avatar

Adnan Oktar

Həqiqi izah çox əhəmiyyətlidir. İnsanlar din adı ilə ortaya çıxan müxtəlif tiplərə öyrəşiblər. Bir də baxırlar ki, son dərəcə candan, səmimi bir müsəlmanlıq anlayışı var. Son dərəcə ağıllı, Qurana söykənən, xurafatlardan uzaq, dürüstlük üzərinə qurulan sevgi üzərində qurulan, hər an səmimi olan, hər izahı elmə və həqiqətlərə söykənən bir müsəlmanlıq anlayışı, məntiqsiz, ağla uyğun olmayan heç bir izah yoxdur. Bunun qarşısında kim tab gətirə bilər? Necə tab gətirsin? Vicdanla dayana bilməz.
avatar

Adnan Oktar

Armaqeddon ilə qan istəyirlərsə, bu an şeytanın qanı axır. Üz-üzə hakim olma mübarizəsi Hz. Mehdi (ə. s.)ın tərəfdarları ilə şeytanın tərəfdarları arasında davam edir hal-hazırda.
avatar

Adnan Oktar

Yalan, insanın ruhunu qaraldar, axmaqlaşdırar. Hər insan dürüstlüyün fərahlığını və hüzurunu yaşamalıdır.
avatar

Adnan Oktar

Əlbəttə internet saytlarına, televiziya kanallarına pul veririk. Açılmalı olan öz kanalımız üçün də pul veririk. Nə imkanımız varsa Allah yolunda xərclədik, yayın ən isti aylarında belə, bayramlarda, tətillərdə hər vaxt buradayıq. Başqa şeylərlə maraqlanmırıq. Turist gəzintilərinə çıxmırıq. Yazımız qışımız yoxdur. 30-40 ildən bəri belədir, bütün imkanlarımızı Allah yolunda xərcləyirik.
avatar

Adnan Oktar

Təbliğdə savabı qarşısındakı insanlara müqavimət göstərməyərək qazanmaq olar. Qarşısındakı müqavimət göstərməlidir ki,o adamın savabı çox olsun. Müqavimət göstərəcək ki sən coşğu ilə izah edəsən. Ona görə təbliğ edənin qarşısında müqavimət göstərəcək kəslər hər zaman olacaq.
avatar

Adnan Oktar

Həqiqi dindar hər şeyə Allahın sevgisi ilə yanaşar. Sevinci və etibarı axtarar. Qorxuları dəf etmək üçün çalışar. Özü rahat olmağa çalışarkən başqalarını da rahatlaşdırdırmağa çalışar. Ətrafdakılar rahat olmasa, özü də rahatlıq tapa bilməz.
avatar

Adnan Oktar

Müsəlman hər an cəhənnəmə gedə biləcəyi ehtimalına qarşı son dərəcə məzlumdur.
avatar

Adnan Oktar

İstanbul Mehdiyyət üçün fəth edilmişdir. İstanbul bütün İslam aləminin ürəyidir.
avatar

Adnan Oktar

Həqiqi mübariz olan insanlar, imansızlığa qarşı iman həqiqətlərini izah edər.
avatar

Adnan Oktar

Çirkli, xəstə , Allah sevgisindən uzaq olan insanlar meydana gətirməyə çalışırlar. Biz isə, ruhən, fiziki güclü ,gümrah nəsillər yetişdirəcəyik inşAllah. Coşğu nəsilləri və Allah eşqiylə yanan eşq nəsilləri yetişdirəcəyik.
avatar

Adnan Oktar

Hamımız Hz. Mehdi (ə.s)ın tələbəsiyik. Bir insan istədiyi zaman Hz. Mehdi (ə. s)ın tələbəsi ola bilər. Eşq məsələsidir bu, sevdinsə tələbəsi olursan.
avatar

Adnan Oktar

Dindar masonların yaxın bir zamanda gözəl bir dünya qurmaq üçün əl-ələ verib, hərəkətə keçəcəklərinə inanıram.
avatar

Adnan Oktar

İncilin də, Tövratın da haqq olan hissələri nəfisdir, ürəklərə şəfadır. İkisinin də haqq olan qisimlərini kitab halına gətirdim. Tövrat və İncil oxunmaz deyənlər yanılarlar. Quranda var bu haqq kitablar. İncilin də, Tövratın da haqq hissələrini bilməklə mükəlləfik.
avatar

Adnan Oktar

Həqiqi iman edənlərin az olmaları əhəmiyyətli deyil. İnananlar həmişə az bir qisim olmuşdur. Quranda görə bu həmişə belədir. Allah əksəriyyət istəmir. Az amma bilikli insan istəyir Allah. Azsaylı bir topluluğun üstün olacağı bir zamandayıq.
avatar

Adnan Oktar

İnsanlar Allahı tanımalıdır. Allah sonsuz şəfqət və mərhəmət sahibidir. Allah bizə şəfqəti öyrədir. Şəfqəti, mərhəməti bizə öyrədən Allahdır. Haşa bəziləri Allaha mərhəmət dərsi vermək istəyir. Halbuki onların heç biri bilmədiyi halda, onlara o şəfqət və mərhəmət duyğularını verən Allahdır.
avatar

Adnan Oktar

Müharibə deyəndə sevinər, sülhdən danışanda şübhə ilə baxarlar. Qardaşlıq desən onlara qəribə gələr. Həqiqi imanda, sevgi və qardaşlıqda coşğulu olmaq lazımdır. Ən gözəl iş müsəlmanların birləşməsi üçün görülən işdir.
avatar

Adnan Oktar

Gözəl qardaşlıq saytları açılsın internetdə. Yalnız qardaşlığa, birliyə yönəldən mesajlar göndərilsin xüsusilə bütün dünya səviyyəsində olan yazılar.
avatar

Adnan Oktar

Səhabələr gündə 5 vaxt Hz. Mehdi (ə. s )ı soruşurdular, onu çox sevirdilər. Mehdiyyət tarix boyun həmişə aktual idi, lakin axır zamanda unuduldu.
avatar

Adnan Oktar

Hal-hazırda dünyada təkamül yayıldığı üçün, elmi cadu ilə qarışdırırlar. İnandırmaq və təlqin qabiliyyətini artıraraq bu düşüncələri yayırlar. Bolluca izah və təlqindən istifadə edirlər. Televiziyalarda həmişə eyni şeyləri söyləyir, daimi saxta dəlilləri təqdim edirlər. Xəbərlərdə, "aralıq fosil tapdıq" "zülalın təsadüfən meydana gəldiyinə dair elmi dəlil tapıldı" deyirlər. Hamısı yalandır, amma bir sehr təsiri göstərir. Baxırıq, ən cahil adam belə darvinist olur. Konqodakı bir insana "necə yaradıldın?" deyirsən "təkamüllə" deyir. "Haradan eşitdin bu haqda?" deyirsən, " Konqo radiosunda" deyir. Ustad (Bədiüzzaman) deyir ki, bu taun, inandırma qabiliyyəti ilə əmələ gəlir. Elə buna görə də buna böyük bir cavab verilməsi lazımdır.
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) qaranlıqları dağıtmaq üçün gələcəkdir, anti-xurafat olacaqdır. Mehdiyyət dünyadan xurafatı yox edəcək, dünya da bayram sevinci yaşanacaq.
avatar

Adnan Oktar

Mehdiyyət, Allah tərəfindən xüsusi olaraq yaradılmışdır. İnsanlar Allahın sənətini heyrət içində izləyəcək və çox çaşacaqlar. Dünya dərin dövlətini yaradan da Allahdır. Mehdiyyətin qarşısında güclü və inadçı ünsürlərin olması vacibdir. Allah bunları xüsusi olaraq mütləq mehdiyyətin qarşısına çıxaracaq.
PAYLAŞIN
logo
logo
logo
logo
logo