İnsan dünyada ən zəngin də olsa, hər şey məhduddur. Sarayda da yaşasa, bir otaqda oturar, min pəncərəsi olsa bir pəncərədən baxa bilər, min yeməyi olsa bir boşqab yemək yeyə bilər. Dünyada qibtə ediləcək cəhət yoxdur.
(A9 TV; 16 oktyabr 2017)
Adnan Oktar
-
Mən etdim oldu deyərək, fürsətdən istifadə edərək hərəkət etmək doğru deyil. İran da, Türkiyə də Bərzaninin yaxşılığını istəyir. Parçalanmaq, bölünməyi və dağılmağı gətirər. Ən başından bəri Bərzanini xəbərdar edirik, bu təşəbbüsü təhlükəli nəticələrə səbəb olar, özünün də məhv olmasına səbəb olar deyə.
(A9 TV; 16 oktyabr 2017)
Adnan Oktar
-
Müsəlman ən çətin anlarda belə mətanətini qoruyar. Allah insanlara tab gətirə bilməyəcəyi yük yükləməz. Müsəlman nə ilə qarşılaşsa da, hamısına gülüb keçər.
(A9 TV; 15 oktyabr 2017)
Adnan Oktar
-
Qarşılaşdığı hadisə nə qədər sarsıdıcı olsa da, müsəlman təvəkküllü olmalıdır. Peyğəmbərimiz (s.ə.v) dövründə müsəlmanlar hər tərəfdən mühasirəyə alınırdılar, çox təvəkküllü davranırdılar. Müsəlman hər zaman Allaha güvənməlidir.
(A9 TV; 15 oktyabr 2017)
Adnan Oktar
-
Allah Quranın açıq, aydın və kafi olduğunu bildirmişdir. Müşriklərin Quranı başa düşə bilməyəcəyini söyləmişdir. Quran anlaşılmazdır deyənlərin hansı vəziyyətə düşdüklərini yaxşı düşünmələri lazımdır. Qurandan narahat olmaq müşrik zehniyyətidir.
(A9 TV; 1 noyabr 2017)
Adnan Oktar
-
Mömin Allahın ruhunu daşıdığı üçün özünü həmişə dəyərli, həmişə nəşəli, həmişə güclü hiss edər. Özü yoxdur. Allahın ruhu vardır. Bu, möhtəşəm şeydir. İnsanlar özlərini həyatlarının müəyyən dövrlərində dəyərli hiss edər. Mömin isə ömrünün hər anında özünün dəyərli olduğunu bilər.
(A9 TV; 1 noyabr 2017)
Adnan Oktar
-
Dünyaya gələn hər uşaq zər aləmindən gələr. Hz. Adəm də, bütün insanlar da zər aləmində mövcuddur. Oradan dünyaya gəlirlər. İnsanın mərhələ-mərhələ yaranması deyə bir şey yoxdur.
(A9 TV; 1 noyabr 2017)
Adnan Oktar
-
Bədiüzzaman Quranın zireh kimi ecazı özünü qoruyacaq deyir. Quranı və Quran müsəlmanlığını bir tərəfdən Quran anlaşılmazdır deyənlər, digər tərəfdən isə Quran kafidir deyənlərlə mühasirəyə almağa çalışıblar. Lakin Allahın icazəsi ilə bu mühasirəni elmlə, irfanla aradan qaldırırıq.
(A9 TV; 1 noyabr 2017)
Adnan Oktar
-
Dəccal İslamı dəhşət, vəhşət, qan dini kimi göstərmək istəyir. Bunu göstərmək üçün istifadə edəcəyi ağılsız insanlar da tapır. Dəccaliyyətin bu oyununa elmlə, irfanla imkan verməyəcəyik. İslamın ziyalılıq, gözəllik, nəşə, sevinc, keyfiyyət, incəsənət olduğunu bütün dünyaya göstərəcəyik.
(A9 TV; 1 noyabr 2017)
Adnan Oktar
-
İnsanların sıxıntılarını yox etmək məqsədi ilə bəlkə də yaxşı niyyətli olaraq maqazin proqramları yayımlanır. Lakin bu, gərginliyi, sıxıntını və narahatlığı daha da artırır. Çünki məzmun çox vaxt insanları xəcalətli edəcək, kədərləndirəcək, narahat edəcək mövzularda olur.
(A9 TV; 1 noyabr 2017)
Adnan Oktar
-
Avropalılar gözəl insandırlar, onları Dəccalın əlinə tərk etməyək. Hamısına sahib çıxaq. Dəccaliyyət narkotik aludəsi, alkoqolik, homoseksual, yaşama həyəcanını itirmiş, hər şeydən sıxılan bir kütlə yaratmağa çalışır. Dəccaliyyətin bu oyununa qarşı Avropa və Amerikaya sahib çıxacağıq.
(A9 TV; 1 noyabr 2017)
Adnan Oktar
-
Maddənin əsli məsələsində elm səmimi olmalıdır. Maddənin ruhun inancı olduğunu səmimi olaraq açıqlamaq lazımdır. Avtomobil 50 metr uzaqdadır deyir. Bəs nəyə görə? Beynin içindəki şərhə görə. Xarici aləmdə kölgə varlıqlar var, iddia edildiyi tərzdə maddə yoxdur. Maddəyə dair bütün bilgimiz ruhun şərhinə əsaslanır.
(A9 TV; 1 noyabr 2017)
Adnan Oktar
-
Axirəti və dünyanın məqsədini düzgün dərk etmələri üçün insanların əvvəlcə təməldəki baxış prizmalarını elmi, düzgün zəminə hakim etmələri lazımdır. İnsanlar maddə var, maddədən ruh meydana gəlir inancına sahibdirlər. Beynimiz olmasa hiss, duyğu, şüur olmaz zənn edirlər. Tam əksinə, ruhdan maddə əmələ gəlir. Əldə konkret olan dəlil ruhdur. Maddəyə aid konkret dəlil yoxdur. Lakin ruha aid konkret dəlil var. Maddə inanc olaraq var. Olması lazımdır deyirik. Nəyə görə? Beynimizin içində ruhun gördüyünə görə. Beynimin içində gördüyümə görə xarici aləmdə də olması lazımdır deyir insanlar. Dolayısilə maddə inanc olaraq var, ruh isə qəti konkret olaraq var. Ruhun meydana gətirdiyi görünüşə maddə deyirik. Bu elmi həqiqətdir. Bunu anlayan axirəti, dünyanın həqiqətini də çox dəqiq anlayar.
(A9 TV; 1 noyabr 2017)
Adnan Oktar
-
Tayyib hocamın Azərbaycandakı çıxışında; "xarici ölkədə deyil, evimizdəyik sözü" çox doğrudur. Kompliment olaraq deyilmiş söz deyil, həqiqətən elədir. Azərbaycan və Türkiyə bir-birindən ayrılmayan iki gözəl qardaşdır.
(A9 TV; 1 noyabr 2017)
Adnan Oktar
-
Avropada bizim gördüyümüz elmi işlər, kitablar, konfranslar çox geniş təsir yaradır. Avropalıların əksəriyyəti ilk dəfə həqiqi İslamla qarşılaşırlar. Ziyalı, müasir, açıqfikirli müsəlmanları görmək onlar üçün əhəmiyyətli zəmanət olur. Dəccaliyyətin əsas hədəflərindən biri olan Avropada gördüyümüz hər mədəni iş birə min nisbətində təsirli olur.
(A9 TV; 1 noyabr 2017)
Adnan Oktar
-
Nəzarətsiz heç nə olmaz. Hər şey taledə yaşanıb bitmişdir. Küfr əhli və münafiqlər məğlub olmuş, müsəlmanlar qələbə qazanmışdır.
(A9 TV; 31 oktyabr 2017)
Adnan Oktar
-
Ülkücülük dövlətə, millətə, müqəddəs şeylərə sahib çıxmaqdır. Hər cür təhlükəli fikrə qarşı sədd olmaqdır. Dövlət tərbiyəsini bilmək deməkdir. Ülkücülər hər şeyi ilə milliliyi hakim etməyə çalışan altruist, fədakar, Allaha özünü həsr etmiş, eqoistliyi məğlub etmiş, təkcə Allahdan qorxan insandırlar.
(A9 TV; 31 oktyabr 2017)
Adnan Oktar
-
İman insanı gümrahlaşdırar. İman olmadıqda nə yesə də, hara getsə də, nə etsə də, bir daxili qüvvə insana sıxıntı verər. Bu sıxıntıdan xilas olmaq üçün alkoqola və sairəyə əl atar. Halbuki gümrahlığın, yaşama coşğusunun təməlində Allah sevgisi və iman var.
(A9 TV; 31 oktyabr 2017)
Adnan Oktar
-
Azərbaycan bizim canımızdır. Azərilər çox alicənab, nəzakətli, təvazökar insandırlar. Azərbaycan rəhbərliyinin müasirlik anlayışı da çox gözəldir. Azərbaycanın hər zaman yanındayıq, Allah köməkləri olsun.
(A9 TV; 31 oktyabr 2017)
Adnan Oktar
-
Dinin çətin olmasının lazım olduğu müşrik inancıdır. Allah insanlardan çətinliyə düşmələrini istəmir. İslam dini asandır. Allah, İslam dini İbrahimin dini kimi asandır deyə bildirir. Allah qullarının çətinlik yaşamasını, əzab çəkməsini istəməz.