İman zəifliyinin təsiri ilə Allahdan uzaq qalanların üzərinə sıxıntı, kədər və fərəhsizlik çökür. Bu mənəvi bəla imanla aradan qaldırılar.
Ən gözəl sığınacaq Allahdır. Allaha sığınmaq ən böyük nemətdir.
Şəffaf ağılla yaşamaq gözəl olandır. Şəffaf ağlı bir kənara qoyub romantizmin boğucu aləmində əzilmək ağıllı deyil. Quranın ağlı nemətdir.
Yaxın Şərqi qarışdıran İngiltərə dərin dövlətidir. Bu qarışıqlığı yox edə bilmək İslam aləminin Türkiyənin liderliyində birləşməsi ilə olar.
Ən gözəl hədiyyə həqiqi sevgidir.
İnsanın həyatındakı ən mühüm vəzifəsi Allaha aşiq olmaq, Allaha qul olmaqdır.
Kürdlər vicdanlı və igiddirlər. Səbirli, qənaətkar insandırlar.
Allaha çatan ən qısa yol səmimi olmaqdır. Allah səmimi qulların xilas olacağını bildirmişdir. Qəlbi fərəhləndirən, insanı axirətdə və dünyada xilas edən səmimiyyətdir.
Bir qadının həqiqətən sevdiyi gözündən bəlli olar. Gözündə təkcə həqiqi sevənin anlaya biləcəyi ehtiras, təslimiyyət və dərin sevgi yaranar.
Tabutu-Səkinə (Əhd Sandığı), yəni hz. Musa (ə.s)-ın əmanəti olan müqəddəs sandıq tapılacaq. Həmçinin sandığın tapılması bütün dünyanı dəyişdirəcək.
Kitabın ruha təsiri çox gözəldir, bundan ötrü də, kitabla təbliğ etmək çox təsirli üsuldur.
İmanlı insana hər gün gözəldir. Lakin Allahı sevməyən Allahdan qorxmayan insan üçün ən gözəl dediyi gün də cəhənnəmdir.
Təkamülə inanan insan Allahın gücünə inanmır deməkdir. Təkamül palçıqlı su içində hər şeyin təsadüfən yarandığını müdafiə edən ideologiyadır.
Qurandan uzaqlaşan insan içinə qapanar, tənha qalmaq istəyər, dostluq istəməz. Getdikcə bu bədbəxt ruh halı onu bürüyər. İnsan Qurana möhkəm sarıldığı zaman, Allaha özünü tam təslim etdiyi zaman, içinə qapanıb bədbəxt olmaqdan xilas olar.
Bizi ən gözəl yetişdirən, ən dürüst, ən sabit, ən tutarlı, ən ağıllı olmağımızı təmin edən Qurandır.
Bir çox insan keyfiyyətin, nəzakətin, mədəniyyətin insanı nə qədər gözəlləşdirəcəyini bilmir. Gənclər bunu bilsələr təhsildən böyük zövq alarlar.
Milli bir lider ətrafında birləşmək çox mühüm məsələdir. Buna görə də, Tayyib hocamın ətrafında tərəddüdsüz birləşək.
Əbdülhəmid dövründən bəri Türkiyə ilə məşğul olan strukturun adı İngiltərə dərin dövlətidir. Yox hesab etməyə çalışmaq bu həqiqəti dəyişdirməz.
Ağıllı, dərin düşünən, ehtirası bilən qadın gözəldir.
Allah ölümdən sonra dünyaya təkrar qayıtmağın mümkün olmadığını qəti bildirmişdir. Reinkarnasiya Quranda yoxdur.
İncəsənəti sevməyən sevgini sevməz, sevgini sevməyən Allahı sevməz. İncəsənət də, sevgi də Allah üçündür. Allah incəsənəti, sevgini sevər.