avatar

Adnan Oktar

Uzun illərdir bütün türk dövlətləri Türk-İslam Birliyini gözləyir, İslam aləmi də, Türkiyənin lider olmasını həsrətlə gözləyir. Prezident idarəetmə sisteminin gətirəcəyi federasiya bunu yox edəcək bir sistem olar, Allah qorusun.
A9 TV; 3 noyabr 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sistemini yaratsalar, bu federasiyanın yaranmasına səbəb olar. Türkiyə parçalansa, artıq Türkiyənin mənası qalmaz. İttihad-ı İslama nəhəng zərbə endirilmiş olar. Biz İslam aləminin, Türk aləminin son ümidiyik.
A9 TV; 3 noyabr 2015
avatar

Adnan Oktar

Allaha yalvardığın zaman zövq alırsan, xoşbəxt olursan. Sonsuz bir güc sahibini sevmək, insan kimi aciz bir varlığa görünməmiş zövq verər. Allah: "Dua etdiyiniz vaxt, duanızı eşidirəm və duanıza cavab verirəm" deyir. Bu aciz bir varlıq üçün, nə qədər zövqlü və nə qədər rahatladıcıdır. Və Allah həqiqətən duaya cavab verir.
A9 TV; 2 noyabr 2015
avatar

Adnan Oktar

Din dünyanın necə istifadə ediləcəyini göstərən təlimat kitabçasıdır. Axirət və dünya həyatı üçün, nələr etməli olduğumuzu bildirər. Yoxsa biz bilməzdik.
A9 TV; 2 noyabr 2015
avatar

Adnan Oktar

Allah haqqında yalnız hüsnü-zənn edilər. Allah heç vaxt tərk edilməz. Ən çətin şərtlərdə belə Allaha hüsnü-zənn edilər.
A9 TV; 2 noyabr 2015
avatar

Adnan Oktar

Çətinlik anlarında təvəkkül edə bilmir. Məhz müsəlman əvvəlcədən buna hazırlaşmalıdır. Çox güclü iman, qətiyyətli ruh, dərin sevgi və Allaha yaxın olmaqla Allaha olan sevgisini qəlbinə tam mənada yerləşdirməlidir.
A9 TV; 2 noyabr 2015
avatar

Adnan Oktar

Sevginin öyrənilməsi çox asandır. İnsan sevgini dərhal qəbul edər. Bir lider qüvvə meydana çıxıb razı salmadığı üçün, bu mövzu dünyada bu qədər ləngiyər. Yoxsa sevgi dünyanın ən ləzzətli nemətidir. İnsan fitrəti sevgiyə görə yaradılmışdır. Hüceyrələr belə sevgini anlayar.
A9 TV; 2 noyabr 2015
avatar

Adnan Oktar

Kommunizmin ən qorxunc tərəfi; mənanın, sevginin, mərhəmətin olmamasıdır. Yəni Allah sevgisi yoxdur, mehribanlıq yoxdur.
A9 TV; 1 noyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) bir bayram başladır. Bir anda insanların qəlbi zənginləşir. O buna malını verir, bu ona pulunu verir, o buna imkanını verir, hər kəs bir-birini himayə edir. Ağlasığmaz zənginlik meydana gəlir. Mal-dövlət artıqlaması ilə paylanır, bütün ümmət bayram edir, bütün dünya, kasıblar, məzlumlar, hər kəs.
A9 TV; 1 noyabr 2015
avatar

Adnan Oktar

İslam aləmində bayram mehdiyyətlə birlikdə başlayacaq. Tək bir kasıb belə qalmayacaq. Mal-dövlət həmişə paylanacaq.
A9 TV; 1 noyabr 2015
avatar

Adnan Oktar

PKK-nı ideologiya cəhətdən yox etdiyimiz, həqiqi üzünü göstərdiyimiz üçün, cəmiyyət arasına çıxmağa üzü qalmadı. Artıq hər kəs PKK-nı alçaldır. Əvvəllər öz aləmlərində ucaldırdılar, "müqəddəs" kimi göstərirdilər.
A9 TV; 1 noyabr 2015
avatar

Adnan Oktar

İslam cəmiyyəti bayram cəmiyyətidir. Küçədə gedərkən yorulsan hansısa qapını döyərsən, "Salamun aleykum" deyib içəri girərsən. Ev sahibi "birlikdə yemək yeyək" deyər, oturub yeyərsən. Axşam; "Aman bizdə qal" deyər, istəsən qalarsan. Müsəlmanlıq belədir, səhabə dövrü belə idi. Sonra unuduldu bu.
A9 TV; 31 oktyabr 2015
avatar

Adnan Oktar

Allah səni sevsə, odda yanıb kül olsan belə, qəlbin gülüstan olar. Heç kəs oddan qorxmaz, orada insana əzab verən Allahın dostluğunu itirməkdir. Bunu başa düşmürlər. Elə bil, yalnız oddan qorxmaq kimi düşünürlər. Sən Allahın məhəbbətini əbədiyyən itirmiş olursan, bu görünməmiş fəlakətdir.
A9 TV; 31 oktyabr 2015
avatar

Adnan Oktar

Allah qorxusu dedikdə, bunu silahdan, bıçaqdan qorxmaq kimi başa düşürlər. Allah qorxusu; Allahı incitməkdən, Onun sevgisini itirməkdən qorxmaqdır.
A9 TV; 31 oktyabr 2015
avatar

Adnan Oktar

Quranda Allahın namazı meyar qəbul etdiyini görürük. Çünki ayədə cəhənnəm əhlindən: "Sizi bu cəhənnəmə sürükləyib salan nədir?" deyə soruşurlar. Onlar da: "Biz namaz qılanlardan deyildik" deyirlər. Deməli, mühüm meyardır. Namaz zövqlü, gözəl, bərəkətli, nurani ibadətdir. Allahın lütfüdür.
A9 TV; 30 oktyabr 2015
avatar

Adnan Oktar

Mömin imanını qətiyyən itirmək istəməz, bundan çox qorxar. Məhz imanını itirmək istəməməyi, iman əlamətidir. Yoxsa vəsvəsə gələr, düşünər. Lakin şüur altında iman edir. Bir kərə Allaha inanmışdır.
A9 TV; 30 oktyabr 2015
avatar

Adnan Oktar

İman, şüur altındakı səmimi imana deyilər. Yoxsa insanın ağlı onsuz da gedib gələr. Yəni ağlından hər cür fikir keçər. Məsələn, bu doğrudurmu, bu yanlışdırmı.. Beyin budur. Beyindəki fikirlər qəribə fırtına kimidir. Bu imanla əlaqəli deyildir. Bunun adı vəsvəsədir. İman kök salmış bir şeydir. Yəni şüur və vicdanla sıx əlaqədə olan, qəlbən gətirilmiş səmimi qənaətə iman deyilər.
A9 TV; 30 oktyabr 2015
avatar

Adnan Oktar

Ömür boyu mömin olmuş bir insanın; "Görəsən öləndə imanımı qoruyub saxlaya biləcəyəm?" sualı ilə narahat olması şeytanın vəsvəsədir. Bunu düşünməyə qətiyyən ehtiyac yoxdur. Belə şey olmaz. Yəni əsas məsələ səmimi və şüur altında olan imandır. Yoxsa insanın ağlına çox şey gələ bilər, bunların heç bir əsası yoxdur. Allah buna bütöv formada baxar.
A9 TV; 30 oktyabr 2015
avatar

Adnan Oktar

Bəzi müsəlmanlar: "Mən yaxşı insanam, mənim başıma bəla gəlməz" deyirlər. Belə olarsa çox qəribə olar. İmtahan mühitində xüsusi olaraq çox ciddi şəkildə qorunsan, bu ağlın ixtiyarını əldən alar. Sənin də ağlının ixtiyarını əldən ala bilər. Sən də imtahan olunursan. Məhz bundan ötrü peyğəmbər də xəstələnir.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

Dünyaya hərisliklə bağlanmaq insanlarda dəlisov bir səyə çevrilir. Belə olduqda dünya onlardan qaçır, onlar da onu qovalayır. Ticarət onlardan qaçır, onlar da ticarəti qovalayır. Pul onlardan qaçır, onlar da pulu qovalayır. Müsəlmanda da tam əksidir. O Allaha doğru gedər. O Allaha doğru gedərkən, mal-dövlət və pul da onu qovalayar, onun arxasınca gedər.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

Qəlblərin rahat olmasının yolu; İslama xidmət etmək, Quranı başa düşmək, Allahı çox sevmək, Allahdan qorxmaq, Allaha həmişə yaxın olmaq və Allaha hüsnü-zənn etməkdir. Allaha sui-zənn edilməz, bunu edən həmişə pərt olar. Hikmətini anlamadığı üçün sui-zənn edir.
A9 TV; 29 oktyabr 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo