avatar

Adnan Oktar

İki cür şirk var. Birincisi açıq-aydın görünən şirkdir. Məsələn, büt düzəldib, açıq şəkildə ona sitayiş edir. Bu açıq-aydın görünən şirk olur. Bir də gizli şirk vardır. Bu isə qüvvətin Allahda deyil, başqalarında olduğuna inanmaqdır. Məsələn, insanda ayrı bir qüvvə olduğuna inanmaq. Halbuki, hər insanı danışdıran, hər insana bir şeylər dedirdən və etdirən Allahdır.
A9 TV; 18 fevral 2015
avatar

Adnan Oktar

Tale dəyişməz. Taleyə qarşı müqavimət göstərməyin adı əslində şirkdir. Allahdan başqa bəzi varlıqlarda güc və qüvvətin olduğuna inanmaqdır.
A9 TV; 18 fevral 2015
avatar

Adnan Oktar

Şirk, gücün, qüvvətin yaxud hər hansı bir şeyin Allahdan başqa hər hansı bir varlıqda olduğunu düşünməkdir. Məsələn, bir hadisə olanda: "Bu adam etdi" deyir. Halbuki, onun onu edəcək bir gücü yoxdur. Hər şeyi edən Allahdır. Bütün güc, qüvvət Allahdadır.
A9 TV; 18 fevral 2015
avatar

Adnan Oktar

Təhsil sistemindəki çatışmazlıq, bitərəfli olaraq darvinizmin oxudulmasıdır. Darvinizm Allahı tamamilə inkar edən bir sistemdir. Adam Allahsız, Kitabsız, şüuraltında dinsiz yetişdirilir. Allahdan qorxmayan biri olaraq yetişdirilir. Allahdan qorxmadığı üçün hər şeyi edə bilər. Mütləq darvinizmin elmi cavabı da oxudulmalıdır.
A9 TV; 17 fevral 2015
avatar

Adnan Oktar

Əylənərkən Allahı düşünmək olmaz deyə bir inanca sahibdirlər. Məsələn, toya, diskotekaya getdiyində, yaxud radioda bir musiqi çalınırsa, Allahı unutmasının lazım olduğuna inanır. Bu çox böyük səhvdir.
A9 TV; 16 fevral 2015
avatar

Adnan Oktar

Dində həyatın bütün gözəllikləri vardır. Musiqi, əyləncə, nəşə, sevinc, sevgi vardır. Din həyatın hər anını əhatə edir və hamısını halal etmişdir. Qeyri-qanuni, haram olan çox az şey vardır. Halal şeylərin sayı-hesabı yoxdur.
A9 TV; 16 fevral 2015
avatar

Adnan Oktar

Yas, Allaha üsyanın digər bir adıdır. Allah bir şey yaradırsa bir xeyir vardır. Müsəlman yas saxlamaz, Peyğəmbərimiz (s.ə.v) bunu qadağan etmişdir. Şirkdir, müşrik adətidir.
A9 TV; 16 fevral 2015
avatar

Adnan Oktar

İslamda yas saxlamaq yoxdur. Bu Qədim Şumerlərdə, Hititlərdə, Qədim Misirdə bütpərəstlərdən qalan bir adət kimi tətbiq olunurdu.
A9 TV; 16 fevral 2015
avatar

Adnan Oktar

Bütün terror fəaliyyətlərinin təməlində, bütün zorakılığın təməlində darvinizm durur. Bütün İslam aləmi darvinistdir. Darvinist təhsil ləğv edilməlidir, başqa da çıxış yolu yoxdur.
A9 TV; 16 fevral 2015
avatar

Adnan Oktar

Məktəblərdə darvinist təhsil verərək; "Allah yoxdur" deyirsən. "Elmi baxımdan yoxdur, amma istəyirsənsə, ürəyin istəyirsə inan" deyirsən. Bunun saxta bir elm olduğundan xəbərsiz olan gənclər də: "Mən elmi həqiqəti müdafiə edərəm" deyir və beləliklə də, dinsiz olurlar. Bu qorxunc bir şeydir. Mütləq darvinizmin elmi cavabı verilməlidir.
A9 TV; 16 fevral 2015
avatar

Adnan Oktar

Hər əxlaqsızlıq, hər zülm, hər cinayət Allahdan qorxmayan kəslərin törətdiyi hadisələrdir. Kommunistlər, darvinistlər, materialistlər, yəni Allaha inanmayanlar Allahdan qorxmaz. Onların arasından çıxar. Məsələn, xurafatçılar da Allahdan qorxmadıqları üçün əxlaqsızlıq edirlər.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Allahdan qorxmayan hər kəs əxlaqsızlıq edəcək deyə bir şey də yoxdur. Amma əxlaqsızlar daim Allahdan qorxmayan insanların arasından çıxmışdır. Bu çox əhəmiyyətlidir. Allahdan qorxan onsuz da edə bilməz, mümkün deyil. Hər bir təcavüz hadisəsini, hər bir əxlaqsız hadisəni daim Allahdan qorxmayan insanların arasından çıxan kimsələr törətmişdir. Bunu bilməlidirlər.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Yəhudilər Axırzamanda İsraildə toplanacaqlar. Bu Tövratda da bildirilir. "Sizi dünyanın hər yerindən toplayacağım" deyir. Bu zaman gəlib çatmışdır. Deməli, Moşiyahın dövründəyik. Mehdinin, Moşiyahın dövründəyik. Həqiqətən də yəhudilər hər yerdən axın-axın İsrailə gəlir.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Şeytan müvəffəqiyyətli bir müsəlmanı devirmək istəyər. Faydalı bir şey edirsə, təsirsiz hala gəlməsini istəyər. Məsələn, kitab yazırsa, yazmasını istəməz. Təbliğ edirsə, etməsini istəməz. Xeyirli bir şey danışırsa, danışmasını istəməz.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Şeytan küfr şəraitində çox tez nəticə əldə edir. Yəni ardıcıl surətdə nəticələr əldə edir, bir-birinin arxasınca. Qəzəbi dərhal ən yüksək səviyyəyə çıxarda bilir. Adamı çəkib vurur. Dərhal zülm etməsini təmin edə bilər. Dərhal vəfasızlıq etməsini təmin edə bilər.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Dindar bir müsəlman şeytanı tam tanımaq məsələsində çətinlik çəkə bilər, lakin küfr şeytanı çox yaxşı tanıyar. Müsəlman şeytanla əlbir olmur, onunla arasında elə də bir əlaqə olmur. Çünki, hər dəfə qalib gəlir, ona əhəmiyyət vermir. Məsələn, səbir tələb edən mövzularda bilavasitə səbir edir. Eqoistlik edilə biləcək bir şeydə heç vaxt eqoistlik etmir.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Şeytan qəribə bir varlıqdır. Yəni həyatda insana, əllə tutmaq kimi bir müdaxiləsi demək olar ki, müşahidə olunmur. Amma daha çox romantikliyə, pessimizmə sövq etmək tipli üsullardan istifadə etdiyini anlayırıq.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Cənub-Şərq bölgəsində mövcud olan bu şərtlər altında seçki keçirilə bilməz. PKK o əraziyə hakim olmuşdur, hər yerə silah yerləşdirmiş, xalqı təhdid etmiş və qorxutmuşdur. Hal-hazırda xalqın başqa seçim şansı yoxdur. Alnına silah dayanmışdır. Orada verəcəyi səs etibarlı olmaz. Əvvəlcə xalqın təhlükəsizliyi təmin edilməli, ondan sonra seçki keçirilməlidir.
A9 TV; 13 fevral 2015
avatar

Adnan Oktar

Qatilləri bağışlamağa təşəbbüs edən kəs dünyanın ən alçaq, ən namərd, ən şərəfsiz, ən namussuz adamıdır. Bundan artıq şəxsiyyətsizlik düşünə bilmirəm. Bunlar və PKK-lı alçaqlar heç vaxt əfv edilməməlidir. Bunların əfv olunmasını istəyən daha alçaqdır.
A9 TV; 13 fevral 2015
avatar

Adnan Oktar

PKK silahı heç vaxt yerə qoymaz, Öcalan da heç vaxt silahların yerə qoyulmasını istəməz. Onsuz da onların tək zəmanəti silahdır. Silah sayəsində Cənub-Şərq bölgəsində güc əldə etdilər. Silah sayəsində hökumətin onlarla təmasda olmasını təmin edirlər. Silah sayəsində Abdullah Öcalanın şəkilləri, plakatları sərbəst oldu. Bunlar, silahlarının göstərdiyi təsir sayəsində oldu.
A9 TV; 13 fevral 2015
avatar

Adnan Oktar

Dərhal əks hücuma keçilməli, PKK-nın əlindəki bütün silahlar toplanmalı və qruplaşma etibarsız hala gətirilməlidir. PKK-ya diz çökdürülməlidir. Aprel ayında qiyam qaldırmağa hazırlaşır, kimsə silahını yerə qoymadı. Hal-hazırda Cənub-Şərq bölgəsində dağ-dərə silahla doldu.
A9 TV; 13 fevral 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo