Dəccaliyyət haşa ilahlıq iddiası ilə ortaya çıxdığı üçün ruhdan düşməz. Can almaqdan, terrordan, anarxiyadan imtina etməz. Dəccal terror törədib insan öldürərkən haşa özünün ilah olduğunu sübut etməyə çalışar, "can alaram, can verərəm" deyə mesaj verər. Tarixdəki dəccallar da can alıb, can verdiklərini iddia ediblər. Firon da, Nəmrud da insan öldürüb diriltdiyini söyləyib ilahlıq iddia ediblər.
İŞİD, PKK, Əl-Qaidə, bəzi şiə milislər, Boko Haram, hamısı İngiltərə dərin dövləti tərəfindən yönləndirilən terror təşkilatlarıdır.
(A9 TV; 2 yanvar 2017)
Adnan Oktar
-
Kimin kimisə öz aləmində tərbiyə etmə haqqı yoxdur. Hər kəs öz mövqeyinə baxmalıdır. Müsəlman təkcə doğrunu və yanlışı söyləyər.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Müsəlman icmalara məhəbbət, tolerantlıq göstərilməməlidir demək, çox sevgisiz üslubdur. Allah belə sevgisizlikdən razı olmaz.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Mehdiyyətin hakimiyyəti dediyimiz Quranda Allahın əmr etdiyi sevginin, qardaşlığın, mərhəmətin dünyaya hakim olması, bütün silahların aradan qalxmasıdır.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Müsəlman, Peyğəmbər vəfat etdikdən sonra da mübarizəyə davam etməklə məsuldur. Məhz mehdiyyət qələbəyə qədər, ta ki fitnə yer üzündən qalxana qədər və din Allahın olana qədər bu elmi mübarizəni aparanlardır.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Münafiq asi, lovğa və çox hiyləgərdir. Hz. Adəm dövründən bəri hiyləgərlik bütün münafiqlərin xüsusiyyətidir.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin ən mühüm cəhətlərindən biri özünü çox yaxşı gizlətməsidir. Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) daxil olmaqla, bir çox kəşfiyyat təşkilatı İngiltərə dərin dövlətinin təsiri altındadır.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Milad gününü qeyd edənə kafir deyilməz. Allah xristianlara kafir demir, Kitab əhli deyir, Kitab əhlindən olan qadınlarla evlənə bilərsiniz deyir.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Münafiq çox nankor və alçaqdır. Müsəlmanların bütün yaxşı rəftarlarına qarşı onun sistemi, həmişə müsəlmanlarda xəta və qüsur tapmağa əsaslanır.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Münafiqdə dəli cəsarəti var. Ən çirkin cəsarət münafiqdə görülər. Samiri də çox çirkin cəsarətə sahib idi, lakin özünü günahsız göstərməyə çalışdı. Münafiq cəsarəti tarixin ən pis, ən çirkin, ən axmaq cəsarətidir. Məsələn, xəlifələri şəhid etməyə cəsarət edə bilmələri çox böyük əxlaqsızlıqdır.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Münafiq yaltaqdır. Öz kefinin, mənfəətinin arxasındadır. Müsəlmanların çəkdiyi çətinlik onu heç maraqlandırmaz.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Münafiqlik məsələsi 2017-ci və 2018-ci ildə də üzərində dayanacağımız bir mövzu olacaq. Bütün İslam aləminin mövzunun əhəmiyyətini anlaması lazımdır.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Özü daxil olmaqla hər kəsdən nifrət edən, təmizlikdən xəbərsiz, mədəniyyət səviyyəsi aşağı bir kütlə var. Bu kəslərə təhsil verilməsi əhəmiyyətlidir. İsrarla doğruya çağırmaq lazımdır. Bunların söz ehtiyatları 200-ü keçmir. Reaksiyaları primitivdir. Nəzakətləri yoxdur. Hər şeyə təcavüzkar yanaşırlar, lakin öyrədilmələri mümkündür.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
İslam aləmindəki qarışıqlığın tək həlli mehdiyyətdir. Seyyidina İsa Məsih və mehdiyyətdən başqa heç bir həll yolu yoxdur.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Televiziya verilişlərində ümumiyyətlə saatlarla uzun-uzadı hikmətsiz sözlər danışırlar. Demək olar ki, heç həll yolu göstərən sözlər danışmırlar. Məsələn, saatlarla qadınların paltarına qarışır, təhsil əsas şərtdir deyirlər. Lakin təhsilin necə olmasının lazım olduğunu söyləmirlər. Quranın kafiliyindən, Allah sevgisi və Allah qorxusundan bəhs etmək lazımdır. Mövcud darvinist təhsillə təzyiqçi, şiddəti müdafiə edən insanlar yetişir. Bu kəslərin zehniyyətini dəstəkləyənlər də var. Bunlara qarşı həll yolu Quran ruhudur.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Terror hücumlarından sonra içə qapanmaq, sevincdən, həyatdan imtina etmək düzgün üsul olmaz. O zaman terror məqsədinə nail olmuş olar. İnsanları matəmə çağırmaq düzgün deyil. Onsuz da terrorun məqsədi Türkiyənin sevincini yox etmək, normal həyata mane olmaqdır. Bu oyuna düşməmək lazımdır. İnsanları matəmə çağırmaq əvəzinə "bizi belə ruhdan sala bilməzlər, həyat sevincimizi əlimizdən ala bilməzlər, əhvalımızı korlaya bilməzlər" deyilməlidir. Terror hücumlarından sonra ağıllı yanaşmaq əhəmiyyətlidir. Qəlbən buğz edilər, lazımi tədbirlər alınar, lakin həyat sevincini tərk etmək olmaz.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Əyləncə yerlərinin tək-tək bağlandığı, gənclərin rahatlıq tapa bilmədiyi, geyimlərinə, həyatlarına hər kəsin qarışdığı bir Türkiyə istəmərik.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Hər kəsi kafir elan edən, xristian və musəvi qardaşlarımıza qarşı ağlasığmaz nifrət təbliğatı irəli sürənlərə heç kim etibar etməsin.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Türkiyə müasir ölkədir. Hər düşüncəyə sahib insanın istədiyi kimi yaşaya bildiyi ölkədir. Bu mövzuda geriləmə olmasını qəbul etmərik.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Müsəlman haram olan mövzuları gündəmə gətirər, lakin kimin necə yaşadığına qarışa bilməz. İnsanların nə zaman əylənəcəyinə, hinduşkanı nə zaman yeyəcəyinə heç kim qarışa bilməz. Qurana görə heç kimin belə haqqı yoxdur.