Çiçəyi, ananı, pişiyi, qadını Allahın təcəllisi olaraq sevərsən. Gözəl qoxunu, atları hər şeyi, bütün heyvanları Allahın təcəllisi olaraq sevərsən. Əgər cisim olaraq sevsən, ət sevgisinə çevrilər, ətin də seviləcək yönü olmaz. Allah bunun tədbirini alaraq yaratmışdır.
Təkcə sağlam qidalanma və idman ilə insan sağlam olmaz; iman və Allah qorxusu da olmalıdır. Həm maddi, həm də mənəvi tədbir alınmalıdır. Allah qorxusu yoxdursa, Allah sevgisi yoxdursa, istədiyi qədər yesin içsin, heç nə olmaz.
(A9 TV; 11 may 2016)
Adnan Oktar
-
Nəsil həm bədən, həm də ruh cəhətdən korlanır. Buna qarşı tədbir olaraq dövlət məktəblərdə sağlam qidalanmanı və idmanı məcburi hala gətirə bilər.
(A9 TV; 11 may 2016)
Adnan Oktar
-
Sənətçiyə çox dəyər verilmədiyi üçün, dünyada sənətçi sayı hazırda çox azdır. Halbuki rəssamlara, heykəltəraşlara çox əhəmiyyət verilməlidir, seçilən bir peşə kimi bilinməlidir. Hər yerdə təqdir toplamalıdır.
(A9 TV; 11 may 2016)
Adnan Oktar
-
İman həqiqətlərinin yayılması, zəmində sevgini bilən, ağıllı düşünən, dərin düşünən insanların sayını yavaş-yavaş daha da artırır.
(A9 TV; 11 may 2016)
Adnan Oktar
-
Mehdiyyət çox uzun bir dövrdür. Dövrün uzun olmasının, 40 il davam etməsinin səbəbi savabının çox olması üçündür. Yoxsa Allah istəsə, İslamı bir ildə də hakim edər. Lakin o zaman bir illik savab alınar. Allah savabının çox olması üçün mehdiyyəti 40 ilə yaymışdır.
(A9 TV; 11 may 2016)
Adnan Oktar
-
Anasını, atasını bütləşdirənlər, İslamı yaşamaq əvəzinə onları seçənlər, axirətdə bir də görəcəklər ki, xəyalın ardınca gediblər. Şeytanın təcəllisinin ardınca gediblər. Ana-ata ucbatından İslam tərk edilməz, Quran tərk edilməz. Belə olan halda, onlara itaət etmək haram olar.
(A9 TV; 9 may 2016)
Adnan Oktar
-
İnadla, sinə gərə-gərə İslamı yaşamaq lazımdır. Çünki küfr həzm etməyə çalışar, sən həzm olunduqda daha da həzm etməyə, səni küfrə qaytarmağa çalışar. Öldürənə qədər də üstünə gələr. Sən üstünə getsən o səndən qaçar.
(A9 TV; 9 may 2016)
Adnan Oktar
-
Müsəlmanın canı şirin olmamalıdır. Canı şirindirsə, müsəlman ola bilməz.
(A9 TV; 9 may 2016)
Adnan Oktar
-
Gələcək cənnətdir, Allahın rizasıdır. Bu dünyada təbii ki, çalışarsan, mühəndis olarsan, həkim olarsan, lakin nə üçün edərsən? Çörək yemək, yemək yemək üçün deyil, Allahın rizası üçün edərsən.
(A9 TV; 9 may 2016)
Adnan Oktar
-
Hədisdə bildirildiyinə görə, Axırzamanda şeytan, insanın anası, atası görünüşündə gəlib onu Allahın yolundan döndərməyə çalışacaq.
(A9 TV; 9 may 2016)
Adnan Oktar
-
Axırzamanda da müsəlmanlara hər cür əxlaqsız insan zərər vermək istəyəcək. Mehdi dövründə, Mehdi camaatından məhz bir dəstə gənc buna qarşı çıxacaq. Bu qəhrəmanlıq dastanına mehdiyyət deyilir və 40 il davam edir.
(A9 TV; 9 may 2016)
Adnan Oktar
-
Mehdi (ə.s) camaatı çox kiçik olacaq. O dövrdə bir çox əxlaqsız ailə, övladlarını müsəlman olmasınlar, hz. Mehdi (ə.s)-a yaxın olmasınlar, müsəlman cəmiyyətinə yaxın olmasınlar deyə şiddətli təzyiq altına alacaq. Lakin bunlara baxmayaraq, o qəhrəman gənclər İslamın yayılması üçün, var gücləriylə, əzmləriylə Allahın köməyi ilə səy göstərəcəklər. Buna görə qəhrəman olurlar.
(A9 TV; 9 may 2016)
Adnan Oktar
-
Evlənmələrin 99%-i sevgi evliliyi rolunu oynayan məntiq evliliyi olur. Sevgi evliliyi olması üçün, Allahı sevmək lazımdır, divanə olmaq lazımdır, Allah sevgisiylə alışıb-yanmaq lazımdır. Bu zaman Allah sevgi evliliyi meydana gətirər. Yoxsa əziyyət evliliyi olar, iztirab və əzab evliliyi olar.
(A9 TV; 9 may 2016)
Adnan Oktar
-
Allah İslamı bizim fitrətimizə uyğun yaratmışdır. Mövhumatçılar İslamı dəyişdirmiş, başqa bir din halına gətirmişlər. Şirk dini halına gətirmişlər. O gördükləri din İslam deyil, bizim izah etdiyimiz din İslamdır; çünki tamamilə Qurana əsaslanır.
(A9 TV; 9 may 2016)
Adnan Oktar
-
Biz, İslam aləminin son qalasıyıq, türklük aləminin son qalasıyıq. Kiçilə-kiçilə onsuz da balaca bir torpaq qaldı əlimizdə. Bunu da parçalamaq istəyirlər. Bunu qəbul etmərik.
(A9 TV; 8 may 2016)
Adnan Oktar
-
Hökumət məscidləri abadlaşdırsın, hz. Mehdi (ə.s) içini doldurar. Onların vəzifəsi abadlaşdırmaqdır; hz. Mehdi (ə.s)-ın vəzifəsi də sevgiylə, imanla, təqvalı möminlərlə doldurmaqdır. Çünki dövr hz. Mehdi (ə.s) dövrüdür.
(A9 TV; 8 may 2016)
Adnan Oktar
-
Quran sənin həyatının hər yerində olmalıdır. Avtomobilində də olsun. Yastığının altında da olsun, bazarda da yanında olsun. Qorxma, heç nə olmaz. Quran səni sevər. Guya hörmət üçün əksini etsən Qurandan uzaqlaşmış olarsan. Bu tələyə düşmə.
(A9 TV; 8 may 2016)
Adnan Oktar
-
"Quranın olduğu otaqda mən uzana bilmərəm" deyir, "həyat yaşanmaz" deyir. Belə şey olarmı? Quranın yanında musiqiyə də qulaq asarsan, ayağını uzadıb yatarsan da. Yataqda uzandığın yerdə Quranı oxuyarsan, heç nə olmaz. Şortla da oxuyarsan, maykada da oxuyarsan. Şeytan insanları Qurandan uzaqlaşdırmaq üçün bir oyun oynayır.
(A9 TV; 8 may 2016)
Adnan Oktar
-
Şortla, maykada, dəstəmazsız olaraq da Quranı açıb oxuya bilərsən. O zaman Quran həmişə yanında olar. Sarılıb öpərsən. Eləcə də, Quran sənin həyatın, parçan olar.
(A9 TV; 8 may 2016)
Adnan Oktar
-
Allah rizası üçün sevməyin öyrədilməsi lazımdır. Allah rizası üçün sevmək öyrədilməsə “daha zəngini”, “daha gözəli” axtarışı olur. Qətiyyən əbədi sevgi yaranmır.