Rəqsin haram olduğuna dair Quranda heç bir hökm yoxdur. Bütün kainatda ritm və hərəkət vardır. Rəqs Allahın gözəl nemətidir. Rəqsi, musiqini, gözəlliyi haram etməyə çalışan ortodoks sistem insanları cəmiyyətdən qaçan, sevgisiz, qeyri-sabit ruha salmaq istəyir, heç kim bu oyuna düşməsin.
Şeyx Məhəmməd Raşid Erol həzrətlərinin mübarək həyat yoldaşı Seyidə Səkinə anamızı, Allah qəni-qəni rəhməti ilə bürüsün, cənnət əhli etsin inşaAllah.
Rumilik bütün Avropada və Amerikada çox geniş yayılıb və sanki homoseksualların, İngiltərə dərin dövlətinin dini kimidir. Bizim rumilik mövzusundakı tənqidlərimiz Anadolu mövləviliyinə qarşı deyil. İngiltərə dərin dövlətinin fəlsəfəsi halına gəlmiş azğın inanca qarşıdır.
Mələkləri, cinləri, insanları tək bir anda yaradan Allahdır. Mələklər təkamül keçirmədiyi kimi insanlar da təkamül keçirməyib.
Təsadüflər insana burun, qulaq qazandıra bilməz, meyvələri yarada bilməz, onlara gözəl dadlar, vitaminlər əlavə edə bilməz. Hər şeyi yaradan Allahdır.
İnsan gözü ayrı-ayrı mürəkkəb hissələrdən ibarətdir, bütün hissələr eyni anda yaranmasa göz funksiyasını itirər, bu həqiqət təkamülü yox edər.
İllərdir ki, təkamül olduğunu göstərən tək bir fosil göstərin deyirik. Heç bir darvinistdən səs çıxmır, çünki təkamül yoxdur, belə fosil də yoxdur.
Təkamülə inanmağı zorla insanlara qəbul etdirmək istəyirlər. Tarixin ən məntiqsiz açıqlaması olan təsadüfə büt olaraq sahiblənirlər.
Darvinizm məsələsində dünya səviyyəsində təzyiq və zorlama var. Elm adamlarının açıqca təkamül yoxdur demələrinə belə imkan verilmir.
Allah şəhidlər üçün "sevinc içindədirlər" deyir. Şəhidlərin sevincini rədd etmək Allah qorusun Quranı rədd etmək olar.
Mənim heç vaxt Mehdilik iddiam olmadı və olmayacaq. Bu mövzuda dəfələrlə ictimaiyyət qarşısında and içdim.
Gənclərin ruhunda həmişə incəsənət, estetika və gözəllik vardır. Gözəl söz eşitmək, gözəl mühit görmək istəyirlər. İncəsənətin təşviq edilməsi gözəlliyin təşviqidir.
Gənclərimizin yüksək ideala sahib, ətraf mühitə, təbiətə, heyvanlara dəyər verən, eqoist olmayan üslubları çox gözəldir.
İncəsənətin hər sahəsini əhəmiyyətli görürəm və bütün incəsənət xadimlərimizin zəhmətini alqışlayıram. Bütün incəsənət xadimlərini sevmək, hamısına dəyər vermək lazımdır.
Qadınların ictimai nəqliyyat vasitələrində narahat olması bütün cəmiyyətin vicdanını narahat edər. Qadınlara hər zaman prioritet verilməlidir.
İnşaatda işləmək çox çətindir. İnşaatda işləyən qardaşlarımızın tələbləri çox haqlıdır. İş təhlükəsizliyi üçün hər cür tədbirin tam alınması lazımdır. Mərhəmətsizcə bir iş rejimi olmamalıdır. İnsanların sağlam yaşaya biləcəyi, düzgün qidalana biləcəyi, bütün hüquqlarının qorunduğu mühit olmalıdır.
İslam əxlaqının hakimiyyəti, əzərək, sındıraraq və təzyiqlə olmayacaq. Sevgi ilə, mehribanlıqla, gözəlliklə olacaq.
Mövhumatçılıq gənclərin canını çox yandırır. İnsanların həyatına, necə yaşadığına qarışmaq, təzyiq göstərmək İslamda yoxdur.
Hər ideologiyaya sahib insana hörmət etmək lazımdır. Hər insan inancına görə azad yaşamalıdır. Mövhumatçılıq isə mehriban yanaşmağı bilməz.
Darvinizm tarix dərsində “bütpərəst dinlər” başlığı altında tədris edilə bilər, lakin elm deyə müdafiə olunması məntiqsizdir.
PKK-ya və terrora vurulacaq ən böyük zərbə darvinizmin əsassızlığının ortaya qoyulması, yaradılışın dəlillərinin izah edilməsidir.