Hz. İsa Məsih (ə.s)-ın, hz. Mehdi (ə.s)-ın var olduğu bir dünyada, hz. Xızır (ə.s)-ın gəzdiyi bir dünyada qeyri-adi hadisələr ard-arda bir-birini əvəzləyər.
TRT6-da baraban, zurna ilə halay deyil, təcili olaraq anti-darvinist, anti-materialist izahatlar verilməlidir.
Hakkəl-yakin insanın özündən əmin olduğu kimi Allahın varlığından əmin olmasıdır.
Bəzi insanlar öz ağıllarına görə İslam Birliyinin mümkün olmadığını söyləyir. Avropa Birliyi, Aralıq dənizi Birliyi, Şanxay Birliyi olur, hər cür birlik olur. "İslam Birliyi? O mümkün deyil" deyir. Müsəlmanların bir-birini sevməsindən daha təbii nə ola bilər? Bütün bölgə müsəlmandır. Hamısı bir-birini sevəcək və İslam Birliyi olacaq. Bunu görəcəklər, inşaAllah.
PKK fikri işə ağırlıq verir. Kommunizmə qarşı səssiz qalınması çox çaşdırıcıdır. Halbuki, anti-marksist iş görülmədiyi müddət ərzində PKK inkişaf edər.
Kommunist düşüncə cənub-şərqə qəsdən zəhər kimi axıdıldı.
Hz. Mehdi (ə.s) insanlara ən böyük ehtiyacları olan sevgini verəcək. Sevgi olmayanda hər şey pisə doğru gedir. Təəssüf ki, ot, bitki belə yetişmir.
Hz. Mehdi (ə.s)-ın tələbələri, müəllimlərinə çox sadiqdirlər. Bir-birlərinə çox bağlıdırlar. Mehdi tələbələri həqiqi müsəlmanlardır.
Darvinist- materialist təhsildə kommunizm inkişaf edər və millət məhv olar. Buna qarşı məktəblərdə dini dərslərin keçirilməsi kifayət deyil. Dövlətin darvinist-materialist təhsili dayandırması lazımdır.
Terrora həll anti-darvinist təhsil və Qurana uyğun cəhd aparmaqdır, darvinizm- materializmin etibarsızlığının elmi olaraq izah edilməsidir. Klassik ifadələrlə, qəhrəmanlıq şeirləri ilə nəticə əldə etmək olmaz. Klassik sağ demaqoqluqla da nəticə alınmaz.
Kommunizmin üsulu çəkici vurduqdan sonra gücü almaq üçün geri çəkməkdir. Leninin sırf bu taktikasını izah edən kitabı vardır. Amma bizim millətimiz də, ordumuz da son dərəcə ayıq və diqqətlidir. Nə ABŞ-ın, nə də PKK-nın Türkiyənin gücündən xəbəri yoxdur.
PKK-nın sərhəd xaricinə çıxması çıxış yolu deyil. PKK getdiyi Şimali İraqı da kommunistləşdirməyə çalışacaq. Burada da, gedənlərin arxasından, yeni gözləyən heyətlər dağa aparılıb öyrədiləcək. PKK onsuz da gedənləri köhnə heyət hesab edir. Təşkilata təzə qan alacaq. Həm yaxşıca istirahət edəcək, həm də bu vaxt nəzəri-praktik təhsil verəcək.
Avropa PKK terroristlərini guya şirin uşaqlar elan etdi. "Aktivistdir onlar" deyir. Sanki belə mülayim uşaqlardan bəhs edir. Çox səhvdir.
Çin xalqı çox əzildi. Allah onları Mehdi (ə.s)-ın əli ilə qurtarsın, inşaAllah.
Mücahidlər nurdur, çox alicənab və dürüstdürlər. Sayları azdır, amma dəyərləri çox böyükdür.
Hz. Mehdi (ə.s)-ı görüb tanıyıb da tabe olmamaq böyük fəlakətdir. Allah göstərməsin.
PKK-nın silahlı qarşıdurmalar mövzusunda bir zəifliyi yoxdur. PKK əsl fikri cəhətdən məhvə məhkum oldu. Etdiyimiz elmi işlər nəticəsində PKK-nın fəlsəfi gücü qalmadı.
Bölünməyi müdafiə edəni heç kim əhəmiyyətli hesab etməz.
Ağıllı adamlar getdikləri hər yerdə darvinizmin- materializmin etibarsızlığını izah etsinlər. Çox gözəl, çox faydalı olar.
Söz azadlığı fikir üçündür, söymək üçün deyil.
Türkiyə qiyamətə qədər kürd qardaşlarımızla birlikdə olacaq. Biz onları marksist PKK-ya təslim etmərik. Bunu unutmalıdırlar. Bizim üçün cənub-şərqin çayı, suyu və s. coğrafi zənginliklərindən öncə qardaşlarımız əhəmiyyətli və qiymətlidir.