə.s)-ı gözləyir dünya.
Mehdiyyətdən bəhs etməsən, yalnız İslam Birliyindən bəhs etsən çox böyük əksiklik olar. Çünki lidersiz birlikdən bəhs edirsən. Başsız bədəndən bəhs edirsən. Əvvəl baş olacaq, başdan bədən meydana gələcək.
İsraillə İranın döyüşməsinə icazə vermərik, elə bir mövzu olmaz. Neçə dəfə iştahlandılar, hər dəfə də icazə olmadığı üçün geri döndülər. Elə bir şey olmaz. Aqil insanlar, Mehdi (ə.s) tələbələri, İsa Məsihin tələbələri belə bir oyunu qəbul etməzlər və etməyəcəklər, inşaAllah.
Xurafatçı düşüncədə sənət yox, elm yox, estetika yox, musiqi yox, gözəllik yox, azadlıq yox, qadınların gözəlliyi yox, qadınların baxımı yox, uşaqların gözəlliyi yoxdur. Heç bir şey yoxdur. İslam belə olmaz. Belə bir İslam yoxdur. Quranın izah etdiyi İslamı yaşayaq. Bunun xaricində bir şey qəbul etmərik.
Musiqi haram deyil. Quşlar civildəyir. O da bir musiqidir. Bülbüllər oxuyur. O da bir musiqidir. Cənab Allah, məsələn, qadının səsini çox gözəl yaratmışdır, uşaq səsini çox gözəl yaratmışdır. Mahnılar bir gözəlliyin ifadəsidir. Ritm cənnətin bir bəzəyidir.
Əylənərik də, gülərik də, sevinərik də, idman da edərik. Dünyanın gözəlliyi odur. Axirətdə də qaldığımız yerdən davam edəcəyik, Allahın icazəsi ilə.
Allah ürəyimizi ritmə meylli etmişdir. Ritm bizi həyəcanlandırar. Düzgünlük, intizam bizi həyəcanlandırar. Məsələn, darbukanın ritmi həyəcan verər. İnsanın yaradılışındakı ritm, düzgünlük həyəcan verər. Hər estetika insana həyəcan verər.
Musiqi ruhun qidasıdır. Rəqs bədənin qidasıdır. Rəqs bir idmandır. Cənnətdə ağaclar belə rəqs edir.
İspaniya Darvinist-materialist təhsilə son verməlidir. Allahın varlığını, birliyini, şəfqəti, mərhəməti izah etməsi lazımdır. Bax, o zaman Əndəlüs dövrü kimi olar. Sülhün, sənətin, gözəlliyin, estetikanın ən möhtəşəm görünüşü o zaman meydana gələr, inşaAllah.
Ələvi qardaşlarımız canımızdır, çox gözəl əxlaqlı, çox sadə, cəsur, vəfalı, incə düşüncəlidirlər. İnsan sevgisi ilə doludurlar. Heyvan sevgisi, bitki sevgisi, təbiət sevgisi ələvi qardaşlarımızda çox gözəldir, çox incədir.
Elmi həqiqətlər, Darvinist xurafatlarla ört-basdır edilə bilməz.
Məzlumun, özünə edilən zülmdən çəkdiyi narahatlıq Allahın xoşuna gəlməz. Məzlum bağışlasa belə Allah bağışlamaya bilər. Allah daim doğrunun, məzlumun və haqlının tərəfindədir.
İslam Birliyi olmayınca fəlakətlər çox olur.