Kürdlər bizim canlarımızdır, Bədiüzzamanın, Səlahəddin Əyyubinin övladlarıdır. Onlar ən qiymətli, ən müqəddəs vətəndaşlarımızdandır. Onları dağlıq bir ərazidə, kommunistlərin əlində, mərhəmətsiz bir mühitdə, estetikadan, sənətdən və gözəllikdən məhrum, yalnız qanın və irinin izah edildiyi kommunist bir dövlətdə məhv edilmələrinə icazə vermərik.
Millətimizin 70%-i Mehdi (ə.s)-ın çıxacağından və Mehdi (ə.s)-ı görəcəyindən əmindir . 99%-ni də Darvinizm məsələsində razı saldıq, Darvinizmin etibarsız olduğuna inandılar. Bu səbəbdən çox təsirli hərəkət edirik, əlhəmdülillah, maşallah, Allah vəsilə edir.
(A9 TV; 10 Avqust 2012)
Adnan Oktar
-
Müsəlmanları ümidsizliyə sövq edənlər, Mehdi (ə.s) barəsində müsəlmanların şövqünü qırmağa çalışanlar bu terror bəlasının içinə girmiş olurlar. Onun üçün də bacı-qardaşlarımız təkidlə və qətiyyətlə həm Mehdiyyətin, həm də Darvinizm, materializmin etibarsızlığını hər yerdə izah etsinlər.
(A9 TV; 10 Avqust 2012)
Adnan Oktar
-
Şəhidlərimizin quluyuq. Şəhid ailələrinin əmrində olmalıyıq. Can əzizdir, Allah üçün canlarını verirlər.
(A9 TV; 10 Avqust 2012)
Adnan Oktar
-
Şəhid ailəsini sahibsiz, tək buraxmaq əxlaqa uyğun deyil. Bu çox ayıbdır. Onlara sahib çıxmaq böyük bərəkət və gözəllikdir.
(A9 TV; 10 Avqust 2012)
Adnan Oktar
-
Hər tapılan kəllə, qalıq mükəmməl formadadır. Möhtəşəm bir quruluşa, qızıl nisbətə sahib mükəmməl bir fosilə ara fosil deyə bilmərik. Yaradılışı isbat edən qalıqdır. Ara qalıq olması üçün mütləq patoloji olmalıdır.
(A9 TV; 10 Avqust 2012)
Adnan Oktar
-
On minlərlə, yüz minlərlə, milyonlarla qalığa qarşı laqeyd olmaq mümkün deyil. Elmi həqiqətlərə müqavimət göstərmək olmaz. Qalıqlar hər yerdə öz mükəmməlliyini göstərir.
(A9 TV; 10 Avqust 2012)
Adnan Oktar
-
Bütün ortaya çıxan qalıqlar təkamülə son qoyur. Elə bir qalıq yoxdur ki, təkamül nəzəriyyəsini dəstəkləsin. Hamısı yaradılışı dəstəkləyir.
(A9 TV; 10 Avqust 2012)
Adnan Oktar
-
Şəhid ailələrinə qarşı sevgi bəsləməmək, vətəni, milləti, bayrağı üçün canını vermiş canlarıma, Allah Cənnətinə aparır Allahın diləməsiylə, - belə mübarək, mələk kimi varlıqlara sahib çıxmamaq əxlaqa uyğun deyil.
(A9 TV; 9 Avqust 2012)
Adnan Oktar
-
Yurdumuzun şəhid ailələrinə böyük bir coşğu və qətiyyətlə yiyələnək. Əks halda, əxlaqsızlıq edərik.
(A9 TV; 9 Avqust 2012)
Adnan Oktar
-
Şəhidlər bizim övladlarımızdır. Bizim qardaşlarımız şəhid olur, ataları bizim atalarımız, anaları bizim analarımızdır. Onlar bizim qohumumuz olmuş olurlar.
(A9 TV; 9 Avqust 2012)
Adnan Oktar
-
Cihad cəhd etmək, səy göstərməkdir, adam öldürmək deyil.
(A9 TV; 9 Avqust 2012)
Adnan Oktar
-
Din qanı qadağan edir. Peyğəmbərimiz (s.ə.v) bir damla qanı belə qadağan etmiş, haram buyurmuşdur.
(A9 TV; 9 Avqust 2012)
Adnan Oktar
-
Din qan tökməyi əmr etmir. Dindar olduğunu zənn edən faşistlər qan tökər və yaxud dindar olduğunu iddia edən kommunistlər qan tökər.
(A9 TV; 9 Avqust 2012)
Adnan Oktar
-
İrq və irsi mənada türkçülüyə qarşıyam. Bu, faşistlikdir. Türk deyərkən “mən Türkəm” deyən yəhudi, müsəlman, xristian olan çərkəz, kürd, laz və başqalarını nəzərdə tuturam. “Türkəm” dedikdən sonra Türkiyə sərhədləri içərisində hər kəs Türkdür. Mənim Türklük anlayışım budur.
(A9 TV; 9 Avqust 2012)
Adnan Oktar
-
Dünyada ədalətin təmin edilməsi, sülhün bərqərar olması Mehdiyyətin əsasıdır. Karl Marks da bu fikirlərini Mehdiyyətdən almışdır. Yəni Tövratdakı və Peyğəmbərimiz (s.ə.v)-in izah etdiyi Mehdiyyəti geniş araşdırmış, onu dinsiz Mehdiyyətə çevirməyə çalışmışdır. Dinsiz Mehdiyyətin adı dəccaliyyətdir. Onun qarşısına da Allah tərəfdarı olan Mehdiyyət çıxır.
(A9 TV; 9 Avqust 2012)
Adnan Oktar
-
Biz Kommunizmin Allahı, dini, ailəni, əxlaqı, yaradılışı inkar etməsindən narahatıq. Yoxsa kommunizmin ictimai ədalət cəhətindən narahat deyilik. İctimai ədalət olan tərəflərini bəyənirik. Şiddət, dəhşət, terror cəhətdən bəyənmirik.
(A9 TV; 9 Avqust 2012)
Adnan Oktar
-
Kommunistlər Cənub-şərqi bir laboratoriya hesab edirlər. Yəni bütün dünya kommunistləri üçün necə Chenin mübarizələri həyəcan vericidirsə, Cənub-şərqdə də PKK kommunistlərinin etdiyi fəaliyyətlər çox həyəcan vericidir. Yəni kommunizmin tətbiqi hesab edirlər.
(A9 TV; 9 Avqust 2012)
Adnan Oktar
-
Cənub-şərqdəki vətəndaşlarımıza daha çox sahib çıxaq, sevgi, dəyər verdiyimizi, hörmət etdiyimizi göstərək.
(A9 TV; 9 Avqust 2012)
Adnan Oktar
-
Vətən torpağındakı vətəndaşları bəyənməmək, onlara nifrət etmək və vətən torpağını sevməmək çox böyük əxlaqsızlıqdır.
(A9 TV; 9 Avqust 2012)
Adnan Oktar
-
Darvinizmin etibarsızlığını izah edərkən ən şiddətli müqaviməti PKK göstərir. Çünki bu PKK-nın fəlsəfəsini dağıdan vəziyyətdir. Darvinizm yıxılsa, PKK-nın kommunist düşüncəsi də yıxılar. Buna görə kommunistlər arasında böyük çaxnaşma var.