Mağazalarda işləyən insanlara hörmətsiz rəftar göstərmək, həm çox çirkin, həm də çox vicdansızlıqdır.
Tayyib hocam bütün gəncliyini Allah rizası üçün sərf etmiş insandır. Belə insanın dünyadan gözlədiyi nə isə ola bilməz.
Alkoqol insanları ruhən və fiziki olaraq çökdürər. Alkoqol insana nə isə qazandırmaz. Xoşbəxtlik Allah sevgisi ilə, Allah qorxusu ilə qazanılar.
Hər şeyi təsadüflə izah edən bir düşüncə elm deyil. Təkamül, təsadüf bütünə inanan bütpərəst inancıdır.
Təkamül Şumerlərdən gələn bütpərəst düşüncədir. Bu bütpərəst inancını elm adı altında gənclərə zorla qəbul etdirmək qəbuledilməzdir.
Darvinist, materialist düşüncə elmi yolla çökdürülsə PKK-nın beyni dağıdılmış olar. PKK darvinizm üzərində qurulan Stalinist hərəkatdır.
İşəgötürənlər işçilərini öz övladları kimi görüb, onlara şəfqət göstərib mərhəmətlə yanaşmalıdırlar.
Bəziləri gənc qızların əylənməsini anormal görür, lakin özləri istədikləri kimi əylənirlər. Əsil əyləncə, sevinc və gözəllik qadınların hüququdur.
Qadının iffətinə dəyər verib, dünyadakı ən gözəl varlıq olduğunu hiss etdirib, hörmət göstərərək istədiyi qədər azad yaşayacağı mühit təmin edilməlidir.
Gənclərin rahat-rahat söhbət edəcəkləri, əylənəcəkləri, güləcəkləri bir dünya istəmələrində haqq var. Hörmət və sevginin olduğu mühitdə azad olarlar.
Rusiya və Türkiyənin arasının pozulması üçün çox çalışdılar. Türkiyənin Rusiya ilə də, İsrail ilə də əlaqələri həmişə yaxşı olacaq inşaAllah.
Türkiyədə Suriyalı problemi yoxdur. Türkiyədə Suriyalı qonaqlarımız var, canını qorumaq məqsədi ilə gələni qorumaq müsəlman üçün fərzdir.
Qız dostlarımın mənə olan səmimi sevgiləri Allahın xüsusi lütfüdür. İmandan irəli gələn sevgi Allahın möminlərə hədiyyəsidir.
Hər insan təkcə öz ekranında ona göstərilən təsviri bilər, digər insanın ekranında nə göstərildiyini bilə bilməz.
Küçə sənətçilərinə layiq olduqları dəyərin verilməsi əhəmiyyətlidir. Küçədə ifa edilən musiqi həqiqətən nəfis olur, lazımı qədər təqdir edilməlidir.
Gənclərin həqiqətən əylənə bilmələri üçün əvvəlcə qəlblərinin hüzurlu olması lazımdır. İman və sevgi olmadan əyləncə yeri gərginlik vəsiləsi olur.
Cənnət ruhu və cənnət əxlaqına sahib insan yaşıllığı sevər. Cənnət əxlaqına qibtə etməyən insan üçün yaşıllığın dəyəri və gözəlliyi olmaz.
Mehdiyyət dövründə bütün dünya xilas olacaq. Biz bir ölkənin xilas olması ilə xoşbəxt olmarıq. Bütün insanların xilas olması ilə xoşbəxt olarıq.
İnsanların çoxu vəsvəsə, qorxu və narahatlıq içində yaşayır. Ən yaxınlarına belə etibar edə bilmirlər. Buna görə də, həmişə qaşqabaqlı sifətlə gəzirlər.
Ağıllı insan digər ağıllı olanı dərhal anlayar. Ağılsız insan isə uzun müddət qarşısındakı insanın əxlaqsızlığını müəyyən edə bilməz.
Bir insana etibar etmək üçün onun ağlına, imanına, dərinliyinə baxmaq lazımdır. Etibar olmadan sevgi olmaz, olsa da, bu təkcə həvəs və həyəcan olar.