Hal-hazırda dünyada bütün sistem Moşiyah, yəni Mehdi (ə.s) oxu ətrafında fırlanır.
Qatı dinçiliyə küfr və zərbə ilə deyil, təhsil və mədəniyyətlə cavab vermək lazımdır.
Allah insanların dünyanı sevməməsi üçün hər şey yaratmışdır. Lakin insanlar bu qədər acizliklərinə baxmayaraq dünyaya dəli kimi bağlanarlar. Acizlikləri ilə boğuşarkən bir tərəfdən də dəli kimi dünyaya bağlanırlar.
Məzhəbçilik ruhundan xilas olmaq çox əhəmiyyətlidir. Müsəlmanların bir qismində məzhəb qatı dinçiliyindən qaynaqlanan böyük şiddət mədəniyyəti vardır.
Sünniləri və şiələri birləşdirib barışdıran Mehdi (ə.s)-dır.
Yüksək mədəniyyətə sahib olan bir insanın kommunist olması çox çətindir. Kommunistlərə şəfqətlə yaxınlaşaraq həqiqətləri dəlil və sübutları ilə izah etmək lazımdır.
Fələstinlilər də, israillilər də dünyanın bəzəyidirlər.
Türkiyənin vurulması, yıxılması vəziyyətində ABŞ və Avropa narahat olmaz. ABŞ və AvropaTürkiyəni çətin vəziyyətə salacaq bir oyun oynayır.
Təcavüzkar qatı dinçilərə ən gözəl cəza bol kitab paylamaqdır.
Qatı dinçilik sağda da, sol fikirdə də məşhurdur. Qatı dinçilərin reaksiyasına qarşılıq təslimiyyətçi məntiq doğru olmaz. Pasifist siyasət çox təhlükəlidir.
Biz müsəlman, xristian, yəhudi və yaxud ateist, məzlum olan hər insanı qoruyarıq.
Birlik, bərabərlik hər inancda olan insana hörmət etməkdir, bunda anormal olan nə var?
İnsan bir bəla gəldiyində bunun səbəbini düşünüb araşdırmalıdır.
İslam aləmində ağrı-acıların davam etməsinin səbəbi, müsəlmanların mehdiyyətə müqavimət göstərmələridir.
Suriyadakı döyüşü saxlamaq müsəlman ölkələri üçün fərzdir.
Hal-hazırda İsrail sanki bir nifrət dənizinin, cəhənnəmin ortasındadır. Ona görə nifrəti təşviq edəcək heç bir şey etməməlidir.
İnsanların böyük qismi cahiliyyə məntiqi ilə baxdıqlarına görə hadisələri həlsiz görürlər. Halbuki, hadisələrə mehdiyyət ruhu ilə baxılsa, qurtuluşun mehdiyyətlə və İslam Birliyi ilə olacağı görünər.
Hadisələr elə bir hala gələcək ki, insanlar özləri Mehdi (ə.s)-ı axtaracaqlar.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Şamın xarabaya dönəcəyi bildirilir.
Dünyada Allahın insanlardan istədiyi tək bir şey var, o da sevgidir. Mehdi (ə.s) və İsa Məsih (ə.s) sevginin iki ustadıdır.
Müsəlmana hörmətlə, əfəndiliklə, bağışlayıcılıqla diqqət çəkmək yaraşar.