Həyatın hansı sahəsinə baxsaq insan bədənində, heyvanlarda, bitkilərdə mükəmməl riyazi düzgünlük və qızıl nisbət olduğunu görərik. Yaradılış açıqdır, aydındır.
Müxalifətin olması Türkiyə üçün zənginlikdir. Demokratik reaksiyalar qanuni sərhədlər çərçivəsində göstərilirsə bu gözəllikdir.
Hörmətli Devlet Bahçeli partiyaçılıq dərdində deyil. Onun sevgisi vətən, dövlət, bayraqdır. Dövlətin davamiyyətindən söhbət getdikdə hər zaman vətənin tərəfində olar.
Türkiyənin texnologiya və elm sahəsində geri qalmasının ən mühüm səbəblərindən biri ənənəçi ortodoks İslam anlayışıdır. Çünki bu anlayış incəsənəti, geniş düşünməyi qadağan edir. İncəsənətin və geniş düşünmənin olmadığı bir yerdə elm də, texnologiya da inkişaf etməz.
Heç bir imani iş görməyən, heç bir insanın imanına vəsilə olmayan şəxslər Bədiüzzaman kimi möhtərəm insana söz deyə bilməzlər.
İctimai nəqliyyat vasitələrində qadınların qorunması yüksək əxlaqın əlamətidir. Buna çox diqqət göstərilməsi lazımdır.
Gənclərdə həmişə sevgi, dostluq, qardaşlıq mühitinə həsrət var. Gənclərin istədiyi bu gözəl dünya həsrəti mehdiyyət dövründə həqiqət olacaq.
Qanuna, hüquqa uyğun olduqdan sonra ədalətin mükəmməlləşməsini istəmək gözəl tələbdir. Müxalifətin olması demokratik zənginlikdir.
Kitab ilə təbliğ dəccaliyyətə vurulmuş elmi zərbədir.
Hər şey təsadüf məhsuludur deyərək insanları aldatmağa çalışmaq tarixi məntiqsizlikdir. Təkamül elm deyil, bütpərəst inancdır.
Kommunist fəlsəfə darvinizm zəminində inkişaf edər. Darvinizm aradan qaldırıldığı zaman kommunizm, kommunist terror, heç biri qalmaz.
Darvinistlər də çox yaxşı bilirlər ki, təkamül elmi deyil. Buna görə təşvişə qapılır, israrla "təkamül həqiqətdir" deyə çırpınırlar. Astronomiya, paleontologiya, biologiya həqiqətdir, deyə heç kim çırpınmır. Çünki elm olduğundan hər kəs əmindir. Təkamül üçün çırpınmalarının səbəbi həqiqət olmadığını çox yaxşı bilmələridir. Darvinizm elmi olaraq öldü. Darvinistlərin təkamül ölmədi deyə ağlamalarının mənası yoxdur.
Rumilik ilə Anadoludakı mövləvilik eyni deyil. Rumilikdə homoseksuallıq var. Rumilikdə "bizim yolumuzda İslam yoxdur" deyilir. Millətimiz İngiltərə dərin dövlətinin fəlsəfəsi olan rumiliyi heç vaxt qəbul etməz. İslam aləminə dinsizliyin yayılmasına icazə vermərik.
Polisimizə, əsgərimizə, hər yerdə bütün qardaşlarımızın sahib çıxması, nemətlər lütf etməsi, qoruması çox əhəmiyyətlidir.
Gənc qızların narahat edildiyi görüldükdə lazımi qorumanı və sahiblənməni təmin etmək, orada olan hər kəsin vicdani məsuliyyətidir.
Rəqsin haram olduğuna dair Quranda heç bir hökm yoxdur. Bütün kainatda ritm və hərəkət vardır. Rəqs Allahın gözəl nemətidir. Rəqsi, musiqini, gözəlliyi haram etməyə çalışan ortodoks sistem insanları cəmiyyətdən qaçan, sevgisiz, qeyri-sabit ruha salmaq istəyir, heç kim bu oyuna düşməsin.
Şeyx Məhəmməd Raşid Erol həzrətlərinin mübarək həyat yoldaşı Seyidə Səkinə anamızı, Allah qəni-qəni rəhməti ilə bürüsün, cənnət əhli etsin inşaAllah.
Rumilik bütün Avropada və Amerikada çox geniş yayılıb və sanki homoseksualların, İngiltərə dərin dövlətinin dini kimidir. Bizim rumilik mövzusundakı tənqidlərimiz Anadolu mövləviliyinə qarşı deyil. İngiltərə dərin dövlətinin fəlsəfəsi halına gəlmiş azğın inanca qarşıdır.
Mələkləri, cinləri, insanları tək bir anda yaradan Allahdır. Mələklər təkamül keçirmədiyi kimi insanlar da təkamül keçirməyib.
Təsadüflər insana burun, qulaq qazandıra bilməz, meyvələri yarada bilməz, onlara gözəl dadlar, vitaminlər əlavə edə bilməz. Hər şeyi yaradan Allahdır.
İnsan gözü ayrı-ayrı mürəkkəb hissələrdən ibarətdir, bütün hissələr eyni anda yaranmasa göz funksiyasını itirər, bu həqiqət təkamülü yox edər.