Türkiyə ilə İranı vuruşdurmaq teatrının əsil memarı İngiltərə dərin dövlətidir, qətiyyən heç kim bu oyuna düşməsin.
Müsəlman İranın bizim qonşumuz olması gözəl nemətdir. İngiltərə dərin dövlətinin oyununa düşüb iki ölkənin dostluğunu pozmarıq.
Şiə və sünni qardaşdır. İran və Türkiyə fitnə törətmək istəyənlərə qarşı dərhal birləşib qardaşcasına qucaqlaşmalıdır.
İngilis şiəliyi adlı cərəyan, məzhəb qarşıdurması yaratmaq istəyir. İrandakı bir qrup insanın səhvi İran ilə dostluğumuzu zədələməz.
İran ilə Türkiyə iki dost ölkədir. Bu dostluğa zərər gəlməsini İngiltərə dərin dövləti həyəcanla gözləyir, onları sevindirəcək bir şey etməyək.
Ənənəpərəst və mövhumatçı İslamın təməlində mütəşabih ayələri ağlagəlməz şəkildə şərh etmək vardır. Hökm, möhkəm ayələrdə yer alır.
Mövhumatçılar eyhama əsaslanaraq İslamdan ayrı, tamam ayrı bir din yaratdılar. Müsəlmanların əlindən incəsənəti, elmi, gözəlliyi aldılar. (Ali İmran surəsi, 7: Kitabı sənə nazil edən Odur. Onda, Kitabın anası (təməli) olan bəzi ayələr möhkəmdir; digərləri isə mütəşabihdir. Qəlblərində əyrilik olanlar, fitnə törətmək və istədikləri kimi şərh etmək üçün ondakı mütəşabih ayələrə tabe olarlar. Halbuki onun şərhini təkcə Allah bilər. Elmdə qüvvətli olanlar isə: "Biz ona iman gətirdik, hamısı Rəbbimizin dərgahındandır" deyərlər. Təmiz ağıl sahiblərindən başqası öyüd alıb düşünməz.)
İşarə ilə dindən hökm çıxarılmaz. O zaman o din İslam olmaz. Allah möhkəm ayələrlə haram və halalları bildirmişdir.
Musiqinin haram olduğuna dair Quran ayəsi yoxdur. Mövhumatçılar eyham ilə hökm çıxarmaq istəyərlər, halbuki Quran çox açıqdır. Möhkəm ayələr aydındır.
İnsan qəzəbi gülünc hesab etməlidir. Ağılla həll ediləcək bir şeyi qəzəblə həll etmək insanı gülünc vəziyyətə salan haldır.
İngiltərə dərin dövlətini biz ifşa etdikdən sonra bütün dünyada dərin dövlətin təsirli olduğu, xalqları əzdiyini daha yaxşı başa düşməyə başladılar.
Üst pərdədən meydan oxuyurmuş kimi üslub işlətmək yaraşmır. Doğru olmayan bir rəftar olduqda bunun səhv olduğunu gözəl sözlə izah etmək lazımdır. Səhv görülən işləri konkret nümunələr göstərərək izah etmək lazımdır. İzah edərkən də meydan oxuyurmuş kimi bir üslub işlətmək fayda deyil, zərər verər.
Ehtiras iman əhlinə məxsus çox gözəl duyğudur. İman gətirənlərin gözlərindən bir-birlərinə ehtiras axar.
Həyatları boyu keyfiyyətli mühit içinə girə bilməmiş, sevgini yaşamamış bəzi insanların keyfiyyətli insanlara amansız qəzəbi və həsədi olur.
Qadınların əzildiyi, təzyiq altına alındığı cəmiyyətə Allah bərəkət verməz. Allah zülmə razı olmaz.
Qadın da, kişi də gözəl olsun. İnsanların baxımsız olduğu sevginin, gözəlliyin, keyfiyyətin qalmadığı ölkələrdə dəhşət və gərginlik meydana gəlir. Allah belə bədbəxtlik istəmir.
İmam Rəbbani, hz. Mehdi vəsiləsi ilə hidayətin bütün dünyaya yayılacağını bildirmişdir: “Onun (Mehdinin) irşadının və hidayətinin nurları bütün dünyaya yayılar. Yer kürəsinin ortasından ta ərşə qədər hər kəsə rüşd (doğru yolu bilmək), hidayət, iman və mərifət Onun (Mehdi) yolu ilə gələr. Hər kəs ondan feyz (nemət) alar. Arada o olmadan, heç kim bu nemətə qovuşa bilməz. (İmam Rabbani – Məktubat, 260-cı məktub)
İmam Rəbbani Mehdi üçün; "əsrlərdən çox uzun zaman sonra belə bir cavahirat dünyaya gələr, qaralmış aləm onun gəlməsi ilə işıqlanar" deyir.
Ayədə həm insanların zər aləmi, dünya və axirət təbəqələrindən keçmələri, həm də mənəvi təbəqələrə işarə vardır. (İnşiqaq surəsi, 19: Siz, həqiqətən təbəqədən təbəqəyə minəcəksiniz.)
Hz. Mehdidə bütün peyğəmbərlərin xüsusiyyətlərindən vardır. Hz. Mehdi qarşılaşdığı təzyiqlərə görə hz. Musaya, çəkdiyi əziyyətlərə görə hz. Yusifə bənzəyəcək.
Allah səmimi sevgini və ehtirası möminlərə nəsib edir. Allah Özündən uzaq olana gözəllik, sevgi və ehtiras nəsib etməz.