Hələbdə, İraqda müsəlmanları qətlə yetirən şiələr İngiltərə dərin dövlətinin yönləndirdiyi zalımlardır, Mİ6 şiələridir. İran xalqını, şiə qardaşlarımızı sevirik. Hələbdə İraqda cinayət işləyən milislərin zülmlərini, qırğınlarını lənətləyirik.
Bizi şiə-sünni deyə ayırıb bir-birimizə qırdırmaq istəyirlər, müsəlmanlar arasında ayrı-seçkilik yaradan belə üslubu qəbul edə bilmərik.
Şiə və sünni tərtəmiz müsəlmandır, Hələbdəki şiə qatillərlə İŞİD qatilləri arasında heç fərq yoxdur, hamısını İngiltərə dərin dövləti yönləndirir. Şiələrin də sünnilərin də arasında zalımlar var. Milyonlarla müsəlmanın arasındakı bu bir qrup zalım ucbatından müsəlmanlar bir-birinə düşmən olmaz.
Qadınlarla əlaqədar bəzi kitablarda yer alan yanlış izahların düzəldilməsi lazımdır, bu izahlar çox dəhşətlidir. Qadına qarşı zülm olduqda Allah bəla verər, bu uğursuzluq gətirər. Allah qadınları sevgi üçün yaratmışdır. Qadın sevgisi olmadıqda qadın nifrətini yayırlar və qadınları gülə bilməz, əylənə bilməz hala gətirməyə çalışırlar.
İran sünni müsəlmanları sevər. Müsəlman müsəlmana düşmən olmaz, kin də bəsləməz. Müsəlmanlar bir-birlərinin arasını düzəltməlidir. Hal-hazırda müsəlmanı müsəlmana qırdırmaq oyunu oynanılır, bəziləri istəmədən də olsa bu oyuna düşürlər.
Allah dünya miqyasında dərc olunan məqalələrimlə irimiqyaslı təbliğ etmə imkanı verir.
Türk İslam birliyi dediyimiz vaxt, irq təməlli bir birlikdən bəhs etmirik. Türkiyənin liderliyi altında bütün İslam aləminin birləşməsini nəzərdə tuturuq.
Hər uşaq İslam fitrəti üzərinə dünyaya gələr. Uşaqları daxil olmaqla, bir cəmiyyətin bütövlükdə lənətli olduğunu söyləmək İslama uyğun deyil. Allah bütün musəvilərin deyil, zülm edənlərin lənətli olduğunu söyləmişdir. Bir xalqın anadangəlmə lənətli olduğunu söyləmək zülm olar.
Mehdiyyətdən bəhs edildikdə dəccaliyyət ifşa olacağı üçün İngiltərə dərin dövləti israrla mehdiyyətdən bəhs edilməsini istəmir.
Mehdiyyəti gözləyənlər çevik insan kimi ayıq-sayıq və gümrahdırlar. Əzmlə Allah yolunda fikri mübarizə aparırlar. Ətalətə qapılanlar Mehdi yoxdur deyənlərdir.
Şiə milislərin etdiyi zülm və işgəncədən bütün şiələr, bütün İran məsul olmaz. Sünni bir terror təşkilatının etdiyi zülmün necə Türkiyə ilə əlaqəsi yoxsa, şiə milislərin işlədiyi cinayətlərin də bütün İranla əlaqəsi yoxdur. Milislərin şəxsiyyət vəsiqəsində şiə yazır, lakin onları İngiltərə dərin dövləti idarə edir.
Allahın icazəsi ilə bu son 10 il mehdiyyətin dünya tarixinə sevgi damğasını vuracağı dövr olacaq.
İngiltərə dərin dövləti müsəlmanlara, müsəlman görünüşlü münafiqlərlə hücum edir. Bunların çoxu vətəni satmağa hazır tərəfdaş tiplər olur.
İran xalqını bütövlükdə təhqir edən bir üslub çox çirkindir. İran ilə Türkiyəni vuruşdurmaq üçün təhrik etmək istəyirlər. İran və Türkiyənin ittifaq etməsi İngiltərə dərin dövlətinin xoşuna gəlmədiyi, müsəlmanların faydasına olacağı üçün əngəl törətməyə çalışırlar.
Terror hücumlarının tək təşkilatçısı var, bu da İngiltərə dərin dövlətidir. Buna görə də istifadə etdikləri taktika, partlayıcı həmişə eynidir.
İran və Türkiyə iki qardaş ölkədir. Şiə-sünni qardaşdır. Şiələr də, sünnilər də hz. Əli aşiqidir. Heç kim düşmənçilik ifadələrinə etibar etməsin.
Bizim tənqid etdiyimiz ingilis xalqı və ya dövləti deyil, İngiltərə dərin dövlətidir. İngiltərə dərin dövləti ingilislərin də başına bəla olmuşdur.
Mən hər zaman üstünlüyü qadınlara verərəm, həyatın hər sahəsində üstünlük qadınlarda olmalıdır.
Şirk dinini İslam deyə tanımış olanlar Qurandakı İslamla qarşılaşdıqda heyrətlənirlər. Quran İslamı gözəllikdir, sevgidir, sevincdir.
Qəzəblə hərəkət edən birinə sərt üslubla yaxınlaşmaq olmaz. Müsəlman hər vəziyyətdə sevgi ilə, şəfqətlə yaxınlaşmaqla məsuldur.
İraq və Suriyaya şiə adı altında göndərilən qatillər İngiltərə dərin dövlətinin əmri altında Allahsız, dinsiz, kommunist qatillərdir. Bu azğın qatillər ucbatından bütün şiələrə qarşı olmaq ağılsızlıq olar. İran və Türkiyə dostdur. İki ölkənin dostluğu İslam Birliyi deməkdir.