Kürd dili rəsmi dil olaraq qəbul edilə bilməz. Rəsmi dilimiz Türk dilidir. Amma hər kəs istədiyi dildə danışa bilər.
Bütün partiyalar xeyirli işlərdə hökuməti, baş naziri dəstəkləməlidir.
Biz Baş nazirimizi riskli məsələlərdə xəbərdar edərək qoruyuruq.
Baş nazirimiz çox çətin və gərgin şəraitdə çalışır. Baş nazirimizə şəfqətlə davranmaq lazımdır. Baş nazirimiz onu alçaltmağa çalışan şəxslərlə görüşməməlidir.
Kommunizm dünya tarixinin ən böyük dəccal hərəkatıdır.
Təhlükəni hiss etmək çox vacibdir. Cənub-şərqdə Respublika tarixinin ən böyük kommunist qiyamı vardır. Bu qiyamı bütün dünya kommunistləri dəstəkləyir. Amerika da bizim Cənub-şərq sərhədlərimizi qəbul etmir, cənub-şərqi bizdən ayırmaq istəyir.
Xəstəlik zamanı dərman qəbul etmək, həkimə getmək fərzdir. Həkimin müalicə üçün ehtiyac gördüyü texniki cihazın istifadəsini qəbul etmək fərzdir. Xəstəliyi sağaldacaq vasitələri qəbul etmək fərzdir. Bu məkan dəyişikliyi və qidalanma ilə də əlaqədar ola bilər. Bunları qəbul etməmək olmaz.
Səid Özdəmir və Sungur böyük qardaşlarımdır. Bunlar vəli insanlardır. Bədiüzzamanın bizlərə əmanəti olan qardaşlarımızın gümrah, sağlam yaşamalarını istəyirik.
Təhqirin, həqarətin sərbəst olması mümkün deyil. Dünyanın hər yerində təhqir edənə qarşı məhkəmə işi qaldırılır. Təhqir qadağandır. Təhqir edildikdə məhkəmə işinin açılmasında da təəccüblü heçnə yoxdur. Heç kim özünə, sevdiklərinə qarşı təhqir edilməsini qəbul etməz.
Cənub-qərbdə Marksist təbliğata cavab olaraq anti -darvinist, anti- Marksist elmi təbliğat aparılmalıdır.
Ayədəki işarəyə və hədislərdə də bildirildiyinə əsasən Mehdi (ə.s)-ın malı və uşağı olmayacaq.
“İnşaAllah” zikri Mehdiyyətin şifrəsidir.
" Onların üstündə bina tikin" dedilər. (Kəhf Surəsi, 21) İstanbulda tikiləcək məscid də elə budur. O məscidin əsl adı "Mehdi Məscidi"dir, lakin müxtəlif adlar veriləcək. Amma sonda o məscidin adı, "Mehdi Məscidi" olacaq, görəcəksiniz, inşaAllah.
Mehdi tələbələrinin xüsusiyyəti səbir və mətanətdir.
MHP-nın və cənab Baxçalının bölünməyə qarşı diqqətli olmalarından razıyıq.
Cənab baş naziri lazımi şəkildə qorumaq lazımdır. Millətin dəstəyi çox əhəmiyyətlidir. Millətimiz yaxşıca dəstək olsun.
Torpaqlarımızdan bir qarış belə vermərik, bunu unutsunlar. Əbəs yerə cəhd edirlər.
Din işarə ilə olmamalıdır, bütün hökmlər açıq və aydındır. Allah ədalətlidir, eyham ilə insanları məsul tutmaz.
Allah əmr və qadağanlarını işarə ilə deyil, möhkəm olaraq bildirir. Hətta fərz olan hökmləri bir neçə dəfə vurğulayır.
Xurafatçılar qadınların həyatlarının yarısında namaz qılmayacaqları bir sistem meydana gətirmişlər.
Cənub-şərqdə din deyil, xurafat öyrədilərkən, təsiri əks istiqamətdə olur. Artıq tək məsələ mədəni təbliğatdır.