Darvinist- materialist təhsildə kommunizm inkişaf edər və millət məhv olar. Buna qarşı məktəblərdə dini dərslərin keçirilməsi kifayət deyil. Dövlətin darvinist-materialist təhsili dayandırması lazımdır.
Terrora həll anti-darvinist təhsil və Qurana uyğun cəhd aparmaqdır, darvinizm- materializmin etibarsızlığının elmi olaraq izah edilməsidir. Klassik ifadələrlə, qəhrəmanlıq şeirləri ilə nəticə əldə etmək olmaz. Klassik sağ demaqoqluqla da nəticə alınmaz.
Kommunizmin üsulu çəkici vurduqdan sonra gücü almaq üçün geri çəkməkdir. Leninin sırf bu taktikasını izah edən kitabı vardır. Amma bizim millətimiz də, ordumuz da son dərəcə ayıq və diqqətlidir. Nə ABŞ-ın, nə də PKK-nın Türkiyənin gücündən xəbəri yoxdur.
PKK-nın sərhəd xaricinə çıxması çıxış yolu deyil. PKK getdiyi Şimali İraqı da kommunistləşdirməyə çalışacaq. Burada da, gedənlərin arxasından, yeni gözləyən heyətlər dağa aparılıb öyrədiləcək. PKK onsuz da gedənləri köhnə heyət hesab edir. Təşkilata təzə qan alacaq. Həm yaxşıca istirahət edəcək, həm də bu vaxt nəzəri-praktik təhsil verəcək.
Avropa PKK terroristlərini guya şirin uşaqlar elan etdi. "Aktivistdir onlar" deyir. Sanki belə mülayim uşaqlardan bəhs edir. Çox səhvdir.
Çin xalqı çox əzildi. Allah onları Mehdi (ə.s)-ın əli ilə qurtarsın, inşaAllah.
Mücahidlər nurdur, çox alicənab və dürüstdürlər. Sayları azdır, amma dəyərləri çox böyükdür.
Hz. Mehdi (ə.s)-ı görüb tanıyıb da tabe olmamaq böyük fəlakətdir. Allah göstərməsin.
PKK-nın silahlı qarşıdurmalar mövzusunda bir zəifliyi yoxdur. PKK əsl fikri cəhətdən məhvə məhkum oldu. Etdiyimiz elmi işlər nəticəsində PKK-nın fəlsəfi gücü qalmadı.
Bölünməyi müdafiə edəni heç kim əhəmiyyətli hesab etməz.
Ağıllı adamlar getdikləri hər yerdə darvinizmin- materializmin etibarsızlığını izah etsinlər. Çox gözəl, çox faydalı olar.
Söz azadlığı fikir üçündür, söymək üçün deyil.
Türkiyə qiyamətə qədər kürd qardaşlarımızla birlikdə olacaq. Biz onları marksist PKK-ya təslim etmərik. Bunu unutmalıdırlar. Bizim üçün cənub-şərqin çayı, suyu və s. coğrafi zənginliklərindən öncə qardaşlarımız əhəmiyyətli və qiymətlidir.
Mələklər bizi görür və eşidir, lakin biz onları görə, eşidə bilmirik. Çünki, onlar bizi 3-cü ölçüdən görür, biz isə 2-ci ölçüdən mələkləri görə bilmirik.
Baş nazirimizin ağzından nur axır, dua əksik olmur, həmişə xeyir sözlər çıxır, maşaAllah.
Universitetlərdə baş verən hadisələr ortadadır. "Kommunizm təhlükəsi yoxdur" deyənlər hələ təzə-təzə oyanırlar. Kommunist təhlükəsi var, həm də çox şiddətlidir.
Hökumətimiz interneti ən vacib mövzu olaraq qəbul etsin. Bütün Türkiyədə internet əlaqəsi havadan olsun və hər cür internet məhdudlaşdırması qaldırılsın. Hər kəs istədiyi vaxt rahat şəkildə internetə girə bilsin. İnternet məhdudlaşdırması kitabın üz qabığına kilid vurub, "oxuya bilməzsən" demək kimi bir şeydir.
Ölümə məhkum olan insanın təkəbbür hissinə qapılması çox təəccüblüdür.
Kürdü kürd, türkü türk, lazı laz idarə etsin fikri çox qorxuncdur. Bizim laz qubernatorumuz cənub-şərqə gedəcək, kürd qubernatorumuz Egeyə gəlib idarə edəcək. Bu gözəldir. Biz hamımız qardaşıq, iç-içəyik. Allah ayəsində ―"müsəlmanlar qardaşdır" ―deyə buyurur.
Bölünmək kin, nifrət əlamətidir. Birləşmək isə sevgi, məhəbbət əlamətidir. Bölünmə zülmü, qəddarlığı və ağılsız rəqabəti gətirər.
Uşaqlarda günahsızlığın hüzuru, aydınlığı və təmizliyi olur.