İddia edilən Ərgənəkon terror təşkilatının qurulmasındakı məqsəd mehdiyyəti yıxmaqdır. Mehdiyyəti dayandırmaq üçün qurulmuşdur. Başqa heç bir səbəbi yoxdur. Bu təşkilat Suriyada, İraqda, Misirdə, İranda, Türk dövlətlərində də qurulmuşdur. Tək məqsədi, mehdiyyəti dayandırmaqdır. Başqa heç bir məqsədi yoxdur. Əlbəttə ki, Allah buna izn vermədi, ayaqlarını bir-birinə doladı.
Bir topluluq zülm edərsə Allah kökünü qurudar. İstər dövlət, istərsə də millət olsun. Suriyanı buna misal gətirmək olar. Allah əsirgəsin.
(A9 TV; 9 noyabr 2013)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v)-in möcüzələri ilə hz. Mehdi (ə.s)-a yardımı hz. Mehdi (ə.s)-ın Qurandan sonra ən böyük mənəvi silahıdır.
(A9 TV; 8 noyabr 2013)
Adnan Oktar
-
Biz darvinizmin, materializmin ən güclü olduğu dövrdə ortaya çıxdıq və darvinizmi elmi olaraq dünya səviyyəsində diz çökdürdük.
(A9 TV; 8 noyabr 2013)
Adnan Oktar
-
Quran tərk edildiyinə görə İslam aləminin az qismi istisna olmaqla əksər hissəsi alov çuxuruna düşdü. Mehdi (ə.s) Qurana sarılaraq müsəlmanları bu alov çuxurundan qurtaracaq.
(A9 TV; 8 noyabr 2013)
Adnan Oktar
-
"Hansı dindənsən" soruşduqda, məzhəbini deyir. Sən Qurana tabe olmaqla mükəlləf deyilsənmi? Məzhəbə tabe olduğunu deyirsən. Quranın hansı ayəsində məzhəbə uymaq yazılıb? Allah yalnız Qurana tabe olmaqdan bəhs edir. Məzhəblərə bölünməyi, məzhəbə uymağı haradan çıxarırsan?
(A9 TV; 8 noyabr 2013)
Adnan Oktar
-
“Görəsən İsraillə aramızdakı sevgiyə zərər gəldimi” demək, şübhə etmək heç də doğru hərəkət deyil. Bir-birimizi sevirik, həmişə də sevəcəyik. Bəzən siyasi anlaşılmazlıqlar olur. Bunu bütün İsrail millətinə, bütün Türk millətinə aid etmək səhv fikirdir.
(A9 TV; 5 noyabr 2013)
Adnan Oktar
-
İsraillə Türkiyə arasında həmişə dostluq vardır. Heç kim narahat olmasın. Siyasətçilərdən 30-40 nəfər bəzi məsələlərdə İsraillə anlaşılmazlığa düşə bilər. Amma Türkiyədə təxminən 80 milyona yaxın, İsraildə milyonlarla yəhudi qardaşlarımız var, hamısı da bir-birini çox sevir.
(A9 TV; 5 noyabr 2013)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v)-in dili ilə desək Suriya da sülh yurdu olacaq. Suriyadakı dəccal rejimi, mərhəmətsiz rejim gedəcək, yerinə sevginin, sülhün, qardaşlığın hakim olduğu bir sistem gələcək.
(A9 TV; 5 noyabr 2013)
Adnan Oktar
-
Allah İsrail torpaqlarının, millətinin azad olacağını Quranda bildirir. İsrail milləti o torpaqlarda yaşayacaq və o torpaqlarda öləcək. Bu Quranın hökmüdür.
(A9 TV; 5 noyabr 2013)
Adnan Oktar
-
İnşaAllah hər kəsin qardaş olacağı, sülhün hakim olacağı, zalımların təsirini itirəcəyi, bütün döyüşlərin, anarxiyanın, terrorun dayanacağı, sevginin, hörmətin, yaxşılığın, gözəlliyin, bərəkətin, müasirliyin, elmin, demokratiyanın hakim olacağı dövrdəyik.
(A9 TV; 5 noyabr 2013)
Adnan Oktar
-
Müsəlman Quranda təsvir edildiyi kimi güclü və qərarlı olmalıdır. Birləşməli, İslam Birliyini müdafiə etməli, İslam Birliyini yaratmalı, özlərinə bir lider seçməlidirlər. Belə olduqda heç kim onları bölüb parçalayıb, baş verənlərə qata bilməz.
(A9 TV; 4 noyabr 2013)
Adnan Oktar
-
Misirdə, İraqda, Suriyada, Əfqanıstanda hər yerdə fəlakətlərin səbəbi Peyğəmbər (s.ə.v)-in qövmünün Quranı tərk etməsidir.
(A9 TV; 4 noyabr 2013)
Adnan Oktar
-
Mehdiyyət silah sənayesini, silahı, döyüşü, qanı, barıtı, hər şeyi aradan qaldıracaq. Həbsxanalar, polis bölmələri, baraklar hamısı ləğv olacaq. Mehdiyyət dövründə dünyada yalnız sevgi, sülh olacaq.
(A9 TV; 4 noyabr 2013)
Adnan Oktar
-
Mehdiyyət dövründə dünyanın hər yeri məscid olacaq. Gənclər hər yerdə əylənəcəklər, hər yerdə qardaşlıq ab-havası olacaq. Nə oğurluq, nə soyğun, nə qəsb, nə ağrılar, iztirablar heç biri olmayacaq inşaAllah.
(A9 TV; 4 noyabr 2013)
Adnan Oktar
-
Səmimi olan hər kəslə dost olmaq olar. İnsanlar dürüst, səmimi olmalıdırlar. Yalan danışmamalıdırlar. Daxili ilə zahiri bir olmalıdır. Belə olan kəs nur kimi insandır.
(A9 TV; 4 noyabr 2013)
Adnan Oktar
-
Din, qüdsi olanlar haqqında zarafat etmək olmaz. İnsanlar gündəlik mövzularda zarafatlar edə bilərlər, amma din haqqında zarafat etmək olmaz. Ölkənin 90 %-nin narahat olduğu bir mövzuda zarafat etmək olmaz.
(A9 TV; 4 noyabr 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) dövründə polis bölmələri, həbsxanalar bomboş qalacaq. Bütün polis bölmələri, bütün həbsxanalar ləğv olunacaq. Çünki bunların heç birinə ehtiyac olmayacaq. İnsanlar: "Biz niyə polis bölməsi qurduq? Niyə həbsxana qurduq? Niyə bu ağrıları çəkdik?" deyə özlərinə heyrətlənəcəklər.
(A9 TV; 3 noyabr 2013)
Adnan Oktar
-
Həbsxanaların olması günahkarların çoxalmasına səbəb olur. Günahkar olanda da, bu günahkarlar üçün həbsxana lazım olur. Hər yerdə yeni həbsxanalar açılır. Bu sistem hər gün oraya adamları sövq edir. Yəni dünyanın hər yerində, hər gün neçə-neçə insanlar həbs olunur. Bu sistem yalnız hz. Mehdi (ə.s) dövründə dəyişəcək.
(A9 TV; 3 noyabr 2013)
Adnan Oktar
-
Divar həbsxana deməkdir. Həbsxana insanın ruhunu sıxar. Həbsxana, divarlar cəhənnəmdə vardır. Biz dünyada divar, həbsxana istəmirik. Hz. Mehdi (ə.s) dövründə bütün divarlar, həbsxanalar yıxılacaq. Hər kəs bayram sevinci içərisində olacaq.
(A9 TV; 3 noyabr 2013)
Adnan Oktar
-
Hal-hazırda bütün təsəvvüf əhli, on iki təriqətin hamısı Mehdi (ə.s)-a bağlanıb. Buna görə də hz. Mehdi (ə.s)-ın hər hansı bir şeyxə tabe olması mümkün deyil. Bütün şeyxlər istəsələr də, istəməsələr də hz. Mehdi (ə.s)-a tabe olmuşdular. Hal-hazırda bütün dünyaya bərəkət, bolluq Mehdi (ə.s) vasitəsi ilə yayılır.