Hər ağrını Allah xüsusi olaraq yaradar. Təsvir niyə ağrısın? Diz ağrımaz, Allah ağrını möcüzə olaraq yaradar. Ağrıları, acıları, çətinlikləri heç sayaraq bütün diqqətini Allaha verəcəksən. Dişinə, başına, dizinə, çəkinə, sənədinə diqqətini verərsən çox bulanıq həyat yaşayarsan. Diqqətin tam olaraq Allahda olarsa, hər şeyin gözəl olar.
Allah ilə əlaqə aramsız diqqətlə davam edərsə, Allah o insanı gözəl yaşadar və xoşbəxt edər.
(A9 TV; 9 may 2018)
Adnan Oktar
-
Münafiq şeytan olduğu üçün, şeytan da Allaha din ilə mübarizə etməyə söz verdiyi üçün şərəfsizliyinə heç vaxt son verməz. Münafiqlə elmi mübarizə ibadətdir və hər zaman davam edər.
(A9 TV; 9 may 2018)
Adnan Oktar
-
Küfrü yaradan Allah əksini də yaradır. İnsanlar küfrlə dünyanın necə qorxunc olduğunu gördülər. İndi sıra Mehdiyyətdə. Normalda insanların qorxu hiss etmədən hüzur içində yaşamaları lazımdır. İnsanların üzərindəki bu qorxunu qaldıracaq sistemə Mehdiyyət deyirik. Allahın izni ilə 3-5 il içində Mehdiyyəti görəcəyik.
(A9 TV; 9 may 2018)
Adnan Oktar
-
Dünya bir cür qorxu tuneli kimidir, içində gəzərkən insanlar bir çox zahirən qorxuducu, narahat edici şeylərlə qarşılaşar. Amma sonunda onların hamısı keçər, gedər. Dünya həyatı da elədir. Allaha güvənəcəksən. Bu dünyadan xeyirlə çıxacağını biləcəksən.
(A9 TV; 9 may 2018)
Adnan Oktar
-
Tayyib hocamın bu ölkəyə etdiyi və qabaqcıl olduğu xidmətlərin böyük hissəsini gənclər bilmir. Əvvəlki dövrləri də bilmədikləri üçün qiymətini tam başa düşmürlər. Ona görə bütün qardaşlarımız bu gözəl xidmətləri, vətən üçün edilənləri həmişə izah eləsinlər. Həmişə gündəmdə saxlasınlar.
(A9 TV; 9 may 2018)
Adnan Oktar
-
Qadınların xoşbəxt olmadığı bir dünyanı Allah rahat buraxmaz. Allah qadınları dünyanın ən gözəl varlığı olaraq yaratmış. Ən gözəl yaratdığı varlığı əzməyə çalışsan Allah səni əzər.
(A9 TV; 8 may 2018)
Adnan Oktar
-
Təzyiq göstərmək, insanı şirkə və Allah qorusun, münafiqliyə itələyər. Din azadlıq içində yaşanar. Məcbur etməklə din yaşanmaz. Zorla insanın başını örtməsi, musiqi dinləməsini qadağan etmək və s. İrana yaraşmır. İranın dindar olması gözəldir amma dindar olmaq insanlara təzyiq göstərmək olmamalıdır. İstəyən istədiyi kimi yaşasın.
(A9 TV; 8 may 2018)
Adnan Oktar
-
Allah sonsuz Ağıldır. Allah yalnız sevgi istəyər. Bu qədər detal yaradılmasının, bu qədər əmək sərf edilməsinin tək məqsədi sevgidir. Allahı haşa hər an hirslənəcək kimi görürlər. Allah qullarına yaxşılıq istəyər, sevgi istəyər. Allah sonsuz ədalətli və sonsuz ağıllıdır. Atomlara qədər qüsursuzluq yaradan Allah qullarına heç vaxt əziyyət istəməz.
(A9 TV; 8 may 2018)
Adnan Oktar
-
Bu millət Tayyib hocamı sevir. Çox dürüst insandır. Allah rizası üçün, vətən üçün, millət üçün hərəkət edir. Gözəl xidmətinə həmişə davam edəcək inşaAllah.
(A9 TV; 8 may 2018)
Adnan Oktar
-
Qurana tam tabe olanda, səbirli, dözümlü, ağıllı olanda, Allahın böyüklüyünü qavrayanda o insanı kimsə məğlub edə bilməz. O insan metafizik varlıq halına gələr.
(A9 TV; 7 may 2018)
Adnan Oktar
-
Allaha diqqətimizi daha yaxşı verdiyimizdə, Allahı heç vaxt unutmadığımızda dünya cənnət kimi olar. Allaha diqqətimizi verdiyimizdə həyatımızda heç bir çətinlik olmaz deyə düşünmək səhv olar. Mömin çətinlikdə də, yaxşı vəziyyətdə də diqqətini Allaha verər. Bir insan rahat olanda Allahı düşünər, çətinlik olanda Allahı unudursa bu çox böyük vəfasızlıq və əxlaqsızlıq olar. Bu cür insanın sevgini, dərinliyi yaşaması qeyri-mümkündür.
(A9 TV; 7 may 2018)
Adnan Oktar
-
Allah Öz Ruhu olan möminlərə həmişə yaxşılıq yaradar. Ölü olan varlıqlara isə həmişə fəlakət və bəla yaradar. Nəfs də həmişə mənfi gücləri toplayan və bədənə təsir etməyə çalışan, bütün neqativ olanları ruha təlqin etməyə çalışan gücdür. Buna qarşı ruh müqavimət göstərərək zəfər qazanar.
(A9 TV; 7 may 2018)
Adnan Oktar
-
Allah insanı, din olanda təmkinli olacaq şəkildə yaratmışdır. Din olmadıqda cəmiyyətlər də, şəxslər də rahatlıq tapa bilmir. Dünya Allahın dediyi kimi istifadə ediləndə şən, sağlam və gümrah həyat olar.
(A9 TV; 7 may 2018)
Adnan Oktar
-
Əzablar və çətinliklər dünya təhsili üçün əsas şərtdir. Dünyanın və axirətin mənası üçün mütləq çətinliklə qarşılaşmaq lazımdır. Dərinlik, eşq, ehtiras bu çətinliklərlə meydana gələr. Çətinlik dərəcəsi yoxsa igidlik, fədakarlıq, vəfa, sevgi yaranmaz.
(A9 TV; 7 may 2018)
Adnan Oktar
-
Münafiqlər çox həyasız və arsızdır. Görənlər dərhal uzaqlaşar. Münafiqlər həmişə təkdir, öz aralarında iki üç nəfər sürünürlər.
(A9 TV; 7 may 2018)
Adnan Oktar
-
Allah cənnətdə həmişə yeni qoxular, yeni rənglər, yeni zövqlər yaradar. Allahın sonsuz ağlını və sonsuz sənətini ən gözəl şəkildə cənnətdə görəcəyik inşaAllah.
(A9 TV; 7 may 2018)
Adnan Oktar
-
Səbir ağıllı insanların xüsusiyyətidir. Səbir etməmək insanı çox alçaldan vəziyyətdir.
(A9 TV; 7 may 2018)
Adnan Oktar
-
Darıxma duyğusu zövqü artıran, hissiyyatı gücləndirən gözəl hissdir. Kənd üçün darıxarsan, gedəndə daha çox zövq alarsan, sevdiyin üçün darıxarsan qiymətini daha yaxşı bilərsən.
(A9 TV; 6 may 2018)
Adnan Oktar
-
Hər gəncin Risale-i Nurdan ən az 3-5 səhifə oxuması lazımdır. Gənclərə çox gözəl ruh zənginliyi qatar və üfüqünü açar.
(A9 TV; 6 may 2018)
Adnan Oktar
-
Duyğusallıq, ağılı nizam-intizama salıb normal hala gətirməməkdən qaynaqlanar. Bir ondan şübhələnər, bir digərindən qorxar sonra təkrar şübhələnər, həmişə bu cür düşündüyü üçün beyində burulğan meydana gətirər. Bu burulğan içində insan şeytani fəlsəfə olan duyğusallığa sürüşər. Özünə acıma zəminində həmişə haqsızlığa uğradığını və insanların hamısının pis olduğunu düşünərək fasiləsiz olaraq özünə əzab vermə məntiqinə girər. Başa düşülmədiyini, dəyərinin bilinmədiyini düşünərək həmişə özünü əzər və içinə qapanar. Tez-tez hirslənər, tez küsər, kimsəylə dost ola bilməz. İnsana böyük əzab verən bu fəlsəfədən tamamilə uzaq dayanmaq lazımdır.