Bir insana etibar etmək üçün onun ağlına, imanına, dərinliyinə baxmaq lazımdır. Etibar olmadan sevgi olmaz, olsa da, bu təkcə həvəs və həyəcan olar.
Allah Hz. İsanın ölmədiyini və öldürülmədiyini bildirmişdir, diri olaraq Allah dərgahına alındığını və yenidən yer üzünə gələcəyini söyləmişdir.
Homoseksuallıq bütün dinlərdə haramdır. Bütün dinlərin mənsubları bu əxlaqi pozulmaya qarşı ortaq elmi tədbir almalıdır.
Homoseksuallıq Qurana görə haramdır. Bu çirkin hərəkəti müdafiə edənlər gənclərimizin necə bir mühitdə yetişməsini istədiklərini düşünməlidirlər. Homoseksuallığın səbəb olduğu ictimai təxribatı aradan qaldırmaq mümkün olduğu halda, bu çirkinliyi təşviq etmək çox böyük vicdansızlıq və günahdır.
Allah Quranda homoseksuallığın iyrənc hərəkət olduğunu bildirmişdir. Biz cəmiyyəti bu əxlaqsızlıq məsələsində xəbərdar etməklə məsuluq.
Quranın qaydalarından kənar cəmiyyətin insanları əzən süni qaydalarını ləğv etmək lazımdır. O zaman hər kəs çox azad olar.
Hər bəlanın altında Allah sevgisi və Allah qorxusunun olmamağı var. Allahı sevən insanın anlaşmazlıq, tərslik, dava yaşaması qeyri-mümkündür.
Qatar və Misiri barışdıran da Türkiyə olsun. Türkiyə heç bir ölkədə təkcə bir təbəqəni müdafiə edən olmasın, bütün təbəqələri qucaqlayaq.
Türkiyə, Misirdə bütün xalqı qucaqlayacaq, hamısının xilas olması üçün səy göstərəcək bir siyasət aparsa çox gözəl olar. Misirdə edam növbəsi gözləyən gənclərin xilas edilməsi Türkiyənin prioriteti olsun. Bu da Misirdəki bütün təbəqələrə sahib çıxmaqla mümkün olar.
Bir insan təhsil almamış ola bilər, lakin arif olar. Arif olan insan müəyyən mənada alimdir, ağlı ilə hadisələri çox yaxşı dəyərləndirər.
İnsanlar ağılla, sevgi ilə, məhəbbətlə, eqoistlikdən xilas olmaqla xoşbəxt olar.
Sevgini qadağan edən, qadınların azadlığını, sevincini təzyiq altına alan bir sistemdə incəsənət də inkişaf etməz.
Sevginin, dostluğun, qardaşlığın yayıldığı cəmiyyətdə heç bir gənc qıza təcavüz edilməz, narahat edilməz.
"Çox yaxşı yerə gəlmək" Allah sevgisi ilə, imanla xoşbəxtlik vəsiləsi olar. Yaxşı dediyin yerdə sevgi ilə, imanla yaxşı xidmət etsən xoşbəxt olarsan. Xoşbəxtlik digər insanları xoşbəxt etdiyin zaman yaşanan duyğudur. Eqoist insan xoşbəxt ola bilməz.
Hz. Mehdi dövründə dünyada silah qalmayacaq, mövcud silahların hamısı sənayedə işlədiləcək.
İstirahətlə, məkan dəyişdirməklə xoşbəxtlik olmaz, həyatın dəyişməsi ilə xoşbəxtlik olar. İslama, dinə xidmət edən ən mükəmməl istirahət etmiş olar.
Peyğəmbərimiz (s.ə.v) mühüm mövzuları 3 dəfə təkrarlayardı. Təkrar, mövzunun başa düşülməsi baxımından əhəmiyyətlidir. Təbliğdə də, bu üsuldan istifadə edilməlidir.
Ülkücülər həqiqi dava adamlarıdır. Heç vaxt fərdi və ya ideoloji mənfəətə görə deyil, təkcə dövlət mənfəətinə görə hərəkət edərlər. Başbuğ Türkeş ülkücüləri çox gözəl dövlət tərbiyəsi ilə yetişdirdi. Onlar üçün prioritet olan hər zaman dövlətin davamiyyətidir.
Müxalifətin səsinin gur çıxması Türkiyədə demokratiyanın güclü işlədiyini göstərər, bundan narahat olmamaq lazımdır.
Təkamül ən ibtidai bütpərəst inancıdır. Hər şeyi təsadüflə izah edən batil dindir.
Biz, darvinizm gənclərə öyrədilməsin demirik, öyrədilsin, amma elm mövzusu olaraq deyil, keçmiş dövrlərin batil inancı olaraq öyrədilə bilər.