Allah İsrail torpaqlarının, millətinin azad olacağını Quranda bildirir. İsrail milləti o torpaqlarda yaşayacaq və o torpaqlarda öləcək. Bu Quranın hökmüdür.
İnşaAllah hər kəsin qardaş olacağı, sülhün hakim olacağı, zalımların təsirini itirəcəyi, bütün döyüşlərin, anarxiyanın, terrorun dayanacağı, sevginin, hörmətin, yaxşılığın, gözəlliyin, bərəkətin, müasirliyin, elmin, demokratiyanın hakim olacağı dövrdəyik.
(A9 TV; 5 noyabr 2013)
Adnan Oktar
-
Müsəlman Quranda təsvir edildiyi kimi güclü və qərarlı olmalıdır. Birləşməli, İslam Birliyini müdafiə etməli, İslam Birliyini yaratmalı, özlərinə bir lider seçməlidirlər. Belə olduqda heç kim onları bölüb parçalayıb, baş verənlərə qata bilməz.
(A9 TV; 4 noyabr 2013)
Adnan Oktar
-
Misirdə, İraqda, Suriyada, Əfqanıstanda hər yerdə fəlakətlərin səbəbi Peyğəmbər (s.ə.v)-in qövmünün Quranı tərk etməsidir.
(A9 TV; 4 noyabr 2013)
Adnan Oktar
-
Mehdiyyət silah sənayesini, silahı, döyüşü, qanı, barıtı, hər şeyi aradan qaldıracaq. Həbsxanalar, polis bölmələri, baraklar hamısı ləğv olacaq. Mehdiyyət dövründə dünyada yalnız sevgi, sülh olacaq.
(A9 TV; 4 noyabr 2013)
Adnan Oktar
-
Mehdiyyət dövründə dünyanın hər yeri məscid olacaq. Gənclər hər yerdə əylənəcəklər, hər yerdə qardaşlıq ab-havası olacaq. Nə oğurluq, nə soyğun, nə qəsb, nə ağrılar, iztirablar heç biri olmayacaq inşaAllah.
(A9 TV; 4 noyabr 2013)
Adnan Oktar
-
Səmimi olan hər kəslə dost olmaq olar. İnsanlar dürüst, səmimi olmalıdırlar. Yalan danışmamalıdırlar. Daxili ilə zahiri bir olmalıdır. Belə olan kəs nur kimi insandır.
(A9 TV; 4 noyabr 2013)
Adnan Oktar
-
Din, qüdsi olanlar haqqında zarafat etmək olmaz. İnsanlar gündəlik mövzularda zarafatlar edə bilərlər, amma din haqqında zarafat etmək olmaz. Ölkənin 90 %-nin narahat olduğu bir mövzuda zarafat etmək olmaz.
(A9 TV; 4 noyabr 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) dövründə polis bölmələri, həbsxanalar bomboş qalacaq. Bütün polis bölmələri, bütün həbsxanalar ləğv olunacaq. Çünki bunların heç birinə ehtiyac olmayacaq. İnsanlar: "Biz niyə polis bölməsi qurduq? Niyə həbsxana qurduq? Niyə bu ağrıları çəkdik?" deyə özlərinə heyrətlənəcəklər.
(A9 TV; 3 noyabr 2013)
Adnan Oktar
-
Həbsxanaların olması günahkarların çoxalmasına səbəb olur. Günahkar olanda da, bu günahkarlar üçün həbsxana lazım olur. Hər yerdə yeni həbsxanalar açılır. Bu sistem hər gün oraya adamları sövq edir. Yəni dünyanın hər yerində, hər gün neçə-neçə insanlar həbs olunur. Bu sistem yalnız hz. Mehdi (ə.s) dövründə dəyişəcək.
(A9 TV; 3 noyabr 2013)
Adnan Oktar
-
Divar həbsxana deməkdir. Həbsxana insanın ruhunu sıxar. Həbsxana, divarlar cəhənnəmdə vardır. Biz dünyada divar, həbsxana istəmirik. Hz. Mehdi (ə.s) dövründə bütün divarlar, həbsxanalar yıxılacaq. Hər kəs bayram sevinci içərisində olacaq.
(A9 TV; 3 noyabr 2013)
Adnan Oktar
-
Hal-hazırda bütün təsəvvüf əhli, on iki təriqətin hamısı Mehdi (ə.s)-a bağlanıb. Buna görə də hz. Mehdi (ə.s)-ın hər hansı bir şeyxə tabe olması mümkün deyil. Bütün şeyxlər istəsələr də, istəməsələr də hz. Mehdi (ə.s)-a tabe olmuşdular. Hal-hazırda bütün dünyaya bərəkət, bolluq Mehdi (ə.s) vasitəsi ilə yayılır.
(A9 TV; 3 noyabr 2013)
Adnan Oktar
-
Allaha dua et: "Ya Rəbbi, imanımı gücləndir. Sənə olan sevgimi artır" de. Elmi məlumat alarkən, öyrənərkən sıxılma, yorulma.
(A9 TV; 2 noyabr 2013)
Adnan Oktar
-
Xanımların heç bir işinə qarışılmamalı, daim yaxşı mənada seçilməlidirlər. Qadınları hər yerdə keyfiyyətli, təmiz, baxımlı görəcəyik.
(A9 TV; 2 noyabr 2013)
Adnan Oktar
-
Biz İsraillə, İsrail milləti ilə dostuq. Yəhudi qardaşlarımızı biz həmişə sevmişik, Osmanlı dövründə də, Peyğəmbərimiz (s.ə.v) zamanında da sevmişik, həmişə şəfqət göstərmişik. Heç kim bunun əksini etməz və edə də bilməz.
(A9 TV; 2 noyabr 2013)
Adnan Oktar
-
Allahın zəngin yaratma təfərrüatlarına baxıb heyran olacağıq. O zaman Allah eşqi daha da artar. Eşq artdıqca Allahdan qorxu da artar. Allah qorxusu artdıqca təvəkkül artar. Təvəkkül artdıqda insanın sinirləri, başı, beyni çox rahatlayar,özündə bir asanlıq, sevinc hiss edər, inşaAllah.
(A9 TV; 2 noyabr 2013)
Adnan Oktar
-
İnsan Allahın sənətindən yorulmaz. Allahın sənəti eşqlə araşdırılmalıdır. Necə ki, çiçəyini, pişiyi, gözəl bir uşağı necə eşqlə araşdırır, sevirsinizsə Allahın sənəti olan hüceyrəni də eşqlə araşdırmalısız.
(A9 TV; 2 noyabr 2013)
Adnan Oktar
-
İnsanlar, hüceyrəni, xromosomları, vakuolları, sitoplazmanı yorulmadan və diqqətlə araşdırmalıdırlar. Çünki Allah bizim xoşumuza gəlsin deyə Allahın yaradılış sənətini görək deyə yeri, göyləri və onlar arasındakıları yaratmışdır.
(A9 TV; 2 noyabr 2013)
Adnan Oktar
-
İsa Məsih musiqi də dinləyəcək, müasir, əyləncəni xoşlayan bir insan olacaq. Görəcəksiniz. Olduqca təvazökar, zarafatcıl, gözəl xasiyyətli, yaraşıqlı, incə belli, enli kürək, heyranedici bir cavandır, maşaAllah.
(A9 TV; 1 noyabr 2013)
Adnan Oktar
-
Mehdiyyət ən ağıllı insan üslubu deməkdir. Ən məqbul, ən doğru, məqsədəuyğun hərəkətin adı mehdiyyətdir.
(A9 TV; 1 noyabr 2013)
Adnan Oktar
-
Türkiyə İsraili sevir, İsrail də Türkiyəni sevir. Amma hərdən az da olsa gərginliklər olur. Bəzən ata-oğul arasında belə savaş, inciklik olur. Amma ata oğlunu sevər, oğlu da atasını sevər. Türkiyə ilə İsrailin arasındakı münasibət həmişə yaxşı olub və yaxşı da olacaq. Əksinə olmaz.