İslam aləminin bir lideri olmalıdır. Yüz min ağıldan yüz min qarşıdurma, savaş, yüz min ayrı fikir, ziddiyyət çıxır. Tək bir ağılda nə ziddiyyət olar, nə qarşıdurma olar, nə fitnə olar, nə də döyüş olar. Heç bir şey olmaz.
Dövlətimizin siyasi şüura, dərin imana, Quran əxlaqına sahib, darvinizmin, materializmin etibarsızlığını yaxşı bilən, böyük Türkiyəni hədəfə alan, İslam Birliyini hədəfə alan, yəni hədəfi Türk-İslam Birliyi olan, ehtiraslı, qərarlı, ölümdən qorxmayan, sülh istəyən, elmi, sənəti ən gözəl şəkildə müdafiə edən gənclər yetişdirməsi lazımdır.
(A9 TV; 19 noyabr 2013)
Adnan Oktar
-
Təlim keçməyən insanlarda vəhşiliyə, yandırıb-yıxmağa qarşı bir meyl olur. Yandırıb-yıxmaq, haqqı inkar etmək, dinsiz olmaq çox asandır. Amma dindar olmaq, gözəl əxlaqlı olmaq ağıl, iradə, səbir, fədakarlıq tələb edir. Bu isə asan deyil. Ona görə də, kommunist düşüncə çox tez inkişaf edər.
(A9 TV; 17 noyabr 2013)
Adnan Oktar
-
Mehdiyyətin xüsusiyyəti, güclü inanc sistemi üzərinə qurulmasıdır. Yıxılmamasının da səbəbi budur. Güclü bir iman zəmini üzərinə siyasət qurmaq lazımdır. Unutmamaq lazımdır ki, güclü siyasi manevrin heç bir dəyəri yoxdur. Güclü siyasi manevrlər üzərinə qurulmuş sistemlər mütləq yıxılar, müvəffəqiyyətsiz olar. Bunu unutmaq olmaz.
(A9 TV; 17 noyabr 2013)
Adnan Oktar
-
Türkiyənin və bölgələrinin otuz il sonrasını düşünərək ona uyğun plan qurulması lazımdır. Bu sistem güclü inanc üzərinə qurulmasa, müvəffəqiyyətli siyasi manevrlər üzərinə qurulsa, müvəffəqiyyətli siyasi manevrlər bir müddət sonra tam tərsinə dönə bilər.
(A9 TV; 17 noyabr 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) dürüst və mərd olacaq. Nəyisə bildiyi halda onu gizlətməyib, kitabları ilə, CD-ləri ilə açıqlayacaq.
(A9 TV; 15 noyabr 2013)
Adnan Oktar
-
Mehdi (ə.s) dövründə Kəbənin altında axtarış aparılacaq. Kəbənin altında on min il, on beş min il, iyirmi min il bundan əvvəlki dövrə aid məlumatlar, qalıqlar tapılacaq. O dövrdəki insanların da tək Allah inancına sahib olduqlarını görəcəyik.
(A9 TV; 15 noyabr 2013)
Adnan Oktar
-
Mehdi (ə.s) dünyaya azadlığı, sevinci, təhlükəsizliyi, kiminsə kimsədən qorxmadığı, yalnız Allahdan qorxulan sistemi təqdim edəcək.
(A9 TV; 15 noyabr 2013)
Adnan Oktar
-
Kürd olmaq qürurdur, gözəllikdir. Kürd qardaşlarımız əxlaqlı, şəxsiyyətli, səmimi, təvazökar, qonaqpərvər, dindar olduqları üçün göz bəbəyimizdir.
(A9 TV; 15 noyabr 2013)
Adnan Oktar
-
Hz. Yusuf (ə.s) tək başına idi. Allah onu bütün o bölgəyə sultan etmişdi. Zülqərneyn də tək başına idi, Allah onun ətrafını çoxaltdı və qısa müddət ərzində dünya hakimi etdi. Süleyman (ə.s) də tək başına idi, qısa müddətdə dünyaya hakim oldu. Çünki həqiqi iman edənlər idi. Həqiqətən inanır, çox imanlıdır. Ona görə də Tövratda da Allah: "Həqiqi iman etmiş 10 nəfər olsa İslamı dünyaya hakim edəcəyəm" deyir.
(A9 TV; 15 noyabr 2013)
Adnan Oktar
-
Allah təkcə hz. Mehdi (ə.s)-ı deyil, tələbələrini də onunla birlikdə göndərir. İnsanlar Allahın hz. Mehdi (ə.s)-ı tək göndərəcəyini zənn edirlər. Amma elə deyil. Allah hz. Mehdi (ə.s)-ı 313 nəfər tələbəsi ilə birlikdə göndərir.
(A9 TV; 15 noyabr 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) çox əziyyət çəkəcək, təzyiq altına düşəcək. Mehdi olmaq səbəblərindən biri də budur.
(A9 TV; 14 noyabr 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s)-ın tanınan, bilinən Allaha həmd edilən, Allahın xatırlandığı bir evi olacaq. Oraya Beyt-ül Həmd deyilir. Orada həmişə "inşaAllah, maşaAllah, əlhəmdülillah'' zikri edilər.
(A9 TV; 14 noyabr 2013)
Adnan Oktar
-
İslam əxlaqının dünyaya hakim olmasını könüldən, səmimi qəlbdən istəyən 10 nəfər adam olsa belə-amma sevgi ilə, qəlbən istəyəcək- Allah bu 10 nəfərlə İslamı dünyaya hakim edər, inşaAllah.
(A9 TV; 14 noyabr 2013)
Adnan Oktar
-
Kişilərin qadınlar üzərindəki müdaxiləsi aradan qalxmalıdır. Həqiqətən də bu, çox utandırıcı bir şeydir. Yüz ilin eyibidir. İnsanlar bu bəladan qurtulmalıdırlar. Xanımlar yetərincə azad olmalıdırlar. İstədikləri kimi geyinəcək, danışacaq, gəzəcək.
(A9 TV; 14 noyabr 2013)
Adnan Oktar
-
Mehdi (ə.s) dövründə hər şey yeni, sürətli, mükəmməl olacaq.
(A9 TV; 12 noyabr 2013)
Adnan Oktar
-
Tövratda gələcəyə aid məlumatlar və şəxslərin adları ilə əlaqədar böyük bir kod-şifrə sistemi var.
(A9 TV; 12 noyabr 2013)
Adnan Oktar
-
Tabutu-Səkinə çıxarılıb, Mehdi (ə.s)-ın önünə gətirilib qoyulacaq. İman edənlər bunu görəndə Allah eşqi ilə sərxoş kimi olacaqlar.
(A9 TV; 12 noyabr 2013)
Adnan Oktar
-
Mehdi (ə.s) dövründə mal-mülk inanılmaz dərəcədə bol olacaq. Mal yığılmayacaq, davamlı insanlara paylanacaq.
(A9 TV; 12 noyabr 2013)
Adnan Oktar
-
Mehdi (ə.s) dövründə yer üzü ədalətlə dolacaq.
(A9 TV; 12 noyabr 2013)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə “Mehdi (ə.s) müsəlmanlara, onlardan qarət edilmiş hər şeyi geri qaytaracaq”.