Bəziləri çox lovğa, özü sanki cənnət əhliymiş də insanları xilas edirmiş kimi bir üslub işlədir. Dini səmimi izah etmirlər. İnsanların iman həqiqətlərinə, Quran möcüzələrinə ehtiyacları var, bunları izah etmirlər, hər gün su kimi müsəlman qanı axır, heç üzərində dayanmırlar. Darvinizm insanları dinsizliyə sürükləyir, tək kəlimə cavab vermirlər.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
İslam asan və sadədir. Dini yaşamaq asandır. Bütün məsələ səmimi olmaqdadır.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
Uşaqların ən çox ehtiyac duyduğu şey sevgi və şəfqətdir. Dərin şəfqət olsa uşaq hər mövzunu çox asan öyrənər, əks halda isə çox sıxılar. Uşaqların ruhlarındakı azadlığı tamamilə açmaq və sevgini onlara bulaq kimi təqdim etmək lazımdır. O zaman çox gözəl təhsil olar.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
Mən bir insanı sevdikdə sonsuza qədər sevərəm, cənnət dostum olaraq ehtirasla, sonsuza qədər sevərəm.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
İnsanların bir qismi mənfəətlərinə zidd düşdükdə çirkinləşər, yalan söyləyər, oyun oynayarlar. Bu çirkin əxlaqa sahib olanların mənfi enerjisi var.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
Bütün gözəlliklər Allaha məxsusdur. Hər gözəlliyi yaradan və səmimi olanları bir yerə toplayan Allahdır. Bütün güc və qüvvətin sahibi Allahdır. Dəccaliyyətə qarşı Mehdiyə metafizik gücü nəsib edən də Allahdır.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
Darvinist, materialist təhsil, insanları həyatlarının məqsədsiz olduğuna inandırır. Bu zaman təkcə sağ qalmaq üçün yaşayırlar, incəsənət, sevgi, gözəllik, qardaşlıq həsrəti içində olmurlar. Darvinist təhsil insanların həyat sevinclərini və şövqlərini əllərindən alır.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
Ən möhtəşəm həqiqi incəsənət xadimi Allahdır. Allah incəsənəti ilə dünyanı gözəlləşdirər, ruhumuzu da incəsənətlə yaratmış bizə sevməyi öyrətmişdir.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
Müsəlman Allah rizası üçün çox səmimi olar. Fəal, səmimi olanın yolunu Allah mütləq açar. Müsəlman əlində nə imkan vardırsa, ondan Allah üçün istifadə edər.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
Fitnə yer üzündən qalxana, İslam əxlaqı dünyaya hakim olana qədər, səy göstərmək bütün müsəlmanlara fərzdir. Bunun adı mehdiyyətdir.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
“Bir tikə, bir hırka” deyə bir anlayış Quranda yoxdur. Mömin rahat, gözəl, sadə yaşayar. Ehtiyac içindəkiləri də qoruyar.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
Ramazanda halallar haram olmaz, haramlar halal olmaz. Haram və halal hər ay üçün eynidir. Bu aya xüsusi ayrı qanunlar çıxardılmaz.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
Ramazanda orucunu da tutarsan, musiqi də dinləyərsən. Ramazan ayı fərqli haramların olduğu bir ay deyil. Xurafata görə davranılmaz.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
Musiqi halal, rəqs halal, rəsm, heykəl halaldır. Boşuna insanların üzərində təzyiq yaradırlar. İnsanların sevinc içində çox rahat yaşaması lazımdır. Öz qoyduqları lazımsız qaydalarla həyatı cəhənnəmə döndərirlər. Sevgi, gözəllik, incəsənət, musiqi, sevinc yoxdursa, həyat cəhənnəm olar.
(A9 TV; 29 may 2017)
Adnan Oktar
-
Allahın çox sevdiyi insanı bütün dünya bir yerə toplansa məğlub edə bilməz. Tək bir insan Allahı çox sevdiyi zaman bütün dünyaya qarşı müvəffəqiyyətli olar.
(A9 TV; 28 may 2017)
Adnan Oktar
-
Hər zaman deyirəm ələvilər candır. İncəsənət xadimi ruhludurlar, arifdirlər, təfəkkürləri zəngindir, mövhumatçılığa qarşı bir qələmdirlər, sevgi insanlarıdır. Ələvilər əleyhinə danışanlar, məlumatsızlıqlarından və sevgisizliklərindən bu cür danışırlar.
(A9 TV; 28 may 2017)
Adnan Oktar
-
Hədislərdə izah edildiyi kimi Sirat körpüsü anlayışı Quranda yoxdur. Axirətdə sorğu-sual var. Bu sorğu-sual mömin üçün asan, küfr əhli üçün çox çətindir. Möminin axirətdəki sorğu-sualı çox qısa və asan olduğu halda, küfr əhli üçün əzabverici şəkildə çətin və təfərrüatlıdır. Allah tək-tək hər şeyin hesabını soruşacaq.
(A9 TV; 28 may 2017)
Adnan Oktar
-
Evlilik, Allahın rizasını axtararaq olmalıdır. İnsan yoldaşını seçərkən bu insan Allaha özünü təslim etmişdirmi, İslam üçün nələr etmişdir, İslamı yaymaq üçün nə edir, eqoistlikdən xilas olmuşdurmu, gözəl əxlaqlıdırmı kimi meyarlara baxıb axirət həyatı üçün yoldaşını seçər.
(A9 TV; 28 may 2017)
Adnan Oktar
-
Mömin əfv edərək sağlam olar. Bağışlayıcı olmaq ehtirasın, sevginin, eşqin və dostluğun əsas xüsusiyyətidir. Bağışlayıcılıq yoxdursa, sevgi yaranmaz.
(A9 TV; 28 may 2017)
Adnan Oktar
-
Qadının əsas xüsusiyyəti sevmək və sevilməkdir. Sevgi olmadıqda qadın yorulmağa başlayar, həyat zövqü tamamilə əlindən gedər.