Hz. İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s)-ın ayrı-ayrı olması qəribə görünməsin. Əslində bunların hamısı bir birlikdir. Hz. Mehdi (ə.s) başdır, imamdır, hz. İsa Məsih (ə.s) onun vəziridir. İki fərqli qoldan fəaliyyət göstərirlər, lakin bir birlikdir.
Qurtuluş hz. Mehdi (ə.s) ilə mümkündür. Məntiqli, ağıllı olan da budur. Çünki, tək bir beyin, tək bir ağıl hər şeyi yığışdıra bilər. O oradan çəkər, əgər çəksə, anarxiya olur. Yəni, bir nöqtəni müəyyən bir yerdən çəksən, müəyyən bir nöqtəyə doğru gedər. Dörd adam ayrı nöqtədən çəksə, parçalanar. İndiki sistemdə elə olur.
(A9 TV; 3 may 2013)
Adnan Oktar
-
Cavana təhdid təsir etməz. Bizi də neçə illərdir hədələyirlər, bıçaq kimi dayanırıq, çox şükür. Min cür söz söylədilər. Daha da gücləndik, yaxşı olduq. Zənginliyimiz, yaraşıqlılığımız, gəncliyimiz, sevincimiz artdı. Onlar qışqırdıqca biz inkişaf etdik. Yoldaşlarımız çox zəngin oldular, imkanları artdı, bərəkətimiz artdı, hüzurumuz, dincliyimiz və gözəlliyimiz artdı.
(A9 TV; 2 may 2013)
Adnan Oktar
-
Söyür və deyir ki, küfrə alışın, bir şey yoxdur, bu fikirdir. Küfrün adını fikir qoyur. Belə vəziyyətə qarşı inananların birlik olaraq bir-birlərini sevib, qorumaları və səhv fikirdə olanlara qarşı da yenə şəfqətlə, sevgi ilə cavab vermələri lazımdır. Nifrətlə hərəkət etmək olmaz.
(A9 TV; 2 may 2013)
Adnan Oktar
-
Hüququ öldürməyə, tapdalamağa çalışan insanlara qarşı qismən də olsa səssiz qalmaq anarxiyanın yaranmasına səbəb olar.
(A9 TV; 2 may 2013)
Adnan Oktar
-
Xristianlara qarşı şəfqət, sevgi gözəl əxlaqın əlamətidir. Quranın əmridir. Allahın əmr etdiyi bir gözəllikdir.
(A9 TV; 2 may 2013)
Adnan Oktar
-
İslamın birləşdirici xüsusiyyəti dünyada onsuz da təcrübədə görülür. Dövlətin, əxlaqın meydana gəlməsində, ailənin meydana gəlməsində İslam əsas zəmindir.
(A9 TV; 2 may 2013)
Adnan Oktar
-
İslamiyyət müsəlman olmayanı da, ateisti də qoruyan bir dindir. Müşriki də, bütpərəsti də qoruyan bir dindir. Buna görə şəfqət, mərhəmət, müdafiə edən təməli olduğu üçün İslam əsas olur. İslam olmasaydı, onsuz da darmadağın olardı. "Türk milləti" deyə bir millət qalmazdı, parça-parça, darmadağın olardıq.
(A9 TV; 2 may 2013)
Adnan Oktar
-
Biz türk millətini təsvir edərkən Türkiyədə yaşayan hər kəsi türk hesab edirik. Türklüyü qəbul edən hər kəsə türk deyirik. Ümumiləşdirici bir ifadədir. Yəni, müsəlmanlıq nəzərdə tutulmuş olur. Türklüklə müsəlmanlıq onsuz da iç-içədir. Fərqli bir mənası yoxdur.
(A9 TV; 2 may 2013)
Adnan Oktar
-
Quran hər şeyin ən xeyirlisini insanlara bildirir. Məsələn, Allahın içkini qadağan etməsi dünyada o qədər gözəl nemətlərə vəsilə olur. Əməl edilsə, cinayətlərdə böyük dərəcədə azalma olar. Yol qəzalarında böyük dərəcədə azalma olar. İçki içib təzyiqdən ölənlər var, başqa xəstəliklərə səbəb olduğu üçün qaraciyər xəstəliklərindən ölənlər var. Bunlar aradan qaldırılmış olar.
(A9 TV; 2 may 2013)
Adnan Oktar
-
Türk polisinin xüsusiyyəti odur ki, hamısı vətənpərvərdir. Hər biri bölünməyə qarşıdır, əlhəmdülillah. Bir dənə muxtariyyət və s. qəbul edən polis tapa bilməzsən. Əsgər də elədir. Millətimiz də elədir, maşaAllah.
(A9 TV; 2 may 2013)
Adnan Oktar
-
Polislərimiz aslandır, canımızdır. Hər yerdə xeyirin, yaxşılığın, gözəlliyin tərəfdarıdır. Vətənin birliyi və bütünlüyü üçün cəhd göstərən hər insana qarşı ürəklərində dərin bir sevgi və məhəbbət vardır.
(A9 TV; 2 may 2013)
Adnan Oktar
-
Bərəkət üçün bir şərtlə dua edərəm ki, qazanclarını, bədənlərini, canlarını tamamilə Allaha həsr etsinlər. Ayədə― "Həyatım və ölümüm aləmlərin Rəbbi olan Allahındır"― deyə bildirilir. Allaha özünü tam həsr edən, təslim edən üçün Allah böyük, bol bərəkət versin ki, Allah yolunda onu xərcləsinlər.
(A9 TV; 6 may 2013)
Adnan Oktar
-
Ələvi demək Allah aşiqi, hz. Əli (r.ə), əhli-beyt aşiqi deməkdir. Sevgi dolu insan deməkdir. İnsanları, uşaqları, yaşlıları sevər, musiqini sevər, gözəl sözlər söyləyər, hikmətli danışar. Davakar olmaz. Onlar sülh, hikmət insanlarıdır.
(A9 TV; 6 may 2013)
Adnan Oktar
-
İstanbulda böyük zəlzələ olmayacaq. Mehdi (ə.s)-ın olduğu yerdə zəlzələ olmaz. Bu bir möcüzədir. Normal olaraq zəlzələ gözlənilirdi. "Olmalıdır " ―deyirdilər, amma olmur. Uzun müddət olmayacaq, inşaAllah.
(A9 TV; 5 may 2013)
Adnan Oktar
-
Cənab Bağçalı çox ağıllı insandır. İdealist gənclik də güclü xarakterlidir. Güclü cavanlardır. Türkiyənin təməli, zəmanətləridirlər, inşaAllah. Türkiyəyə dəstək olan, xarici gücləri titrədən bir-birindən mükəmməl güclərdir. Buna görə də ürəkləri sakit olsun. Daim Allahın köməyi üzərilərində olacaq.
(A9 TV; 5 may 2013)
Adnan Oktar
-
Dua səmimi edilməlidir. Bunu xüsusi olaraq fikrini cəlb etməklə, səmimiyyət ruhu ilə əldə etmək lazımdır. Bir də çox uzun dua deyil, köklü, dərin və səmimi dua çox əhəmiyyətlidir. Səmimi olması lazımdır, inşaAllah.
(A9 TV; 5 may 2013)
Adnan Oktar
-
Baş nazirimiz vicdanlı insan olduğu üçün Suriya məsələsində səmimi olaraq fəryad edir.
(A9 TV; 8 may 2013)
Adnan Oktar
-
Baş nazirə vəfasızlıq, xəyanət etdirmərik. Vəfasızlıq və xəyanət Allahın bəyənmədiyi qeyri-normal bir hərəkətdir, vicdanın yox olmasıdır.
(A9 TV; 8 may 2013)
Adnan Oktar
-
Suriyadakı, Banqladeşdəki hadisələrdə müsəlmanların oyanmasına təşviq var. Allah bütün müsəlmanları bu hadisələrlə sarsıdır, "oyanın" deyir.
(A9 TV; 8 may 2013)
Adnan Oktar
-
Bangladeşdə 2400 müsəlmanın öldürülməsi nə Avropanın, nə Amerikanın, nə də bütün dünyanın vecinə deyil. Avropada filan insanlar diskotekalarda əyləncəsi ilə məşğuldur.