15 iyul dövlət çevrilişi cəhdində müvəffəqiyyətli ola bilməyən İngiltərə dərin dövləti indi də Türkiyəni öz aləmində həll yolu prosesinə məcbur qoymağa çalışır. Heç boşuna plan qurmasınlar. PKK-nın istədiyi həll yolu prosesinə heç vaxt qayıdılmayacaq.
İnşaAllah, MaşaAllah zikrləri mehdiyyətin mənəvi möhürüdür. Bütün müsəlmanlar bu gözəl bərəkətdən istifadə etmək istəyər.
PKK-nın həll yolundan anladığı Cənub-Şərqi Anadolu bölgəsində kommunist dövlət qurulması, Öcalanın əfv edilib qatillərin sərbəst buraxılmasıdır. Bunu əsla qəbul etmərik.
Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiy-il Muntazar, səh. 29)
Amerika xalqını da, İngiltərə xalqını da sevirik. Bizim qarşı olduğumuz İngiltərə dərin dövlətinin əxlaqsızlığı və dünyaya çəkdirdiyi əzablardır.
Talut öz qövmünə peyğəmbər olaraq deyil, bir növ Mehdi, öndər, mənəvi lider olaraq gəlmişdir.
Quranda bildirilən möhkəm iqtidar; demokratiyanın, azadlığın, zənginliyin, ədalətin mükəmməl olduğu, sülhün və xoşbəxtliyin olduğu iqtidardır.
Zülqərneyn hekayəsində Axırzamanı və mehdiyyəti izah edən məlumatlar var. Allah Zülqərneynə də dünya hakimiyyəti vermişdir.
"Xoşbəxt olmağın yolları" adlı saysız-hesabsız kitablar yazılır, insanlara bir çox mənasız öyüdlər verilir. Halbuki xoşbəxtlik yalnız imanla yaranan nemətdir.
Müsəlmanların başında mənəvi bir lider olması və İslam Birliyinin reallaşması İslam əxlaqının tələbidir.
Bədiüzzaman Axırzaman hədislərinin vaqe olmasından sonra, yəni baş verməsindən sonra dəqiq şəkildə aydın olacağını söyləmişdir.
Rusiyanın Türkiyəni dost görməsi və bir hücum anında Türkiyəni tək buraxmayacağını vurğulaması gözəldir.
Allah Nur surəsinin 55-ci ayəsində İslam əxlaqını dünyaya hakim edəcəyini bildirir. Məhz bu hakimiyyət İslam Birliyi və mehdiyyətdir.
Türkiyə üçün əsil təhlükə PKK-dır. Türkiyə sərhədində kilometrlərlə sahə PKK-nın nəzarəti altındadır. Əsil əhəmiyyətli məsələ budur.
Demək olar ki, hər mövzuda şərh verən bəzi kəslər PKK-nın minlərlə insanı şəhid etməsinə, etdiyi zorakılığa, namərdliyə tək kəlmə söz demirlər.
Ən mühüm işğal, beyinlərin işğalıdır. Əvvəlcə gənclərin beyinləri darvinist materialist işğaldan xilas edilməlidir. Bu da təhsillə mümkündür.
Təhsil müəssisələrində; "əcdadınız meymundur, sizi Allah yaratmadı, haşa Peyğəmbər yalan söylədi" deyilir. Həmçinin darvinizmin elmi cavabının verilməsi qadağandır. Demək olar ki, heç bir ölkədə, heç bir təhsil müəssisəsində darvinizmə qarşı çıxmaq mümkün deyil. Darvinizm elmi cəhətdən çökmüşdür demək qadağan edilmiş vəziyyətdədir. Təhsil sistemindəki bu birtərəfli təkidin və təzyiqin aradan qalxması və darvinizmin elmi cavabının da mütləq izah edilməsi vacibdir.
PKK ilə mübarizə təkcə fikirlə olar, təkcə bu zaman müvəffəqiyyət əldə edilər. PKK-nın təməl fəlsəfəsinin qaynağı olan darvinist materialist təhsilin, təhsil müəssisələrində mütləq cavabı verilsin, elmi açıqlama verilsin. Birtərəfli darvinist materialist təhsilə son qoyulmadıqca, yəni bu ideologiyanın elmi cavabı verilmədikcə, terror bəlası bitməz.
Terrorla mübarizədə yanlış üsul tətbiq edilir. Əvvəlcə təhsil müəssisələrində gənclərə; "sizin əcdadınız meymun idi, ilk əcdadlarınız da ibtidai icma həyat yaşayırdı, tarix bir parabola izləyir və indi yenidən əcdadlarımızın yaşadığı ibtidai icma cəmiyyətinə doğru qayıdırıq, hazırkı sistemi dağıtmağın yolu da zorakılıqdır" deyilir. Buna görə də "məhv olsun terror" demək deyil, terrorun bu fikri zəminini aradan qaldıracaq mədəni iş görmək lazımdır.
Gözəlliklə və sevgiylə hərəkət edildiyi zaman hər kəsi qazanmaq, hər problemi həll etmək mümkün olar. Bunun da adı mehdiyyətdir.
Allah adından hökm vermək, Allah adından yeni halallar və haramlar yaratmaq şirkdir, buna görə də mövhumatçılar müşrikdir.