İngiltərə dərin dövləti bilinmədən nə Yaxın Şərq, nə də PKK bilinər. Hadisələrin arxasındakı qüvvə Amerika deyil, İngiltərə dərin dövlətidir.
Quranda yalnız qanuni nəfsi müdafiə etməyə dair hökm var. Şiddətə dair heç bir hökm yoxdur.
Yerli idarəetmələrin gücləndirilməsi çox təhlükəli addım olar. Daha əvvəl sınandı və necə fəlakətə səbəb olduğu göründü, yenidən sınamağa ehtiyac yoxdur.
PYD/YPG ilə PKK-nın eyni olduğunu aylarla söylədik, lazımi xəbərdarlıqları etdik. Bəziləri YPG terror təşkilatı deyilmiş kimi hərəkət edirdi.
Müsəlmanın müsəlmanı öldürməsini fəlakət kimi görməyən İslam aləmi, hər yerdə müsəlmanların əzilməsinə səbəb olur.
Rusiya ilə Türkiyə ittifaq məsələsində ağır hərəkət etməsin, itiriləcək vaxt yoxdur, fitnə böyükdür. Çox sürətlə hərəkət edilməlidir.
Allah elə gözəl imtahan mühiti yaradıb ki, yaxşıların nəcibliyi, keyfiyyəti də pislərin bütün alçaqlıq və səthi olduqları da tək-tək görünür.
Dərin dövlətlərin oyunlarının olması münafiqlərin, kafirlərin əxlaqsızlığını görmək baxımından lazımdır. Olmasa münafiqlərin alçaqlığı bilinməzdi.
2017-ci ildə çox böyük hadisələr görəcəyik. Tarixin mühüm bir dövründən keçəcəyik inşaAllah.
Bədiüzzaman türklərlə kürdlərin heç vaxt bir-birindən ayrılmayacağını 100 il əvvəl söyləmişdir.
Kürdlər bizim canımızdır. Kürd qardaşlarımızla dağlarda yallı gedəcəyik, quzu çevirəcəyik inşaAllah. PKK təzyiqindən onları xilas edəcəyik.
İngiltərə dərin dövləti və qolları Tayyib hocamın yalnız olduğunu zənn edirlər. Bu millət Tayyib hocamın saçının telinə zərər gəlməsinə icazə verməz.
PKK-nı yaradan da, yönləndirən də İngiltərə dərin dövlətidir. Öcalan özü də bunu etiraf etmişdir.
Tək təsirli dərin qüvvə var, bu da İngiltərə dərin dövlətidir. Bunu anlamazlıqdan gəlmək deyil, bütün fəaliyyətlərini bir-bir ortaya çıxartmaq lazımdır.
Xərçəng xəstəsindən pul almaq alçaldıcıdır. Xərçəng xəstəliyinə tutulmaq onsuz da çətin imtahandır. Buna görə də, dərmanından da, müalicəsindən də pul alınmamalıdır.
Tarixin gedişatı mehdiyyətə görə təyin olunmuşdur. Mehdiyyətə qarşı olan hər hərəkat fikri olaraq əzilməyə məhkumdur.
Münafiqlər bir-birlərindən nifrət etdikləri halda riyakar və şərəfsiz şəkildə bir-birləri üçün sevgi təqlidi edərlər.
Münafiqlər məsələsinə əhəmiyyət verməmək şeytana fürsət vermək olar. Münafiq şeytanın əsgəridir və ən qorxduğu şey ifşa olmaqdır. Münafiqlər məsələsi ətalətə gəlməz, bu gün izah etməyək desən, vərəm mikrobu kimi dərhal inkişaf etməyə başlayar.
Hz. İsa palçıqdan quş düzəldir, quş canlanıb uçur, hz. Musanın əsası bir anda ilana dönür. Quranda təkamül vardır deyənlər, bu hadisələri izah edə bilməzlər.
PKK ideologiyasının guya elmi olduğunu, ailə, din və əxlaqın olmadığı rejimə qayıtmaq üçün apardıqları mübarizənin elmi olduğunu iddia edir. Darvinizm də bunu deyir. Orta məktəb dərsliklərində bəhs edilən darvinist tarixlə PKK-nın bəhs etdiyi arasında fərq yoxdur. Birtərəfli darvinist təhsil bitməlidir. Buna görə də, dövlətin mütləq darvinizm, kommunizm və materializmə qarşı elmi hesablaşma içində olması lazımdır.
Terrorla mübarizə aparmağın ən təsirli yolu şiddətin elmi kökünə getməkdir. Bu da darvinizmə elmi yolla cavab verməklə mümkün olar.