İngiltərə dərin dövləti öz işçilərini haşa İlah, Allah hesab edirlər. Bir-birlərinə də buna əsasən xitab edirlər.
Darvinist materialist təhsil Allahın, haşa açıq-aşkar inkar edildiyi bir təhsildir. Bu, Allahın xoşuna gəlməz. Normal qəbul edilməməlidir.
Millətimizin ən gözəl cəhətlərindən biri praktik ağlının olması və çox igid olmasıdır. Dövlət çevrilişi gecəsi vətəni müdafiə edənlərin hamısına halal olsun.
Mehdi dövründə məzhəblər aradan qalxacaq, təriqətlər və camaatlar Mehdiyə bağlanaraq tək bir İslam qalacaq. Mehdidən başqa heç kim bu vəzifəni yerinə yetirə bilməz.
Şəhidlik sevinc vəsiləsidir. Şəhidlik şərəfdir. Şəhidlərin arxasınca yas tutulmaz. Yas tutmaq müşrik adətidir.
Bədiüzzaman, Mehdinin darvinizmi və materializmi fikrən yox edəcəyini, bu işdə özünə kiçik bir qrupun kömək edəcəyini söyləmişdir.
Müsəlman Qurana tabe olandır. Quranın hökmlərinə əlavə etmək və ya çıxarmaqla ayrı bir din meydana gətirənlər isə müşriklərdir.
Allah atalarınızdan öyrəndiklərinizə deyil, Qurana tabe olun deyə bildirir. Müsəlman Qurandan sorğu-sual olunacaq.
Allahın rizasını qazanmaq üçün səy göstərəni Allah insanlara da sevdirər.
Allah Quranda sizdən haqq istəməyənlərə tabe olun deyə bildirir. Dini təbliğ etdikdə haqq istənməz.
Rusiya, Türkiyə və İran birgə hərəkət etsə çox gözəl irəliləyişlər olar.
Pəncərənin kənarındakı tək bir toz zərrəsinə qədər, mövcud olan heç nə bir daha yox olmaz.
Təbliğdə gözəl və təsiredici insandan istifadə etmək Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Hz. Süleyman da təbliğdə ehtişam və zənginlikdən istifadə etmişdir.
Ağlı zəif olanlar iman gətirənlərin imtahanı üçün xüsusi yaradılır, bəlkə də axirətdə bir hissəsinin yalnız “görünüş varlıq” olduğunu anlayacağıq.
Musəvilərin minlərlə ildir ki, saçlarını həmişə bir növ yağ və ya parlaqlıq verən bir maddə ilə məsh etmələrinin səbəbi Mehdini xatırlamaqdır.
İngiltərə dərin dövlətinin və CIA-dakı bəzi qollarının mükəmməl şəkildə planladığı dövlət çevrilişi cəhdi çox saylı möcüzələrlə qüsurlu hala gətirildi. Allah həqiqi mehdiyyətin bərəkətiylə saxta mehdiyyətin oyunlarını darmadağın etdi.
Türkiyənin metafizik hadisələrin içində olduğunu bir çox insan yeni-yeni anlamağa başladı.
15 iyul dövlət çevrilişi cəhdində müvəffəqiyyətli ola bilməyən İngiltərə dərin dövləti indi də Türkiyəni öz aləmində həll yolu prosesinə məcbur qoymağa çalışır. Heç boşuna plan qurmasınlar. PKK-nın istədiyi həll yolu prosesinə heç vaxt qayıdılmayacaq.
İnşaAllah, MaşaAllah zikrləri mehdiyyətin mənəvi möhürüdür. Bütün müsəlmanlar bu gözəl bərəkətdən istifadə etmək istəyər.
PKK-nın həll yolundan anladığı Cənub-Şərqi Anadolu bölgəsində kommunist dövlət qurulması, Öcalanın əfv edilib qatillərin sərbəst buraxılmasıdır. Bunu əsla qəbul etmərik.
Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiy-il Muntazar, səh. 29)