Uşaqlara bir mövzunu hörmət edərək, dəyər verərək izah etmək lazımdır. Uşaqdır bu, deyərək hörmət göstərməyən üslub işlətmək doğru olmaz.
Möminin axirətdəki sorğu-sualı da çox asandır. Küfr əhli üçün isə çox detallı çətin sorğu-sual olacaq.
İnsan ölüm anından etibarən yeni aləmə keçər. Mömin ölüm vaxtı heç bir qorxu, narahatlıq və ya sarsıdıcı hadisə yaşamaz. Ölüm yuxu kimi olan bu təsvirin çox aydın təsvirə çevrilməsidir. Küfr əhli ölüm anından etibarən əzab yaşamağa başlayar, mömində əzab olmaz.
Darvinizm fikri olaraq məğlub edildikdə sol ideologiyaların dayaq nöqtəsi dağılmış oldu. Buna görə də, bütün dünyada sol geriləyir.
Özünü tamamilə Allaha həsr etmiş, dünyadan tamamilə çəkilmiş, eqoistlikdən imtina etmiş insanda ehtirasın qapısı açılar. Ehtiras, Allahın rizasının ən çoxunu axtaran insanlara verilən xüsusi nemətdir.
Dejavu Allahın insanlara taleyi xatırlatmasıdır.
Rumlar çox gözəl xalqdır. Yunanistan ilə əlaqələrimizin çox güclü olması, rumlara sahib çıxmağımız lazımdır.
Bədiüzzaman, özü üçün yaşamayan səmimi insan mövzusunda ən gözəl nümunələrdən biridir.
Çində kommunist ideologiyanın gətirdiyi insanı dəyərsiz görmə və mexanikləşmə var. Çoxunun üzünə donuq və ürkək ifadə hakim olub.
Səmimi insan mənfəəti ilə zidd düşdükdə məğlub olmaz. Səmimi insan bütün həyatını Allaha həsr etmişdir, hər şeyi Allah üçün edər.
Allah səmimi olan bütün tövbələri qəbul edər.
Allahı unutmaqdan Allaha sığınmağın, Allahı unutmaqdan utanmağın müsəlmanın xüsusiyyəti olması lazımdır.
İslam aləmi tək bir beyin ətrafında toplandığı zaman xilas olar. Çoxlu beyin olduqda hamısı bir-biri ilə ziddiyyət təşkil edir, parçalanma olur.
İnsan səmimi olduğu zaman mənfəəti ilə zidd düşən vəziyyətlərlə qarşılaşar, heç vaxt mənfəətini üstün tutmamaq səmimiyyətdir. Səmimi insan əsla özü üçün yaşamaz. Səmimiyyətin əsas meyarı budur.
Səmimiyyət dünyanın ən asan ibadətidir. Allah insanların təkcə səmimi olmasını istəyər.
Atatürk Allahın lütfünə nail olmuş xüsusi insandır. Müasir dindardır, ziyalı Osmanlı paşasıdır.
PKK-nın hədəfinin təkcə Cənub-Şərqi Anadolu bölgəsi olduğunu zənn edirlər, halbuki kommunist ideologiya bütün bölgəni udmağı qarşıya məqsəd qoyan hərəkatdır.
Allahın bütün kainatdan istədiyi tək şey sevgidir. Allah yaratdıqlarını sevər. Sevgi ilə həyat mənalı olar. Kainat sevgi ilə gözəldir.
Qadın ağlının, ruh dərinliyinin, nəzakətinin, sənətçi ruhunun, gözəlliyinin təqdir edilməsini istəyər. Təqdir edildikdə qadın ruh qazanar. Dünyanın demək olar ki, hər yerində qadınların həyatlarını sanki cəhənnəmə döndəriblər. Heç bir yerdə rahat, hüzurlu yaşatmırlar.
Qadınların iqtisadi azadlığı əhəmiyyətlidir. İş yerlərində qadınlara prioritet verilməli və qadınların hər cəhətdən çox gözəl qorunmaları lazımdır.
“Din mühəndisi” olan insanların iman həqiqətləri izah etdiklərini heç duymaz, Allah sevgisi, insan sevgisindən bəhs etdiklərini eşitməzsiniz. Bu insanların təkcə uca səslə xalqı tənqid edən, öz aləmlərində haşa dini tənqid edən açıqlamaları vardır. Üzləri də buz kimi sevgisizdir.