Ağıllı, dərin düşünən, ehtirası bilən qadın gözəldir.
Allah ölümdən sonra dünyaya təkrar qayıtmağın mümkün olmadığını qəti bildirmişdir. Reinkarnasiya Quranda yoxdur.
İncəsənəti sevməyən sevgini sevməz, sevgini sevməyən Allahı sevməz. İncəsənət də, sevgi də Allah üçündür. Allah incəsənəti, sevgini sevər.
İngiltərə dərin dövlətinin ortaya qoyduğu əxlaq sistemində lovğalıq, ədabazlıq, təkəbbür əsas ünsürdürlər.
Ən böyük çöküş imandakı çöküşdür. Bir insanın imanı çökdüsə, Allah qorusun hər şeyini itirmiş deməkdir.
Ağlın mənbəyi Qurandır. Qurana uyğun gələn zəkaya ağıl deyilər.
Elm, Allahın sənətini anlama elmidir. Allahın sənətini anlamaq çox zövqlü və ürəkaçandır. Buna görə də, elm çox dəyərlidir.
Allah bizi dərin düşündüyümüz zaman, rahat yaşayacaq şəkildə yaratmışdır. Düşünülmədiyi zaman Allah insanı hər tərəfdən sıxıntıya salar.
Düşünmədikləri zaman rahat yaşayacaqlarını zənn edənlər yanılırlar. Düşünülmədikdə, dünya daha boğucu, daha narahatedici olar.
İnsana ən çox əzab verən, çökdürən sevgisizlikdir.
Ön mühakimə bəsit, ağlı zəif insanların xüsusiyyətidir. Keyfiyyətli insan ön mühakiməli olmaz.
Təhsilin nəzəri deyil, praktik olması lazımdır, praktikaya əsaslanan təhsil yaddaqalan və öyrədici olar.
Məni ən çox Allahı sevmək və iman xoşbəxt edər.
Allah dünyanı yaradarkən necə istifadə edəcəyimizə dair rəhbəri ilə yaradıb. Bu rəhbər Qurandır. Quranla hərəkət edildiyi zaman ağılsız insan ağıllı, qeyri-sabit insan sabit hala gələr. Döyüşlər, anlaşmazlıqlar tamamilə aradan qalxar.
Marks ictimai ədalət düşüncəsini dindən və Tövratdan öyrənmişdir. Quranda izah edilən əxlaq tam yaşandığı zaman ictimai ədalət təmin olunar.
Böyük İslam alimlərinin hamısı hz. Mehdinin bu illərdə vəzifə başında olacağını və İstanbuldan çıxacağını söyləmişdir.
Axırzaman Tövratda, İncildə və hədislərdə bildirilən hal-hazırda yaşadığımız dövrdür.
Axirətdə tamamilə yeni bir aləmdə, dünyadakı fizika qanunlarının olmadığı bir mühitdə yenidən yaradılacağıq.
Bir insanın baxışlarından, səs tonundan, sözləri işlətmə formasından, vurğulamalarından duyğu halı çox rahat anlaşılar.
Allah sevgisi, Allah qorxusu öyrədilmədiyi zaman, insanlara; “sən təsadüfün məhsulusan” deyildiyi zaman cinayət işləmə göstəricilərində azalma olmur.
Pirsinq də, döymə də qadınlara çox yaraşır. Qadınların istədikləri kimi baxımlı, gözəl olduqları bir dünya olacaq inşaAllah.