Dəccaliyyət Türkiyədə bir dəccal sistemi qurub, bütün Yaxın Şərqi, dəccalaşdırdığı insanların əli ilə məhv etməyi düşünür. Bu müddət ərzində Amerika əsgərini, Avropa əsgərini istifadə etmək istəmir. Kommunistləşdirdiyi Yaxın Şərq xalqlarını öz insanlarına qarşı istifadə etmək istəyir.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Cümhuriyyət hökumətini və dövləti dağıtmağa çalışan bir sistem var; PKK-nın xüsusiyyəti budur. Məqsədin məlumdur; dövləti dağıtmaq. Onun yerinə kommunist bir dövlət yaratmaq. Cənub-Şərq bölgəsini parçalamaq, qalan yerləri də işğal etmək. Abdullah Öcalanın düşüncəsi Marksist, Leninist, Stalinist bir düşüncədir.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Bütün millətlər sevilərsə, hər millət rahatlıq tapar. Amma mən bir millətə zülm edəcəyəm desən, bütün millətlərin üzərinə zülmün qapısı açılar, olmaz belə şey. Sevirsənsə hamını sevərsən, sevmirsənsə heç kəsi sevməzsən.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Türkiyədə İsrailə verilən qarşılıq, nifrət 80%-ə çatmışdır. Dəhşətli bir göstəricidir. Bu dərhal düzəldilməlidir. Siyasətçilərimizin də bu mövzuda mülayim, gözəl, sevgi dolu çıxışları çox faydalı olar. Digər ölkələri sevən bir millət olmalıyıq. Əksi bizə yaraşmaz.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Türkiyədə digər ölkələr, digər millətlər az sevilir. Sən Allahın digər qullarını sevmirsənsə, onda Türkiyəni də sevməzsən. Səmimi ol. Suriyalını, ərəbi, yunanlını, rusu, iranlını, avropalını, amerikalını sev. Hamısı Allahın quludur, rəngarəng nə gözəl. Allah onu bir nemət olaraq yaratmışdır.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Dünyəvilik dini susdurmaq deyildir. Dinin istifadə edilməsi də deyil. Dinin səmimi şəkildə yaşanmasıdır. Bir siyasətçi içindən gəldiyi kimi Allah haqqında danışmaq istəyirsə danışsın, dindən danışmaq istəyirsə danışsın.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Sən Allahı sevsən, sevdiyin görüntü də sonsuza qədər yox olmaz. Heç bir varlıq yox olmaz. Mövcud olan bir şey bir dəfə yarandısa, artıq bir daha yox olmaz. Mümkün deyil, texniki baxımdan da mümkün deyil.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Gözəlliyi göstərən Allah, bir görüntü olaraq göstərir. Bütün hamısı Allaha aiddir, sevdirən Allahdır, göstərən də Allahdır. Bütün sevgini Allaha yönəlt. Allahı sevmir amma insanı sevir, ondan sonra da "vay yandım" deyə başlayır.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
CHP Atatürkün anlayışını mənimsəsin. CHP Atatürkün sevgi, dostluq, qardaşlıq, birlik anlayışı, Türk-İslam Birliyi, İslam Birliyi anlayışı, Türk dünyasının birləşməsi anlayışı, Qurana sevgi anlayışı, qadına və sənətə baxışını yaxşı şəkildə mənimsəsin. Əgər bu olsa, CHP-nin səy göstərməsinə ehtiyac qalmaz, onsuz da millət dərhal onu bağrına basar.
(A9 TV; 29 noyabr 2014)
Adnan Oktar
-
Rusiya-Türkiyə əvvəldən bəri dostdurlar, bundan sonra da dost olaraq qalacaqlar. Qarşılıqlı sevgimiz çox güclüdür. Bundan ötrü də ticarət əlaqələrimizin güclü olduğunu güman edirəm. Amma ticarət bizim üçün ikinci yerdə gəlir. Sevgi, dostluq, qardaşlıq və qarşılıqlı etibar ən əhəmiyyətli mövzulardır.
(A9 TV; 29 noyabr 2014)
Adnan Oktar
-
Bütün problemlərin qaynağı sevgisizlik və qarşılıqlı təhdidlərdir. Qarşılıqlı təhdidlər aradan qalxmalıdır. Sevgi, ruh yüksəkliyi hakim olmalıdır. Bütün dünyanı dostluq ruhu əhatə etməlidir. Əsas mövzu budur.
(A9 TV; 29 noyabr 2014)
Adnan Oktar
-
Dünyanın ən güclü silahı sevgi və səmimiyyətdir, dostluq ruhudur. Bu, müsbət bir elektrik meydana gətirər. Avropanın, dünyanın, bütün insanların axtardığı da məhz budur.
(A9 TV; 29 noyabr 2014)
Adnan Oktar
-
Risalə-i Nuru əvvəldən axıra qədər oxuyub tamamilə başa düşən biri mükəmməl bir məntiqə sahib olur. Tam fərqli bir insan olur. Mühakiməsi, qərarı, təvəkkülü. Amma Risalə-i Nuru çox yaxşı bilməlidir, mənimsəməlidir, başa düşməlidir.
(A9 TV; 29 noyabr 2014)
Adnan Oktar
-
İnsan haqsızlığa, xəyanətə məruz qaldıqda, oradan da savab qazanır. Alçaqlıq edən oldusa, oradan da savab qazanır. Alçaqlığa məruz qalanı Allah daha da gücləndirər. Xainliyə məruz qalanı Allah daha da gücləndirər. Zəifliyə düçar olmaz.
(A9 TV; 29 noyabr 2014)
Adnan Oktar
-
Prezident sistemi həmişə böyük xalq üsyanları, böyük müharibələr nəticəsində dağılır. Parlamentli sistemlərə heç bir şey olmur. Prezident sistemləri Yaxın Şərqdə daim dağıldı. Amerikada da baş bəlası oldu. Yəni prezident sistemi bərəkətli bir yol deyil, uğursuz bir yoldur. Bu işə girməyək.
(A9 TV; 29 noyabr 2014)
Adnan Oktar
-
Risalə-i Nur çox mükəmməl kitabdır. Risalə-i Nur mütləq hər gün oxunmalıdır. Hər yerdə ortalarda olsun. Qurandan, Risalə-i Nurdan, Tövrat və İncilin haqq olan hissələrindən istifadə etmək lazımdır.
(A9 TV; 28 noyabr 2014)
Adnan Oktar
-
Abdullah Öcalanı sərbəst buraxmağa çalışacaq adama Allah hidayət versin. Hidayət tapmayacaqsa, Allah həlak etsin. Abdullah Öcalanı sərbəst buraxmağa çalışacaq, yəni onu bağışlayıb, azad etməyə çalışacaq adamı Allah həlak etsin! Kim vəsilə olmağa çalışarsa, Allah onu məhv etsin.
(A9 TV; 28 noyabr 2014)
Adnan Oktar
-
İrqçilik əxlaqsızlıqdır. Tək sözlə əxlaqsızlıqdır. Zəncilər olduqca gözəl insanlardır, həm ağıllı, həm istedadlı, həm gözəl xasiyyətli, həm də təvazökardırlar.
(A9 TV; 27 noyabr 2014)
Adnan Oktar
-
Qadının hər yerdə ən azı kişilər qədər güc və say etibarilə çox olması, AK Partiyası tərəfindən dəstəklənilməlidir. Məsələn, məclisdəkilərin ən azı yarısı qadın olsun. Dövlət idarələrində işləyənlərin ən azı yarıya qədəri qadın olmalı və qadınlara üstünlük verilməlidir.
(A9 TV; 27 noyabr 2014)
Adnan Oktar
-
Bir ölkədə keyfiyyət qalmayıbdırsa, deməli heç bir şey qalmamışdır, Allah qorusun. Keyfiyyət olmasa həyat da olmaz, sənət də olmaz. Həyat və sənət bağlı olduğuna görə orada meydana gələn gözəlliyi də keyfiyyət adlandırırıq.