Tarixin gedişatı mehdiyyətə görə təyin olunmuşdur. Mehdiyyətə qarşı olan hər hərəkat fikri olaraq əzilməyə məhkumdur.
Münafiqlər bir-birlərindən nifrət etdikləri halda riyakar və şərəfsiz şəkildə bir-birləri üçün sevgi təqlidi edərlər.
Münafiqlər məsələsinə əhəmiyyət verməmək şeytana fürsət vermək olar. Münafiq şeytanın əsgəridir və ən qorxduğu şey ifşa olmaqdır. Münafiqlər məsələsi ətalətə gəlməz, bu gün izah etməyək desən, vərəm mikrobu kimi dərhal inkişaf etməyə başlayar.
Hz. İsa palçıqdan quş düzəldir, quş canlanıb uçur, hz. Musanın əsası bir anda ilana dönür. Quranda təkamül vardır deyənlər, bu hadisələri izah edə bilməzlər.
PKK ideologiyasının guya elmi olduğunu, ailə, din və əxlaqın olmadığı rejimə qayıtmaq üçün apardıqları mübarizənin elmi olduğunu iddia edir. Darvinizm də bunu deyir. Orta məktəb dərsliklərində bəhs edilən darvinist tarixlə PKK-nın bəhs etdiyi arasında fərq yoxdur. Birtərəfli darvinist təhsil bitməlidir. Buna görə də, dövlətin mütləq darvinizm, kommunizm və materializmə qarşı elmi hesablaşma içində olması lazımdır.
Terrorla mübarizə aparmağın ən təsirli yolu şiddətin elmi kökünə getməkdir. Bu da darvinizmə elmi yolla cavab verməklə mümkün olar.
İngiltərə dərin dövləti mehdiyyətin haqq olduğunu gördüyü üçün mehdiyyətin çıxacağı yerlərdə qarışıqlıq yaratmağa çalışır.
İnsanların əksəriyyəti bilməsə belə mehdiyyətin təsiri altına girəcək və sülhə, əmin-amanlığa və sevgiyə yönələcək. Döyüşlər bitəcək.
Allah ağlın ixtiyarını yox edəcək heç nə etməz. Çünki o zaman imtahan olmaz. Möcüzələr də heç vaxt ağlın ixtiyarını almaz.
Yaxşılıq anlayışı Qurana tabe olmaqla mümkündür. Hər kəsin öz ağlına görə yaxşılıq anlayışı olur. Əsil yaxşılıq isə Qurana tabe olmaqdır.
Şirk, Allaha hörmətdə qüsur işləməyə cürət etməkdir. Hər şeyi Allahın etdiyini bildiyi halda, haşa Allah etməmiş kimi davranmaq çox çirkindir. Şirk sevgiyə hücum olduğu üçün Allah istəmir. Şirk çox böyük ağılsızlıqdır. Allah min bir gözəlliklə bitkiləri, meyvələri, heyvanları yaradır, "yox bunlar təsadüflə yarandı" deyirlər. Bu sevgiyə çox böyük hücumdur.
Bədiüzzamanı, İmam Rəbbanini sevirik deyənlər, bu böyük şəxsiyyətlərin Mehdi gələcək dediklərindən heç danışmırlar.
Dəccaliyyətin ağır yaraladığı müsəlmanları şəfqətlə xilas etmək lazımdır. Heç bir müsəlmanın əzilməsinə razı olmarıq, tənqidimiz xeyir üçündür.
Hər keçən gün üst ağlın İngiltərə dərin dövləti olduğunu açıqlayan ziyalılarımızın sayı artır. Bu, vəsilə olduğumuz gözəl irəliləyişdir.
Dünya yaradıldığından bəri bu qədər güclü dəccaliyyət olmamışdır. Belə əhatəli, mütəşəkkil dəccaliyyət hərəkatı ilk dəfə olur. Buna görə də, Allah Axırzamanda elmi yolla dəccaliyyəti darmadağın etmələri üçün, həm İmam Mehdini, həm də İsa Məsihi göndərir.
İnsan imtahanın tələbi olaraq zəif yaradılıb. İmtahanın müddəti də çox qısadır, lakin buna baxmayaraq, insanların çoxu dünyaya ehtirasla bağlanır.
Mömində hüzn, ümidsizlik və kədərlənmə halı olmaz. Allah hər şeyi xeyirlə yaradır.
Yerli idarəetmələrin gücləndirildiyi prezident idarəetmə sistemi Öcalanın, İngiltərə və Amerika dərin dövlətinin istəyidir. Millətimiz bunu qəbul etməz.
Mehdiyyət əleyhinə olanların bu qədər təşvişə düşməsinin səbəbi mehdiyyətin haqq olduğunu bütün dəlilləriylə görmüş olmalarıdır.
Dəccaliyyətin ruhunun dünyaya hakim olmasına elmlə əsla icazə verməyəcəyik.
Mehdiyyət hədislərində qeyd olunan əlamətlərin hamısı gerçəkləşdi. Buna görə də, mehdiyyətə qarşı olanlar qətiyyən əlamətlərdən bəhs edə bilmirlər.