PKK-nın iyrənc də olsa bir idealı var. Bunun üçün mağaralarda yatır. Məgər onlar evlənməyin nə olduğunu bilmirlər? Məgər onlar iş, yoldaş, yemək axtarmağı bilmirlər? Amma idealı üçün yaşayır. İyrənc və yanlış idealı üçün. Özünə qəsd edir, ölümü gözə alır bunun üçün.
Bizdə çox vaxt ancaq zahirə fikir verirlər, məsələn, zənginlik, gözəl qadınlar, musiqi, əyləncə və s. Əvvəlcə onun kimi görür. Yəni kitablarda yazılanları görə bilmir, aparılan iş və fəaliyyətləri görə bilmir. Amma araşdırmağa başladıqdan sonra addım-addım cənnətə gəldiyini anlayır. Başqa mənada ruhuna yaxınlaşdığını anlayır. Yaxınlaşdıqca dünyası işıqlanır, işıqlandıqca irəliləyir.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
PKK-lılar fikirlə məğlub edilmədikdən sonra yavaş-yavaş universitetlərə hakim olurlar, liseylərə hakim olurlar. PKK düşüncəsi imanlı gəncləri də daim addım-addım gerilədir. Mənim gördüyümə görə demək olar ki, bütün universitetlərdə solçular hakimdir.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
Marksist düşüncəyə qarşı, kommunist düşüncəyə qarşı, PKK-ya qarşı tam təchizatlı, təşkilatın ideologiyasını tam qavrayan və necə mübarizə edəcəyini çox yaxşı bilən, elmi dəlillərdən istifadə edən mükəmməl bir gənclik yetişdirilməlidir. Hal-hazırda gənclər özbaşına buraxılıblar. Tam əksinə darvinist təhsil verilir.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
Gənclər, ideallarla təchiz edilmiş, mənəvi cəhətdən mükəmməl hala gətirilmiş, darvinizmin, materializmin cəngindən xilas edilmiş, yaradılış inancına dair bütün məlumatlarla mükəmməl şəkildə təchiz edilmiş, imanlı və ağıllı gənclər olaraq yetişdirilməlidirlər.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
“Terrorla mübarizə” haqqında qanuna dəyişikliklər edilməlidir. Məsələn, PKK-lılara kömək edənə ən azı 10 il həbs cəzası verilsin. Eləcə də, PKK-nı tərifləyən, Abdullah Öcalanın lehinə şüarlarla çıxış edən, təşkilatla əlaqəsi olduğu açıq şəkildə bilinən hər kəsə bu cəza tətbiq edilsin. Bunu uzatmağa ehtiyac yoxdur. Başqa cür dayanmaz. Həbs etmək, ortalığı sakitləşdirər. PKK-nın bütün fəaliyyətlərini dayandırmış, qolunu-qanadını qırmış olarsan. Lazım gəlsə 10 min, 20 min, 30 min, 40 min, 50 min, 100 min insanı həbs edərsən. Doldur həbsxanaya, bitdi. Xüsusilə də, dəstə başçıları həbs olunsa məsələ bitər.
(A9 TV; 14 sentyabr 2015)
Adnan Oktar
-
PKK-lılar həbs olunmalıdır. PKK, Türkiyəni tamamilə yox etməyi qarşısına məqsəd qoyan bir sistemdir. İlk mərhələdə deyil, bir neçə mərhələdə yox etməyi qarşısına məqsəd qoyan bir sistemdir. Siyasətlə qaynayıb qarışmış bir dəstədir. Həm silahlı, həm də silahsız PKK-lılar həbs olunmalıdır. Geniş miqyaslı həbs etmə əməliyyatı aparılsın, 30 min, 40 min, 50 min insan da həbs oluna bilər. Yetər ki, həbs olunsunlar, ortalıq sakitləşər.
(A9 TV; 14 sentyabr 2015)
Adnan Oktar
-
Bektaşi təriqəti sirr dolu bir təriqətdir. Nəqşibəndilik də sirlərlə doludur. Axırzamanda sirlər ard-arda ortaya çıxacaq. Nəqşibəndi böyükləri Mehdi (ə.s)-ı tanıyırlar. Kim olduğunu bilirlər. Bektaşi böyükləri da bilirlər. Onlara bu sirr verilmişdir. Dərhal anlayarlar. Nur tələbələri də, Mehdi (ə.s)-ın kim olduğunu bilirlər, hər hansı bir nur tələbəsi deyil, sirr verilmiş nur tələbələri.
(A9 TV; 13 sentyabr 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) insanların üstündəki zəncirləri açacaq. Aydın, ağıllı, canlı, sevgi dolu bir İslam anlayışı hakim olacaq.
(A9 TV; 13 sentyabr 2015)
Adnan Oktar
-
Ənənəvi ortodoks qardaşlarımız bir Mehdi gələcəyini, mövcud olan qatı dinçiliyi çox zəif görəcəyini zənn edirlər. "Belə də qatı dinçilik olar? Bunun yüz mislini edəcəyəm" deyəcəyini və dünyanın zülmət qaranlığa qərq ediləcəyini zənn edirlər. Hz. Mehdi (ə.s) yüz misli qatı dinçiliyi həll edəcək.
(A9 TV; 13 sentyabr 2015)
Adnan Oktar
-
Suriya torpaqlarının təxminən üçdə bir hissəsi Bəşər Əsədin nəzarəti altında ola bilər. Təxminən üçdə iki hissəsi də federativ ərazi olaraq Türkiyəyə birləşdirilsin. Türkiyə zamin dövlət olsun, məsələ həll olsun. Eləcə də, NATO-nun zəmanəti altında olar. Çünki Türkiyə NATO-ya üzv olduğu üçün, torpaqlar Türkiyəyə məxsus federativ torpaqlar olacaq. Məsələ həll olar.
(A9 TV; 13 sentyabr 2015)
Adnan Oktar
-
Bəziləri ehtiyac sahibi qardaşlarımıza kömək etmək məsələsində “pulu haradan tapacağıq?” məntiqiylə danışırlar. Allah qat-qat bərəkətini gətirər. Savabı əhəmiyyətlidir, Allahın rizasını qazanmaq əhəmiyyətlidir. Rizasını qazansan Allah da bərəkətini gətirər. Rizasını qazanmaq əvəzinə xəsislik etsən, Allah əlindəkini də alar, malın-mülkün hamısı əlindən gedər.
(A9 TV; 13 sentyabr 2015)
Adnan Oktar
-
İndi Cizrədə nə edilməlidir? İgid xalqımız, kürd qardaşlarımız, nurlu qardaşlarımız üçün, evləri olduqca gözəlləşdirib özlərinə hədiyyə edilməlidir. Malı-mülkü yox oldusa, yerinə artığıyla mal-mülk verilməlidir. Yeməyi yoxdursa və ya misal üçün, 10 kilo düyüsü əldən çıxdısa, yerinə 100 kilo düyü alıb torbayla evinə qoyaq. Bərəkəti olar.
(A9 TV; 13 sentyabr 2015)
Adnan Oktar
-
Sevgimizi gücləndirək, birliyimizi gücləndirək nəticəni görəcəyik. Allah hal-hazırda bizi seyr edir, söylədiklərimizi də eşidir. Hazırda O, bizi bir yerə topladı. Bir-birimizə olan etibarımızı, sevgimizi, hörmətimizi Allah yaradır. Bütün güc Ona məxsusdur. Biz dua edirik, dünyanın yaxşı olmasını, gözəl olmasını istəyirik, inşaAllah olacaq.
(A9 TV; 11 sentyabr 2015)
Adnan Oktar
-
İsrarlı, qərarlı olmaq çox əhəmiyyətlidir. Allahın köməyi ilə bu bəlanın, bəlaların, əzabların bitəcəyinə inanıram. Sevgi dolu, ağıllı insanların fəaliyyətdə olduğunu görürəm. Ən zalım insanı belə razı salmaq olar. Sevgiylə yaxınlaşılacağı, Allah inancıyla yaxınlaşılacağı təqdirdə bunun mümkün olduğunu birlikdə görəcəyik. Hər şey əvvəlki gözəlliyinə qayıdacaq.
(A9 TV; 11 sentyabr 2015)
Adnan Oktar
-
Bölgədəki zülmü və yaşanan əzabları sadəcə diplomatiya ilə həll etmək olmaz. Sevgiylə olar. Allah ilə əlaqədə olmaqla olar.
(A9 TV; 11 sentyabr 2015)
Adnan Oktar
-
ABŞ-ın bütün rəsmi təşkilatları əldən-ələ keçir, həmişə masonların əlindədir. Məsələn, Corc Vaşinqton ustad masondur. ABŞ-ın bu günə qədər olan bütün prezidentlərinin hamısı masondur.
(A9 TV; 11 sentyabr 2015)
Adnan Oktar
-
PKK-nın müzakirələr aparılmasını istəməkdə məqsədi nədir? Sevr müqaviləsi kimi. Sevr müqaviləsində nə dedilər? "Gəlin masa arxasında əyləşin" dedilər, Türkiyəni parça-parça etdilər. Bu da həmin şeydir. Bu masa Sevr müqaviləsi masasıdır. Ondan daha betər bir masadır.
(A9 TV; 11 sentyabr 2015)
Adnan Oktar
-
Məntiqləriylə hərəkət edənlər həmişə sürünərlər. Lakin əvvəlcə qalib gələcək kimi görünürlər. Vicdanlarıyla hərəkət edənlər də əvvəlcə məğlub olacaq kimi görünərlər, lakin həmişə sonunda qalib gələrlər.
(A9 TV; 9 sentyabr 2015)
Adnan Oktar
-
Bəzi insanlar vicdanlarıyla deyil, məntiqləriylə hərəkət edirlər. "Mən məntiqimin səsinə qulaq asaram" deyir. Qardaşım sonra sürünərsən. Məntiq ilk baxışda insanı xilas edəcək kimi görünər. İnsan məntiqiylə hərəkət etdikdə məntiqinin həmişə lehinə, həmişə kefinə və mənfəətinə uyğun bir şeylər qazandıracağını düşünər. Məntiq daim insanın başını bəlaya salar.
(A9 TV; 9 sentyabr 2015)
Adnan Oktar
-
Allah ayədə; "vicdanları qəbul etdiyi halda zülm və təkəbbür ucbatından rədd etdilər" deyir. Vicdanına müqavimət göstərir. Yoxsa vicdanı ona doğru olanı əmr edir, "et" deyir, dinləmir. Sözünə qulaq asmır. Buna görə də üzləri qaralır. Yoxsa insan vicdanının səsinə qulaq assa, üzü nur kimi olar.