Kiprdən torpaq verilməsi də, Türk əsgərinin geri çəkilməsi də əsla qəbul edilə bilməz. Kiprdən geri çəkilməli olan bir hərbi birlik varsa, əvvəlcə İngiltərə bazalarının bağlanılması və ingilis əsgərlərinin geri çəkilməsi lazımdır. Kiprdə olan türk əsgəri hər iki tərəfin də zəmanətidir. Türk əsgərinin varlığından narahat olmaq çox anormal haldır.
Allah axirətdə insanlardan; “dünyada nə qədər qaldınız?” deyə soruşduqda; “bir gün və ya daha az hissəsi qədər qaldıq” deyəcəklər.
(A9 TV; 29 yanvar 2017)
Adnan Oktar
-
Möminin vəfat anında narahat olacağı heç nə olmaz. Canı rahatlıq və gözəllik içində alınar. Ölümdən sonrası üçün də möminin narahat olacağı tək bir an belə yoxdur.
(A9 TV; 29 yanvar 2017)
Adnan Oktar
-
Bütün insanlar zər aləmində idi. Təkamüllə dünyada yaradılma deyə bir şey yoxdur. Hz. Adəm də zər aləmindən cənnətə, oradan dünyaya gəlmişdir.
(A9 TV; 29 yanvar 2017)
Adnan Oktar
-
Ölüm, keyfiyyətli yuxudan oyanmaq kimidir. Oyanan kimi də axirətə keçmiş olur insan. Geri dönüşü olmaz artıq.
(A9 TV; 29 yanvar 2017)
Adnan Oktar
-
Qadınların üzərində böyük təzyiq olur. Mütləq şəkildə qadınlara necə yaşayacaqlarını öyrətmək istəyirlər. Qadınlar vicdanları ilə nə edəcəklərini bilərlər.
(A9 TV; 29 yanvar 2017)
Adnan Oktar
-
Kitab evdəki səssiz mürşiddir. Gecə-gündüz bezib usanmadan təbliğə davam edər, bütün məhəlləyə öyrədər. Kitabla təbliğ ən yaxşı üsuldur.
(A9 TV; 29 yanvar 2017)
Adnan Oktar
-
Bəzi insanlar dini çox yanlış bilir. Dindar olan içinə qapanar, anti-sosial olar, sevinci azalar, mistik auraya bürünər deyə güman edirlər. Din bu deyil. Tam əksinə imanla, dinlə insan canlanar, sevinər. Mömin moderndir, həyat doludur; əksi müşriklərin iddiası və həyatıdır.
(A9 TV; 29 yanvar 2017)
Adnan Oktar
-
Təsadüflər nəticəsində yeni genetik məlumatın yaranması deyə bir şey ola bilməz. Genetika anti-təkamülçü elm sahəsidir.
(A9 TV; 29 yanvar 2017)
Adnan Oktar
-
Təkamül kainatın yaranmasını təsadüflərlə izah etməyə çalışan şumerlər dövründən qalmış elmdən kənar, bütpərəst xurafatdır.
(A9 TV; 29 yanvar 2017)
Adnan Oktar
-
Təkamül şumerlərdən qalan xurafatdır. Yaradılış elmdir. Elmə qarşı bütpərəst xurafatların təqdim edilməsini qəbul etmərik. Təkamülçülərin əlində təkamülü göstərən tək bir fosil belə yoxdur. Təkcə xəyali rəsmlər və nağıllar var.
(A9 TV; 29 yanvar 2017)
Adnan Oktar
-
Fosil qeydləri canlıların bir anda yarandığını, mərhələli formalaşma deyə bir şey olmadığını göstərir. Bunun mənası təkamül yox deməkdir.
(A9 TV; 29 yanvar 2017)
Adnan Oktar
-
Təkamülçülərin çırpınması bizim təkamülün əsassızlığını daha əhatəli izah etməyimizə vəsilə olur. Hər çırpınışları fayda gətirir. Biz təkamülün olmadığını milyonlarla elmi dəlillə göstəririk. Təkamülü müdafiə edənlər tək bir dəlil belə təqdim edə bilmir və sadəcə demaqoqluq edirlər.
(A9 TV; 29 yanvar 2017)
Adnan Oktar
-
Quranda təkamül vardır yanlışlığını müdafiə edənlər cənnətin, mələklərin, cinlərin, cənnət köşklərinin, bitkilərinin necə yaradıldığını izah edə bilmir. Quranda təkamül yoxdur. Elm də təkamülün olmadığını sübut etmişdir. Mərhələ-mərhələ inkişaf, əmələ gəlmə deyə bir şey yoxdur.
(A9 TV; 29 yanvar 2017)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyinə görə Allah Mehdiyə bütün peyğəmbərlərə verdiklərini verəcək və Mehdi dünyanı başqa dünyaya çevirəcək.
(A9 TV; 28 yanvar 2017)
Adnan Oktar
-
Bəzi müsəlmanların həm Qərbin mədəniyyətinə şiddətlə qarşı olması, həm də Qərbdə yaşamaq üçün can atması çox böyük ziddiyyətdir. Musiqiyə, incəsənətə, rəsmə, heykələ, Qərbdə olan bütün mədəniyyətə qarşı olduqlarını söyləyənlər təhsil almaları üçün övladlarını həmişə Qərbə göndərirlər. Əgər Qərbə yönəltdikləri tənqidlərində səmimi olsalar, Qərbdə yaşamaq üçün belə can atmazdılar. Bu kəslər şüur altlarında mədəniyyətin gözəlliyini bilirlər.
(A9 TV; 28 yanvar 2017)
Adnan Oktar
-
Cənnətdə insanlar təkamüllə yaradılmır. Dünyaya gəlmədən əvvəl də insanlar Qalu Bəlada vardı. Sonradan təkamüllə yaranmadılar.
(A9 TV; 28 yanvar 2017)
Adnan Oktar
-
Quranda təkamül yoxdur. Allah kainat yaradılmadan əvvəl bütün insanları yaratdığını və onlardan əhd aldığını bildirmişdir.
(A9 TV; 28 yanvar 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin oyunlarını sənədləri ilə ifşa etməyimiz dəccaliyyətin çöküşünün başlanğıcı oldu.
(A9 TV; 28 yanvar 2017)
Adnan Oktar
-
Quranda hökmü ləğv edilən ayə yoxdur. Quranın bütün ayələri qiyamətə qədər keçərlidir. Quranın bəzi hökmlərinin ləğv edildiyini iddia edənlər axirətdə bu çirkin cəsarətlərinin qarşılığını tam alacaqlar. (Bəqərə surəsi, 85: Sonra (yenə) siz, bir-birinizi öldürür, bir qisminizi öz yurdundan çıxardır, günah və düşmənçiliklə əleyhlərində ittifaq edir və sizə əsir kimi gəldikləri vaxt, onlarla fidyələşirdiniz. Halbuki onları çıxartmağınız sizə haram edilmişdi. Yoxsa siz, kitabın bir hissəsinə inanıb da, bir hissəsini inkar mı edirsiniz? Artıq sizdən belə edənlərin dünya həyatındakı cəzası rüsvay olmaqdır, qiyamət günündə isə ən şiddətli əzaba düçar ediləcəklər. Allah nə etdiklərinizdən xəbərsiz deyil.)
(A9 TV; 28 yanvar 2017)
Adnan Oktar
-
Hər gün sevgini xatırlatmağımız, şeytanın hər gün etdiyi düşmənçilik hərəkətinə qarşı ən gözəl cavabdır.