Heç vaxt Osmanlıya geri qayıtmarıq. Yəni yeni Osmanlı siyasəti yoxdur. Mehdiyyət siyasəti vardır. İslam aləminin birləşməsinin adı mehdiyətdir, mehdilikdir. Onun başına keçən şəxsə də Mehdi deyilir. Bu, İsa Məsihin dəstəyi ilə olacaq
Tələb etməklə, istəməklə mehdi olmaz. Mehdi doğular. Allah onu mehdi olaraq dünyaya gətirməlidir. Qədərində mehdilik olan adam olmalıdır. Şöhrətlə, qalmaqalla, çox çalışmaqla olmaz. Ürəklə əlaqədardır. Mehdiyyət dərin imanla əlaqədardır
Səy göstərməklə mehdi olmaq mümkün deyil. Təbliğatla da mehdi olmazlar. Hz. Musa (ə.s) təbliğatla, səy göstərməklə də peyğəmbər olmadı. Hz. Musa (ə.s) əxlaqına, əziyyətə olan səbrinə görə peyğəmbər oldu.
Türkiyə təcili olaraq İslam ölkələri ilə birlikdə Suriyada sülh əməliyyatı etməlidir. İslam ölkələri toplu şəkildə hücum etsə imani, Qurana uyğun, əxlaqi cəhd olaraq hər kəs dəyərləndiriləcəyi üçün heç kim müqavimət göstərməz. Beş ölkə belə olsa məsələni həll edər, sırf beş ölkə belə olsa.
Şiddətlə gələn rəy rəy deyil. Bu utancdır. Necə pulunu zorla əlindən alan insan zorakıdırsa, bir insanı qorxudaraq rəyini alsan, onun rəyini zorla xeyirnə almış olarsan. Buna görə əxlaqa uyğun bir hərəkət deyil.
Xoşbəxtliyin mənşəyi imandır. İnsan imanla xoşbəxt olar. Çünki şükür edir, həmd edir, hər vəziyyətdə Allaha təslim olur, hər şeydə xeyir axtarır. Küfr ruhunda insanlar hər şeydə şər axtarar. Küfr ruhunda hər şeydə pislik, fitnə, qarışıqlıq axtarar.
Qul şeytana uyarkən məsuliyyətli olar. Çünki şeytanın hiyləsi zəifdir. Mömin imanı ilə ona uymayacaq. Buna görə "şeytan etdi, mənim günahım yoxdur"―deyilən bir şey yoxdur. Sözün əsl mənasında günahkar olar.
Bədiüzzaman "Məkkədə, Mədinədə olsam İstanbula gələrdim" deyir. "Türkiyə, İstanbul İslam Birliyinin mərkəzidir" deyir. İstanbul həmişə Bədiüzzamanın istiqamətli bir siyasəti olmuşdur.
Türk xalqının böyük əksəriyyəti Atatürkçü ziyalılar, uzaqgörən düşüncəyə sahib, azadlığı sevən, İslamı səhabə dövründəki kimi qəbul edən, müasir İslamı müdafiə edən insanlardır. Bütün gəncliyimiz müasirdir. Buna görə qatı dinçi, mühafizəkar İslam anlayışını Türkiyədə yaymaq mümkün deyil.
Türkiyə xüsusi inayət altındadır. Kommunist dövlət qurdurmarıq, Türkiyəni böldürmərik. Bunu unudacaqlar.
Hər kəs fikirlərini söyləsin, tənqid etsin. Küfr etməyə, təhqirə nə ehtiyac var? Təhqir təhqir edəni də yandırır. Onun da içi yanar. Onun da xoşbəxtliyi itər, sevincini qaçırar. Əlinin, üzünün nuru itər. Ona iztirab verər.
İman olmasa nur, ağıl, dərinlik, ehtiras və sevgi də gedər; yerdə dəhşətli bir boşluq, mənasızlıq, imansızlığın çirki və onun mərhəmətsiz görünüşü qalar. Başqa bir şey qalmaz. Allah əsirgəsin.
Allah imandan qaynaqlanan görünüş verir. Möminlərə xas bir xüsusiyyətdir. Səhabələrin hamısı, Rəsulullah (s.ə.v) heybətli idi, şeyximiz, sultanımız Şeyx Nazim Həzrətləri heybətlidir.
Dəccaliyyətə qarşı ancaq güclü imanla mübarizə apara bilərik. Bundan başqa yolla mübarizə aparılmaz. Çünki dəccal gecə-gündüz darvinist, materialist təhsillə özünü hazırlayıb gücləndirir. Biz də onlara qarşı Quran möcüzələri ilə, iman həqiqətləri ilə silahlanıb mübarizə apara bilərik.
Türkiyə əhəmiyyətli mərhələdən keçir. Birlik və bərabərlikdə olmağımız, ittifaqla hərəkət etməyimiz çox vacibdir.
AK Partiyanın iqtidara gəlişində fəlsəfi təməlini biz hazırladıq. Fəlsəfi təməl hazırlanmadan bir hökumətin iqtidar olması mümkün deyil. Buna görə ən vacib nöqtədən hökuməti dəstəkləmiş oluruq. Baxın, fəlsəfəsini güclü hazırladığımız üçün fəlsəfi istiqamətdən hökumətə kimsə yaxınlaşa bilmir.
Mehdiyyət şəxsi mənəvi deyil. Mehdi şəxsdir, tələbələri vardır. Amma şəxs və tələbələri təbii ki, şəxsi mənəvi meydana gətirərlər.
Aşiqin xüsusiyyəti nədir? Bütün əziyyətlərə, çətinliyə baxmayaraq sevgilisini tərk etməz. Ən çətin şərtlərdə belə sevgilisini tərk etməz. Allah da Ona qarşı bu sevimli ruhunu nə qədər yaşadığımızı bizə göstərir. Çünki axirətdə ən çox zövq alacağımız Allahın varlığı, təcəllisi olacaq.
İnsan heç vaxt sevgilisini tərk etməz. Allah əsl sevgilidir. Bütün hallarda, hətta 7000 il keçsə də əziyyətə səbr edilər. Bu, aşiqin xüsusiyyətidir. Allah Ona sevgiyə görə səbr edilməsini çox bəyənər. Eynilə aşiq əlamətidir.
Allah təbii ki, sənin sevgini sınayacaq. Nə qədər Allaha bağlısan, təbii ki, buna baxacaq. Sənə göstərəcək. Allahı nə qədər sevdiyini özün görəcəksən. Nə qədər sadiq olduğunu görəcəksən.
Səbir bütün həyat boyu var. Sonsuza qədər biz Allahı sevəcəyik. Sən ən çoxu 70 il bir imtahana səbr edəcəksən. Amma Allah səni sonsuza qədər xoşbəxtlik içində yaşadacaq. 70 illik təhsil, edilən hər səbir səni ucaldar, gözəlləşdirər, nurlandırar.