İslamdan, dindən ən hikmətli, əsaslı şəkildə bəhs edən, dinin önündəki bütün maneələri elmlə aradan qaldıran bizim işlərimiz oldu.
Darvinizmin əsassızlığının göstərilməsi və mövhumatçı din anlayışının aradan qaldırılması dəccaliyyətin Türkiyə üzərindəki pəncəsini sındırdı.
Gənclərə din adı altında içinə qapalı, sevgisiz model təqdim etmişdilər. Biz həm gəncliklərini, həm də həyatın gözəlliklərini yaşayacaqları Quran dinini göstərdik. Sevgisiz, incəsənət olmadan, qəmgin hallarıyla İslamı məhv etmək üzrə idilər. Keyfiyyətin, sevincin, müasirliyin dinlə iç-içə olduğunu göstərib bu oyunu pozduq.
Hər məzhəbin halalları və haramları ayrıdır. Ortaya 4 ayrı din çıxıb. Bu, Axırzamanın fəlakətlərindən biridir. Bu, mehdiyyətlə düzələcək.
Qadın cənnət nemətidir. Qadının sevgisini Allah taledə xüsusi yaradar. Küçəyə çıxıb da sevgini tapım deyə bir şey yoxdur.
Qadınları potensial günahkar, nə edərsə təhlükəli olan, baxımsız, diqqətsiz varlıqlar halına gətirməyə çalışırlar. Qadınları bu qədər təzyiq altına salmaq, qadın gözəlliyini aradan qaldırmağa çalışmaq bir müddət sonra homoseksuallığın yayılmasına səbəb olur. Qadını bəyənmək, qadın gözəlliyindən xoşlanmaq anormal deyil. Bu, fitrətə uyğun olandır. Fitrəti pozduqda azğınlıq yayılır. Allahın haram etdiyi qeyri-qanuni cinsi əlaqədir. Qadının gözəl, baxımlı və cazibəli olması deyil.
Müsəlman qulaqdan dolma məlumatla tənqid edilməz. Ayə ilə, Quranla danışıb; “bu ayəyə görə səhv edirsən” deyə tənqid etmək lazımdır.
Münafiq çox lovğa, lakin eyni zamanda çox cahildir. Cahilliyini uca səslə bağıraraq gizlətməyə çalışar.
Münafiqlərin iyrənc və azğın olanları olduğu kimi, səssiz və sakit, dərindən fəaliyyət göstərənləri də vardır. Münafiqlərə qarşı diqqətli olmaq lazımdır.
Münafiq böhtana da əl atar. Özü əxlaqsız yaşayar, lakin mömin qadınların əxlaqı, həyatı barədə böhtanlar ortaya atar.
Münafiqin çirkin üsullarından biri də, özü İslamı yaşamaz, lakin müsəlmanlara həmişə ağıl verər, özünü çox üstün görər.
Küfr əhlinə qarşı səssiz və sakit olan münafiq müsəlmanlara qarşı çox təcavüzkar və kinlidir. Sözləri çox çirkindir, azğındır. Münafiq küfr əhlinə qarşı hörmətcil və qayğıkeşdir. Küfr əhlini qəzəbləndirməməyə diqqət göstərər. Müsəlmanlara qarşı isə təcavüzkar və murdardır.
Münafiq bir növ sualtı qayıq kimidir. Müsəlmanların içində suyun altından gedər, görülməz. Münafiqlər müsəlmanlara qarşı kin doludurlar.
Keyfiyyətli münafiq dərin dövlətlə əlaqəlidir və buna görə də, küfr əhlinin müsəlmanlara qarşı ən mühüm silahlarından biridir.
Hacı Mestan hocaəfəndiyə Allahdan rəhmət diləyirik, inşaAllah məqamı cənnət olmuşdur, Şeyx Nazım sultanımıza qovuşmuşdur.
Münafiq çoxbilmiş, ədabaz və özündənrazıdır. Təkcə öz ağlını bəyənər, müsəlmanlara qarşı isə ədabazdır.
Münafiqi soruşsan qatı dindar olduğunu söyləyər, hətta müsəlmanlardan daha diqqətcil olduğunu iddia edər, lakin əslində müsəlmanlardan nifrət edər.
Türkiyə ilə İranı vuruşdurmaq teatrının əsil memarı İngiltərə dərin dövlətidir, qətiyyən heç kim bu oyuna düşməsin.
Müsəlman İranın bizim qonşumuz olması gözəl nemətdir. İngiltərə dərin dövlətinin oyununa düşüb iki ölkənin dostluğunu pozmarıq.
Şiə və sünni qardaşdır. İran və Türkiyə fitnə törətmək istəyənlərə qarşı dərhal birləşib qardaşcasına qucaqlaşmalıdır.
İngilis şiəliyi adlı cərəyan, məzhəb qarşıdurması yaratmaq istəyir. İrandakı bir qrup insanın səhvi İran ilə dostluğumuzu zədələməz.