Biz müsəlman, xristian, yəhudi və yaxud ateist, məzlum olan hər insanı qoruyarıq.
Birlik, bərabərlik hər inancda olan insana hörmət etməkdir, bunda anormal olan nə var?
İnsan bir bəla gəldiyində bunun səbəbini düşünüb araşdırmalıdır.
İslam aləmində ağrı-acıların davam etməsinin səbəbi, müsəlmanların mehdiyyətə müqavimət göstərmələridir.
Suriyadakı döyüşü saxlamaq müsəlman ölkələri üçün fərzdir.
Hal-hazırda İsrail sanki bir nifrət dənizinin, cəhənnəmin ortasındadır. Ona görə nifrəti təşviq edəcək heç bir şey etməməlidir.
İnsanların böyük qismi cahiliyyə məntiqi ilə baxdıqlarına görə hadisələri həlsiz görürlər. Halbuki, hadisələrə mehdiyyət ruhu ilə baxılsa, qurtuluşun mehdiyyətlə və İslam Birliyi ilə olacağı görünər.
Hadisələr elə bir hala gələcək ki, insanlar özləri Mehdi (ə.s)-ı axtaracaqlar.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Şamın xarabaya dönəcəyi bildirilir.
Dünyada Allahın insanlardan istədiyi tək bir şey var, o da sevgidir. Mehdi (ə.s) və İsa Məsih (ə.s) sevginin iki ustadıdır.
Müsəlmana hörmətlə, əfəndiliklə, bağışlayıcılıqla diqqət çəkmək yaraşar.
Mehdiyyətə inanmayanlar hal-hazırda mehdiyyətin həqiqi olduğunu görməyə başladılar.
İran əsas olaraq bu xəyali, müşrik mehdi anlayışını aradan qaldırıb, Quranı, doğru mehdi anlayışını qəbul edib İslam ölkələri ilə qardaş olmalıdır. Eqoizmi, qatı dinçiliyi də tərk etməlidir.
İnsanlar həmişə öz canlarının hayındadırlar. Mehdiyyət bu bəlanı, çətinliyi, məhəbbətsizliyi, sevgisizliyi aradan qaldıracaq. Amma Allah əvvəlcə ağrının, sevgisizliyin, qəddarlığın nə demək olduğunu göstərir ki, insanlar mehdiyyətin dəyərini, qiymətini bilsinlər və aradakı fərqi görsünlər.
İstanbul Allah tərəfindən Mehdi (ə.s) üçün xüsusi olaraq alınıb Osmanlıya verilmişdir. Allah Mehdinin çıxışı üçün qədəri bu cür qurdu. İstanbul Mehdi (ə.s) üçün gəlin kimi bəzəndi.
Allah mehdiyyətə görə dünyanı dizayn edir. Suriya, Misir, İraq, Əfqanıstan, Türkiyə mehdiyyət üçün düzəldilir, dizayn edilir.
Zalımı da yaradan Allahdır. Zalım imtahan üçündür.
Mehdiyyət hələ dünya yaradılmadan əvvəl var idi və qiyamətə qədər də etibarlıdır.
Ülkü ocaqları dərgah kimidir. Vətənə, millətə faydalı, aslan kimi insanlar yetişdirər. Bütün şöbələri dərgah kimidir.
Acı bir həqiqətdir, amma bəla gəlmədən də insanlar düzəlmirlər. Bu, Allahın qanunudur və Quranda bildirilən bir həqiqətdir.
İnsanlar: "Mehdi (ə.s)-a ehtiyacımız var, bəli qəbul edirik, ya Rəbbim, başımıza bir sultan göndər, Mehdi (ə.s)-ı göndər" deyənə qədər bəlalar, ağrı-acılar davam edəcək.