Əylənərik də, gülərik də, sevinərik də, idman da edərik. Dünyanın gözəlliyi odur. Axirətdə də qaldığımız yerdən davam edəcəyik, Allahın icazəsi ilə.
Allah ürəyimizi ritmə meylli etmişdir. Ritm bizi həyəcanlandırar. Düzgünlük, intizam bizi həyəcanlandırar. Məsələn, darbukanın ritmi həyəcan verər. İnsanın yaradılışındakı ritm, düzgünlük həyəcan verər. Hər estetika insana həyəcan verər.
Musiqi ruhun qidasıdır. Rəqs bədənin qidasıdır. Rəqs bir idmandır. Cənnətdə ağaclar belə rəqs edir.
İspaniya Darvinist-materialist təhsilə son verməlidir. Allahın varlığını, birliyini, şəfqəti, mərhəməti izah etməsi lazımdır. Bax, o zaman Əndəlüs dövrü kimi olar. Sülhün, sənətin, gözəlliyin, estetikanın ən möhtəşəm görünüşü o zaman meydana gələr, inşaAllah.
Ələvi qardaşlarımız canımızdır, çox gözəl əxlaqlı, çox sadə, cəsur, vəfalı, incə düşüncəlidirlər. İnsan sevgisi ilə doludurlar. Heyvan sevgisi, bitki sevgisi, təbiət sevgisi ələvi qardaşlarımızda çox gözəldir, çox incədir.
Elmi həqiqətlər, Darvinist xurafatlarla ört-basdır edilə bilməz.
Məzlumun, özünə edilən zülmdən çəkdiyi narahatlıq Allahın xoşuna gəlməz. Məzlum bağışlasa belə Allah bağışlamaya bilər. Allah daim doğrunun, məzlumun və haqlının tərəfindədir.
İslam Birliyi olmayınca fəlakətlər çox olur.
İnsan, beynini qaraltsa gördüyü görünüş də qaralar. Hər şeyin gözəl tərəfini görmək lazımdır.
Sevgi ilə, bağışlamaqla, Mehdiyyətin o isti iqlimi ilə dünya cənnətə dönər.
Kommunizmlə, siyasətlə bacarmaq olmaz. Mütləq elmi əks mübarizə edilməsi lazımdır.
Müsəlmanda, əvvəl müşk qoxusu alar öləcək adam. Sonra yüngül bir külək kimi can alınır. Kafirdə çox çətindir, çox iztirab çəkər. Müsəlmanda ipək toxunuşu kimidir.
Qüruru qırmamaq çox vacibdir. Qüruru qırılan bir insan dəli kimi olar, eqoizmi qırılan bir insan dəli kimi olar. Qürurunu qırmamaq, şəfqət göstərmək, təvazökarlıqla mövzunu izah etmək lazımdır.
Şəhidlərin içərisində ən yüksək dərəcəni alan adam hz. Mehdi (ə.s)-dır deyir, peyğəmbərimiz (s.ə.v) söyləyir bunu. Harada? Qiyamət Əlamətləri, Məhəmməd İbn Rəsul Əl-Hüseyn Əl-Berzəncidə. Əsərin 227-ci səhifəsində.
Hz. Mehdi (ə.s)-ın ölümü də şəhidlik olur. Çünki hədisdə bildirildiyinə görə Allah yolunda təbliğə gedərkən öləcəyi üçün Mehdi (ə.s) şəhid olmuş olur.
Müsəlmanın xüsusiyyətidir müjdə vermək, insanları cənnətlə müjdələmək, Allahın varlığı ilə müjdələmək... ALLAHIN VARLIĞI ƏN BÖYÜK MÜJDƏDİR.
Normal vicdanda dərhal Allahı anlayırıq. Quranın da doğru olduğu oxunduğunda vicdan sahibi bir insan tərəfindən dərhal aydın olar. Bu qədər möcüzənin bir kitabın içərisində bu qədər sıx olması, heç bir ziddiyyətin olmaması və 1400 ildən bəri də elmlə, məntiqlə heç bir ziddiyyət təşkil etməməsi, Qurana uyanların da həmişə xoşbəxt yaşaması Quranın doğruluğunun digər dəlillərindəndir.
PKK Allahın varlığını görməlidir. Çox açıq, çox dəqiqdir. Normal, orta zəkası olan bir insan Allahın varlığını anlayar. Allah, bizi, o qədər beynimizi məcbur edərək anlayacağımız kimi yaratmamışdır.
İslam Birliyi ilə İranlı kürd qardaşlarımız da xilas olar, Suriyadakılar da, İraqdakılar da xilas olar.
Sülhün bir dili vardır. Nəzakət dili, sevgi dili, şəfqət dili.
Dünya tarixində görülməmiş bir şey, bu qədər çox zəlzələdir. Yer, göy: "Dərhal çıx" deyir Mehdi (ə.s)-a. Cənab Allah yeri vəzifələndirmişdir. Yer bar-bar qışqırır; "Mütləq Mehdi (ə.s), İsa Məsih" deyir.