İran və Türkiyə iki dost müsəlman ölkədir. İŞİD necə sünni müsəlmanlığını təmsil etmirsə şiə milislər də İranı təmsil etməz. İŞİD də, şiə milislər də İngiltərə dərin dövləti tərəfindən yönləndirilən təşkilatlardır. Bölgədəki bütün təşkilatlar İngiltərə dərin dövlətinin qoludur.
Bizim izahlarımızdan sonra Xameneyin bugünkü çıxışında “müsəlmanları bir-birinə qarşı təhrik edən ingilis şiəliyidir” deməsi əhəmiyyətlidir. Xameneyi eynilə bizim diqqət çəkdiyimiz kimi, İngiltərə dərin dövlətinə qarşı qurtuluşun təkcə İslam Birliyi ilə mümkün olduğunu söylədi.
PKK namərd, murdar, xaindir. Kürdlər isə şərəflidir, nəcibdir, dindardır. Kürdlər ilə PKK-nı bir tutmağa çalışanlar çox böyük səhv edirlər. Kürdlər, ələvilər, bektaşilər bu vətənin bəzəyidir, gözəlliyidir. Bizim canımızdırlar.
Terrorist əhvali-ruhiyyə ilə ayaqda dayanır, bunların əhvali-ruhiyyəsini korlayacaq olan fikirlərinin yanlışlığının söylənilməsidir. Bomba, silah bunları daha da şövqləndirər. Ölməyə əzm ediblər. Lakin fikirlərinin əsassızlığından danışsan yıxılar, tamamilə çökər. Anti-darvinist, anti-materialist təhsil verilməlidir.
İngiltərə dərin dövləti İslam deyildikdə qadınların alçaldıldığı, rəsm əsəri, musiqi, incəsənətin olmadığı bir sistemin ağıla gəlməyini istəyir. "Müsəlmanlar şiddət istəyər, sünnilər və şiələr bir-birlərini asıb kəsərlər" təlqini vermək istəyir. Biz də bu təlqinin əsassız olduğunu göstəririk. İngiltərə dərin dövlətinin yaratmaq istədiyi cəhənnəm kimi İslam anlayışını aradan qaldırdığımız üçün nə qədər tərəfdarları varsa böhtanları ilə üstümüzə salırlar. Bu hücumların üzərimizdə zərrə qədər mənfi təsiri olmaz, olmadığını da görürlər.
Rəhmətlik Başbuğun məkanı cənnət olsun. Zəhmət çəkə-çəkə çox vətənpərvər, keyfiyyətli, müqəddəsatçı gənclik yetişdirdi. Ülkücü gəncliyin fədakar səyləri olmasa 12 sentyabrdan əvvəl kommunizm Türkiyəyə hakim ola bilərdi. Ülkücülər kommunizmə qarşı sədd oldular. 12 sentyabrdan əvvəl Ülkücü gəncliyin çəkdiyi əziyyəti, gənclərin çoxu bilmir. Onların yaşadıqları dastandır, heç unutmamaq lazımdır.
Hələbin də, Mosulun da qurtuluşu təkcə İslam Birliyidir. İran, Türkiyə və Pakistan birləşmiş olsa Hələbin “H”-sinə toxuna bilməzdi heç kim. İslam Birliyi yaransa heç bir terror təşkilatı olmaz. İslam Birliyinə qarşı olanlar bilərəkdən və ya bilməyərəkdən bu zülmün qapısını açırlar.
İŞİD-i də, şiə milisləri də maliyyələşdirən, yönləndirən, qırğın törətdirən İngiltərə dərin dövlətidir. Məqsəd müsəlman düşmənçiliyi yaratmaqdır. Nur olan, cənnət olan İslam dinini asan, kəsən, sevgisiz, cəhənnəm dini kimi göstərmək üçün bütün bu təşkilatları İngiltərə dərin dövləti dəstəkləyir.
"Əcəm oyunu" deyərək bütövlükdə İran xalqına düşmənçilik etmək Gülən təşkilatının istifadə etdiyi çirkin üslub idi. Eyni üslubdan müsəlmanlar istifadə etməsin.
İngiltərə dərin dövləti Osmanlının son dövrlərindən etibarən çevrilişlərlə istədiklərini hakimiyyətdən devirməyə, millətlə oynamağa alışıb. Artıq keçmiş dövrlərdə deyilik. Hər sınaqlarında müvəffəqiyyətsiz olacaqlar. Yenə sınayacaqlar, yenə müvəffəqiyyət qazana bilməyəcəklər, həmişə məğlub olacaqlar.
Hələbdə, İraqda müsəlmanları qətlə yetirən şiələr İngiltərə dərin dövlətinin yönləndirdiyi zalımlardır, Mİ6 şiələridir. İran xalqını, şiə qardaşlarımızı sevirik. Hələbdə İraqda cinayət işləyən milislərin zülmlərini, qırğınlarını lənətləyirik.
Bizi şiə-sünni deyə ayırıb bir-birimizə qırdırmaq istəyirlər, müsəlmanlar arasında ayrı-seçkilik yaradan belə üslubu qəbul edə bilmərik.
Şiə və sünni tərtəmiz müsəlmandır, Hələbdəki şiə qatillərlə İŞİD qatilləri arasında heç fərq yoxdur, hamısını İngiltərə dərin dövləti yönləndirir. Şiələrin də sünnilərin də arasında zalımlar var. Milyonlarla müsəlmanın arasındakı bu bir qrup zalım ucbatından müsəlmanlar bir-birinə düşmən olmaz.
Qadınlarla əlaqədar bəzi kitablarda yer alan yanlış izahların düzəldilməsi lazımdır, bu izahlar çox dəhşətlidir. Qadına qarşı zülm olduqda Allah bəla verər, bu uğursuzluq gətirər. Allah qadınları sevgi üçün yaratmışdır. Qadın sevgisi olmadıqda qadın nifrətini yayırlar və qadınları gülə bilməz, əylənə bilməz hala gətirməyə çalışırlar.
İran sünni müsəlmanları sevər. Müsəlman müsəlmana düşmən olmaz, kin də bəsləməz. Müsəlmanlar bir-birlərinin arasını düzəltməlidir. Hal-hazırda müsəlmanı müsəlmana qırdırmaq oyunu oynanılır, bəziləri istəmədən də olsa bu oyuna düşürlər.
Allah dünya miqyasında dərc olunan məqalələrimlə irimiqyaslı təbliğ etmə imkanı verir.
Türk İslam birliyi dediyimiz vaxt, irq təməlli bir birlikdən bəhs etmirik. Türkiyənin liderliyi altında bütün İslam aləminin birləşməsini nəzərdə tuturuq.
Hər uşaq İslam fitrəti üzərinə dünyaya gələr. Uşaqları daxil olmaqla, bir cəmiyyətin bütövlükdə lənətli olduğunu söyləmək İslama uyğun deyil. Allah bütün musəvilərin deyil, zülm edənlərin lənətli olduğunu söyləmişdir. Bir xalqın anadangəlmə lənətli olduğunu söyləmək zülm olar.
Mehdiyyətdən bəhs edildikdə dəccaliyyət ifşa olacağı üçün İngiltərə dərin dövləti israrla mehdiyyətdən bəhs edilməsini istəmir.
Mehdiyyəti gözləyənlər çevik insan kimi ayıq-sayıq və gümrahdırlar. Əzmlə Allah yolunda fikri mübarizə aparırlar. Ətalətə qapılanlar Mehdi yoxdur deyənlərdir.
Şiə milislərin etdiyi zülm və işgəncədən bütün şiələr, bütün İran məsul olmaz. Sünni bir terror təşkilatının etdiyi zülmün necə Türkiyə ilə əlaqəsi yoxsa, şiə milislərin işlədiyi cinayətlərin də bütün İranla əlaqəsi yoxdur. Milislərin şəxsiyyət vəsiqəsində şiə yazır, lakin onları İngiltərə dərin dövləti idarə edir.